Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-299/2022 11.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun direktoru Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun 27.06.2021-ci il tarixli 25 saylı əmrinin ləğv edilməsi, işə bərpa və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1973-cü ildə Gəncə Dövlət Universitetinə (KRPİ) daxil olmuş, 1977-ci ildə həmin istitutunu bitirmiş və 18.04.1983-cü ildən “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun nəzdində olan xüsusi konsruktor Bürosunda Arxiv müdiri vəzifəsinə işə qəbul olunmuşdur. 24.06.1991-ci ildə texnik vəzifəsinə keçirilmiş, 08.05.1992-ci ildə köçürmə yolu il “Aqromexanika” Elmi-Tədqiqat İnstituna gələrək texnik vəzifəsində işləmişdir. 01.02.1999-cu ildən 01.07.2021-ci il tarixə qədər kiçik elmi işçi vəzifəsində işləmişdir. Səhhətində olan xırda nasazlıqla əlaqədar institun rəhbərliyi tərəfindən güclü təzyiqlər nəticəsində 01.07.2021-ci il tarixdə öz ərizəsi ilə 25 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, qısa müddət ərzində müalicə olanaraq öz sağlamlığını bərpa etmiş və 21.07.2021-ci il tarixdə öz işinə bərpa olunması barədə ərizə ilə müraciət etmişdir. İnstitutun direktoru Cavabdeh onun işə bərpa olunmasından imtina etdiyindən o, müvafiq qanunvericiliyə uyğun olaraq Mediasiya Şurasına müraciət etmiş, 06.11.2021-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra İnstitutunn nümayəndəsi prosesi davam etdirmək istəmədiklərini bildirmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, İddiaçı iddia ərizəsində vurğulayır ki, o, ərizəsində işdən azad olunması barədə heç bir tarix göstərməmişdir. İddiaçı ərizəsində tarix 18.06.2021-ci il göstərilmişdir. İddiaçı qeyd edir ki, 01.07.2021-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuş, 21.07.2021-ci il tarixdə isə yenidən işə bərpa olunması haqda İnstitutun rəhbərliyinə müraciət etmişdir. Həmin ərizə o, əmək məzuniyyətində olduğu ərəfədə İnstitutda 24.08.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Ötən müddət ərzində işə həmin yerlər artıq vakant yer kimi müsabiqəyə elan verilmişdir və əgər iddiaçı müsabiqədə iştirak etmək istəyirdisə sənədlərini yenidən müsabiqə komissiyasına təqdim edə bilərdi. İddiaçı təqaüd alana qədər qadınlığını nəzərə alaraq, ona kifayət qədər güzəşt edilmişdir. İddiaçı ərizəsində qeyd edir ki, 01.02.1999-cu ildən 01.07.2021-ci il tarixə qədər institutda kiçik elmi işçi vəzifəsində işləmişdir. 06.11.2021-ci il tarixdə Mediasiya Şurasında nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ətraflı məlumat verilməsinə baxmayaraq, İddiaçı yenidən əsassız olaraq məhkəmədə işə bərpa tələbinə dair iddia qaldırmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, 22.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti “Aqromexanika” Elmi-Tədqiqat İnstitunun direktoru Cavabdeh tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı əmrdən çıxarışın surətindən görünür ki, İnstitun “bağçılığın mexanikləşdirilməsi” laboratoriyasının kiçik elmi işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01.07.2021-ci il tarixdən səhhəti ilkə əlaqədar öz ərizəsi əsasında xitam verilmişdir. 05.07.2021-ci il tarixdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən verilmiş 154369 saylı əmək qaqbiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı İsrafil qızı 05 iyul 2021-ci il tarixdən 09 iyul 2021-ci il tarixdən səhhəti ilə əlaqədar işdən azad edilmiş və 01 iyul 2021-ci il tarixdən işə başlaması göstərilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun direktoru Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Dursun Məmədova tərəfindən 21.07.2021-ci il tarixdə poçt vasitəsi ilə ünvanlanmış ərizəyə 24.08.2021-ci il tarixdə tərəflərindən institutda yaradılmış işə qəbul üzrəə komissiyada baxılmışdır və öz ərizəsində işdənazad olunması haqda müraciət etmiş, ərizəsindən xeyli müddət keçdikdən sonra (qanun verildikdən bir həftə müddətində nəzərdə tutulur) baxılmış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bildirilmişdir ki, İnstitutda işləyən əməkdaşların orta yaş həddi çox yüksəkdir, 54-dür. İnstitutda sürətlə qocalma gedir. Gənc, müasir elmi kadrları işlə təmin etmək mümkün olmur. Odur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.1 və 70-ci maddəsinin “e” bəndinə istinadən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanın yaş həddi 65 olan əməkdaşlarla bağlanmış əmək müqavilələrinə xitam verilir. 28.06.1977-ci il tarixdə H.Zərdabi adına X5 institutu tərəfindən verilmiş Q-İ 032025 saylı diplomun surətindən görünür ki, İddiaçı 27.06.1977-ci ildə tarix ixtisası üzrə tam kursu bitirmiş və ona orta məktəbdə tarix müəllimi ixtisası verilmişdir. 18.06.2021-ci il tarixdə İddiaçı tərəfindən “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun direktoru Cavabdeh ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı səhhəti ilə bağlı olaraq onun əmək müqaviləsinə xitam verilməsi və işdən azad olunması xahiş olunmuşdur. 21.07.2021-ci il tarixdə İddiaçı tərəfindən “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun direktoru Cavabdeh ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı səhhəti ilə əlaqədar olaraq öz ərizəsi əsasında işdən azad edilmiş və hal-hazırda səhhətinin yaxşı olduğuna görə onun öz işinə bərpa etmələrini xahiş etmişdir. 17.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti “Aqromexanika” Elmi-Tədqiqat İnstitunun direktoru Cavabdeh tərəfindən verilmiş əmək məzuniyyəti haqqında Azərbaycan Aqrar Universitetinin 14.07.2021-ci il tarixli 376 saylı əmrinin elan edilməsinin surətindən görünür ki, “Aqromexanika” Elmi-Tədqiqat İnstitunun direktoru Cavabdeh 23.07.2021-ci il tarixdən əmək cədvəlinə uyğun məzuniyyət verilmiş, 04.04.2020-04.04.2021-ci iş ili üçün 42 təqvim günü 03.09.2021-ci il tarixdən işə başlaması barədə əmr veerilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 4-cü bəndinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsini 12.1-ci maddəsinin «b» bəndində əmək münasibətləri sahəsində Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə aid digər normativhüquqi aktların tələblərini yerinə yetirmək işə götürənin əsas vəzifəsi kimi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əməl edilməklə işdən kənarlaşdırılmışdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Odur ki, şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsinə» dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-299/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-299/2022
11.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver