Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3125/2021 12.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçıların vəkili Vəkil, cavabdeh X1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cehyun oğlunun cavabdeh X2 qarşı evə köçürülmə və yaşayış hüququnun verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cehyun oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana iddiaçılar İddiaçı1, İddiaçı2 və eləcədə İddiaçı3 köçürülməsinə və yaşayış hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı1 bildirmişdir ki, cavabdeh X3 onu və uşaqlarını gəlin köçdüyü, son 1 ilə qədər yaşadığı ünvan 1 ünvana buraxmır. Əvvəllər də o, iddia qaldırmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28.11.2003-cü il tarixli, 2(044)-1543/2003 saylı qətnaməsinə əsasən iddiası təmin olunmuş, onu və uşaqlarını həmin evə icraçıların vasitəsi ilə köçürmüşlər. Hazırda cavabdeh yenidən onları həmin evə buraxmadığı üçün onlar məcbur olub iddia qaldırmışlar. O, qanuni qüvvəsini almış qətnamə olduğu halda yenidən iddia qaldırmağa ehtiyac olmadığını, həmin qətnamənin təkrar icra edilməsi üçün müraciət etməli olduğunu bilməmiş, buna görə də hazırda işin icraatına xitam verilməsinə etiraz etmir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı3 Cehyun oğlu mülki işin icraatına xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında cavabdeh X3 mülki işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. Çünki eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Belə ki, məhkəmənin arxivindən əldə olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 28 noyabr 2003-cü il tarixli, 2(044)-1543/03 saylı qətnaməsindən görünür ki, (Əliyeva) Vİddiaçı1 Qalib qızının Cavabdeh qarşı mülkə köçürülüb yaşayış hüququ verilməsinə dair iddiası təmin edilmiş, Vİddiaçı1 Qalib qızının iki azyaşlı uşağı ilə birlikdə Gəncə şəhər E.Qurbanov küçəsində yerləşən 58 saylı mənzilə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cehyun oğlunun cavabdeh X2 qarşı evə köçürülmə və yaşayış hüququnun verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı1 tərəfindən Kapital Bank ASC vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçılara izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-3125/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3125/2021
12.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver