Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2972/2021 16.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs2 və Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 16.10.2002-ci il təvəllüdlü övladı X4 məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi predmetin dəyişdirilməsi barədə ərizə verərək oğlu X4 tam olaraq fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müafiə edərək bildirmişdir ki, 16.10.2002-ci il təvəllüdlü oğlu X7 doğulandan şikəstdir, danışa və ətrafı düzgün qavrayıb, adekvat reaksiya verə bilmir, yəni həm də ruhi xəstədir. Xüsusilə həddi-buluğa çatandan sonra küçədə vaxtaşırı konfliktə girir, hər dəfə ziyan çəkirlər. Bundan əlavə o, bir dəfə küçədə 10 manat, bir dəfə 12 manat pul itirmiş, həmin pulu kimə verib və ya əlindən alınıb bilinmir. Onlar kasıb ailədir, həmin pulun itkisi onlar üçün ağır maddi ziyan hesab edilir. Orxan ruhiəsəb dispanserində qeydiyyatdadır. Onun fəaliyyət qabiliyyətsizliyi fiziki və ruhi qüsurlarında, köməksizliyində, özünü həm fiziki, həm ruhi cəhətdən idarə edə bilməməsidir. Artıq oğlunun yaşı 19 olmuş, amma oğlunu o və anası idarə edirlər. Onun pensiyasını almaq üçün qeyri-qanuni hərəkət etmək məcburiyyətində qalırlar, ona görə də onun fəaliyyət qabiliyyətsiz hesab edilməsinə ehtiyac vardır. Sonda ərizəçi ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmədə ərizəçinin izahatındakı xüsusatları təsdiq edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Digər maraqlı şəxslərin nümayəndələri məhkmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə doğulmuşdur. - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 16.10.2002-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanserin 29.07.2021-ci il tarixli arayışından görünür ki, X8 26.08.2009-cu il tarixdən ağır dərəcəli kəmağıllıq USS-nin qalıq əlamət diaqnozu ilə qeydiyyatda durur. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqindən görünür ki, X2 pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Nitqi qüsurlu diaqnozu ilə İİ dərəcəli əlildir. - Abbulator, stasionar xəstənin Tibbi kartasından çıxarışın surətindən görünür ki, X1 USS-nin davamlı qalıq əlamətləri tetraparez Psixo-motor qabiliyyətin ləngiməsi epileptin sindromu tez-tez baş verən qıcolma tutmaları diaqnozu qoyulmuşdur. (1 ayda 68 dəfə ) Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X4 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. 16 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin verdiyi rəydən görünür ki, X7 xroniki xəstəlik olan Ağır dərəcəli kəmağıllıq, davranış pozğunluqları ilə, uşaq serebral iflicinin davamlı qalıq əlamətləri, tetraparez və qıcolma sindromu ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülkü işin materialları, tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 1050/2009 saylı ambulator karta, Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş 2600/20 saylı xəstəlik tarixdən çıxarış, Gəncə şəhər Abbas Səhhət adına Xəstəxanadan verilmiş 3570 saylı stasionar xəstənin tibbi kartasından çıxarış, Bakı şəhər X3 verilmiş 1841 saylı xəstəlik tarixi epikrizi), anemnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı yoxlanılan şəxsdə bələdliyin pozulması, verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı özünü narahat və gərgin aparması, neçə yaşı olduğunu, halhazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalın davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin kəskin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyəyə tənqidinin olmaması, intellekti inkişafdan kəskin geri qalması İQ=34% və s.imkan verir. X7 uşaqlıqdan Ağır dərəcəli kəmağıllıq, davranış pozğunluqları ilə uşaq serebral iflicinin davamlı qalıq əlamətləri, tetraparez və qıcolma sindromu ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək amulator məhkəmə psixatrik ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 16.10.2002-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2972/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2972/2021
16.12.2021 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver