Məhkəmə qərarları › İş №2(044)-2937/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2937/2021

28.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2937/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdeh və onun nümayəndəsi,Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh, 3-cü şəxs (maraqlı şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Polis İdarəsinə qarşı «cavabdehin ailə üzvləri və ev əşyaları ilə birlikdə evdən çıxarılması» tələbinə dair iddiası üzrə, iddiaçı Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh, 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Polis İdarəsinə qarşı «cavabdehin ailə üzvləri və ev əşyaları ilə birlikdə evdən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçi olaraq adına Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatının 06.09.1994-cü il tarixli 158 saylı orderi ilə ünvan 1 mənzildə heç bir qohumluq əlaqələri olmayan Cavabdeh və onun ailə üzvlərinin əşyaları ilə birlikdə evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı 60000 (altmış min) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun adına Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatının 06.09.1994-cü il tarixli 158 saylı orderi ilə ünvan 1 ünvanda yerləşən dörd otaqlı, 50.15 kv.m mənzili verilmişdir. Mənzil olan bina istismara tam hazır vəziyyətdə olmadığından , hətta dam örtüyü belə olmadığından binada yaşayış yox idi. Tanımadığı Saləddin adlı elektrik-mantyor olan bir şəxs onu taparaq, evdə qalmasına icazə istəmiş, ev dediyi kimi istismara yarasız olduğundan razılaşmışlar ki, evə görə kirayə haqqı tələb edilmir, onun müqabilində evə lazımi təmir işləri görülsün. Bu minvalla 20 ildən artıq müddətdir ki, evdə pulsuz olaraq yaşayırlar, evin orderində bir üzünü Cavabdeh vermiş ki, evə kimsə tərəfindən hər hansı bir zəbt və ya yoxlamalar gələn zaman order göstərilsin. Onun həyat yoldaşı X3 ağır xərçəng xəstəliyinə düçar olmuşdur, onun aldığı pensiya həyat yoldaşının müaliçəsinə çatmadığından iki il öncə Cavabdeh müraciət etdərək kömək məqsədi ilə ondan pul istəmiş, lakin Cavabdeh ona pul verməkdən imtina etmişdir. O, cavabdehə bildirmişdir ki, 20 ildən artıq müddətdir ki, evdə pulsuz qalır, indi evi boşaltmalıdır ki, evdən özü istifadə edə bilsin. Lakin Cavabdeh və ailə üzvlərinin evdən çıxmaq fikirləri yoxdur, o, mənzilə daxil olması ilə cavabdeh və on un ailə üzvləri tərəfindən problem yaranmışdır. Cavabdehlə aralarında nə şifahi, nə də rəsmi alqısatqı müqavilələri olmamışdır. O, hazırda mənzildən istifadə edə bilmir, şəkərli diabet xəstəsidir, onun müalicəsi üçün pul lazımdır, cavabdehin özbaşınalıqlarının nəticəsidir ki, mənzili özəlləşdirə bilməmişdir. Cavabdehin və onun ailə üzvlərinin evdən çıxarılma tələbi ilə aidiyyatı üzrə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə rəsmi olaraq müraciət olunmuş, lakin ona heç bir rəsmi cavab verilməmişdir. İddiaçının nümayəndəsi, vəkil X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onun hal-hazırda yaşadığı ünvan 1 ünvanda yerləşən mənzili o, 2003-cü ildə ilk iddia üzrə İddiaçı almış və mənzili alan zaman onun yerləşdiyi bina istismara qəbul edilmədiyindən onu özəlləşdirmək mümkün olmamış və bu səbəbdən də alqı-satqını qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirə bilməmişdir. Buna baxmayaraq mənzilin pulunu tam olaraq şahidlərin iştirakı ilə İddiaçı vermişdir və o, da onun həyat yoldaşı Qurbanova (Nağıyeva) Kəmalə Böyükkişi qızına mənzilin üzərində sərəncam verə bilmələri üçün etibarnamə vermişdir. Həmin vaxtdan da sözügedən mənzil faktiki onun sahibliyində və istifadəsində olmaqla ailəsi ilə birlikdə orada yaşayır və bütün kommunal xərcləri onlar ödəmişdir. Lakin 18 il keçməsinə baxmayaraq, hazırda İddiaçı onları mənzildən çıxarmaq istəyir. O, mənzili alan zaman həmin vaxt bazar qiymətinə uyğun olaraq razılaşdıqları məbləğin hamısını şahidlərin iştirakları ilə İddiaçı ödəmişdir. Hazırda belə evlərin minimum qiyməti 40000 (qırx min) manatdır. Bundan başqa, bu illər ərzində bir neçə dəfə mənzil onun tərəfindən tam olaraq təmir olunmuşdur. Ümumilikdə mənzilin təmirinə 20000 (iyirmi min) manat pul xərcləmişdir. Lakin hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq onların mənzildən çıxarılmasını istəyir. İddiaçı tamamilə haqsızdır və belə olan halda onun tərəfindən mənzilə çəkilmiş xərcləri geri qaytarmalıdır. Hazırda həmin ərazidə oxşar kommunal şəraitə malik olan 4 otaqlı mənzillərin minimum bazar qiyməti təxminən 40000 (qərx min) manatdır, o, bu illər ərzində mənzilin təmirinə təxminən 20000 (iyirmi min) manat pul xərclənmişdir ki, həmin məbləğlər İddiaçı alınaraq ona verilməlidir. Odur ki, hazırkı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil məhkəmə iclasında Cavabdeh izahatına uyğun izahat verdi, ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, o, hazırda Cavabdehla qonşudur. O, ünvan 2 ünvanda yaşayır. İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 3-cü mikrorayon, ev 1, 20 ünvanda yerləşən mənzili polis işçisi kimi verilmişdir. O, İddiaçı verilmiş həmin mənzildə təmir səsi gəldiyini eşitmişdir. Güman etmişdir ki, İddiaçı evini təmir etdirir. Lakin eşitmişdir ki, İddiaçı evini Cavabdeh 1000 ABŞ dollarına satmışdır. Hazırda Cavabdeh həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirdi ki, o, ünvan 3 ünvanda 1998-ci ildən yaşayır. Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzili 2003-cü ildə İddiaçı almışdır. Həmin evin notariusda alqı-satqısı zamanı o, Cavabdeh və İddiaçı olmuşlar. Cavabdeh İddiaçı onun yanında 1000 ABŞ dolları vermişdir. İddiaçı isə Cavabdeh 3 illik baş etibarnamə vermişdir. Hazırda uzun illərdir Saləddin həmin evdə ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Cavabdeh onun bibisi qızının həyat yoldaşıdır. Cavabdeh onun iştirakı ilə 25 fevral 2003-cü il tarixdə ünvan 1 ünvanda yerləşən dörd otaqlı mənzili İddiaçı almışdır. İddiaçı Cavabdeh 3 illik baş etibarnamə vermişdir. Həmin evin notariusda alqı-satqısı zamanı o, bibisi qızı Kəmalə Nağıyeva və Cavabdeh iştirak etmişlər və notariusda Cavabdeh 1000 ABŞ dolları onun yanında İddiaçı vermişdir. Hazırda Saləddin ailəsi ilə birlikdə 18 ildir həmin mənzildə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Cavabdeh onun qardaşıdır. Saləddin Qurbanbov ev almaq üçün maklerlə danışmışdır.. Adını unutduğu makler 2003-cü ilin fevral ayında ünvan 1 ünvanda yerləşən dörd otaqlı mənzilin satıldığını onun qardaşı Saləddinə bildirmişdir. Onun qardaşı həmin evi baxmış və otaqların sayı çox olduğundan bəyənmişdir. Onlar həmin evin sahibi İddiaçıla görüşüb evi 1000 ABŞ dollarına razılaşmışlar. Onun qardaşı Saləddin Qurbanbov həmin evə dair 1000 ABŞ dolları pulu 7 saylı notariat kontorunda İddiaçı onun iştirakı ilə vermişdir. Evin alqısatqısında o, qardaşı Saləddin və evi satan Altay olmuşdur. İddiaçı həmin evə dair Cavabdeh 3 illik etibarnamə vermişdir. Onlar evin özəlləşdirilməsinin mümkün olmadığını bilməmişlər. Həmin ev yaşayış üçün yararsız olduğundan Saləddin həmin evi və evin dam örtüyünü tam təmir etdirmişdir. Hazırda Saləddin uzun illərdir həmin ailəsi ilə birlikdə evdə yaşayır. 3-cü şəxs (maraqlı şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Polis İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxs (maraqlı şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mülki iş materiallarında olan: 06.09.1994-cü il tarixdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 158 saylı orderin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən dörd otaqlı, 50.15 kv.m olan mənzilə dair order İddiaçı adına qeyd edilmişdir. Orderdə İddiaçı ailə tərkibi həyat yoldaşı - X5, oğlu - X10, oğlu –X11, oğlu - X14 qeyd edilmişlər. 14.09.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 mənzildə18.11.2016-cı il tarixdən qeydiyyatdadır. 25.02.2006-cı il tarixdə Gəncə şəhəri 7 saylı notariat kontorunda təsdiqlənmiş ƏN- 013070 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatının 06.09.1994-cü il tarixli 158 saylı orderə əsasən adına verilmiş ünvan 1 ünvanda yerləşən dörd otaqlı mənzilinə dair X2 üç illik müddətinə etibarnamə vermişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatının 06.09.1994-cü il tarixli 158 saylı orderi ilə ünvan 1 ünvanda yerləşən dörd otaqlı, 50.15 kv.m mənzil iddiaçının sahiblik və istifadəsinə verilmişdir. Mənzil həmin vaxt yararsız halda olmuş və iddiaçı cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən mənzili cavabdehə kirayə qalması üçün vermişdir. Bu zaman iddiaçı kirayə haqqı əvəzinə mənzilin yaşayış üçün normal həddə gətirilməsi üçün cavabdehə abadlıq işlərinin aparılmasına icazə vermişdir. Hazırda cavabdeh və onun ailəsi mübahisəli mənzildə yaşamaqla oradan istifadə edirlər. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış mübahisə mülkiyyətin müdafiəsi, habelə alqı-satqı üzrə ödənilmiş pulun qaytarılması üzrə yaranmış mübahisədir. Mübahisə aşağıda sadalanacaq maddi hüquq normaları əsasında təhlil edilməlidir. Birinci növbədə məhkəmə tərəfindən ilkin iddia tələbinə hüquqi qiymət verilməsi zəruri hesab edilir. İlkin iddia tələbi üzrə iddiaçı mülkiyyətçi statusundan çıxış edərək cavabdehin, onun ailə üzvülərinin, habelə onlara məxsus əşyaların mübahisəli mənzildən çıxarılmasına nail olmaq istəyir. Əsas kimi göstərir ki, 06.09.1994-cü il tarixdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 158 saylı order əsasında ünvan 1 ünvanda yerləşən dörd otaqlı, 50.15 kv.m olan mənzil dair onun adına qeyd edilmişdir. Lakin evə dair onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə müvafiq olaraq, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasını təşkil edir. Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı). Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda, mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə2010-cu il 27 may tarixli Qərar, § 103). Məhkəmə göstərir ki, ilkin iddiaçının mübahisəli mənzilə qanuni gözləntisi vardır. Çünki onun adına mübahisəli mənzil order əsasında qeyd edilmişdir. Bu amil onun mülkiyyətçi statusunun olmasında və hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmasına dəlalət edir. İlkin iddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu baxımdan ilkin iddia tələbinin əsaslı olmasını müəyyən etmək üçün cavabdeh və onun ailə üzvülərinin mübahisəli evə hüquqlarının araşdırılması zəruridir. Bu aspektdən işin halları araşdırılan zaman müəyyən edilir ki, cavabdehlə iddiaçı arasında hər hansı qohumluq münasibətləri mövcud deyildir. Eyni zamanda cavabdeh tərəfin mübahisəli mənzildən istifadə hüququ qanuni əsaslara söykənmir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin. (Kopecky Slovakiyaya qarşı iş üzrə2004cü il 28 sentyabr tarixli, X8rşı iş üzrə2016-cı il 13 dekabr tarixli,Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). Məhkəmə göstərir ki, cavabdeh və ailə üzvülərinin mübahisəli mənzildən istifadəsi qanuni əsaslara söykənmədiyindən onun evdə yaşaması iddiaçının mülkiyyət hüquqlarına müdaxilə hesab edilməlidir. Ona görə də, ilkin iddiaçının mülkiyyət hüquqları real olaraq bərpa edilməli və cavabdeh, onun ailə üzvüləri və onlara məxsus əşyalar mübahisəli mənzildən çıxarılmalıdır. Məhkəmə şahidlərin məhkəmə iclasında verdikləri ifadələrə tənqidi yanaşaraq, həmin şahidlərin cavabdehin qohumu və qonşuları olduğundan, fərqli ifadələr verdiklərindən həmin şahid ifadələrini kifayət qədər obyektiv və inandırıcı hesab etmir. (X17 ifadəsində bildirmişdir ki, həmin evin notariusda alqı-satqısı zamanı o, Cavabdeh və İddiaçı olmuş, Cavabdeh İddiaçı onun yanında 1000 ABŞ dolları vermişdir - X6 ifadəsində bildirmişdir ki, həmin evin notariusda alqı-satqısı zamanı o, bibisi qızı Kəmalə Nağıyeva və Cavabdeh iştirak etmişlər və notariusda Cavabdeh 1000 ABŞ dolları onun yanında İddiaçı vermişdir.) Əksinə məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçının iddia tələbi sübutlarla öz təsdiqini tapmışdır. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə göstərir ki, qarşılıql iddia tələbi əsassızdır. Belə ki, qarşılıqlı iddiaçı pul tələbinin əsası kimi evi aralarında olan şifahi alqısatqı üzrə ilkin iddiaçıya verdiyi pulun və evə təmir üçün xərclədiyi pulun əvəzini tələb edir. Bununla bağlı məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə nəzər salınmasını zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2019-cu il tarixli Qərarında qeyd olunumuşdur: Mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”, həmin maddənin İV və Vİİ hissələrinin “Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir” və Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinin “Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır” müddəaları ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi müddəası konstitusiya norması olmaqla ümumi xarakter daşıyır. Lakin həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Məhkəmə yuxarda qeyd olunan Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini rəhbər tutaraq hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı istinad etdiyi halların təsdiqi barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir ki, məhkəmə “mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm” prinsipindən çıxış etsin. Şahid ifadələri ilə bağlı isə məhkəmə göstərir ki, onların ifadələri sübut kimi qəbul edilməməli və ifadələrə təniqidi yanaşılamlıdır. Çünki tələb edilən pul məbləğlərinin təsdiqi barədə şahidlər hər hansı fakt göstərə bilməmişlər. Bir sözlə şahid ifadələri ilə iddia tələbinin məzmunu ziddiyyət təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının Aparatının 06.09.1994-cü il tarixli 158 saylı orderi ilə İddiaçı məxsus ünvan 1 mənzildən Cavabdeh və onun ailə üzvləri əşyaları ilə birlikdə çıxarılsınlar. İlkin iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat qarşılıqlı iddia tələbi üzrə iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar