Məhkəmə qərarları › İş №2(044)-3154/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3154/2021

13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3154/2021 13.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «vərəsə tanınma və mirasın qəbul edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı «vərəsə tanınma və mirasın qəbul edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu, mərhum 21.07.1966-cı il tarixdə vəfat etmiş babası X3 vərəsəsi hesab edilməsi və onun tərəfindən ünvan 1 ünvanda yerləşən miras əmlakın qəbile dilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, ünvan 1 onun mərhum babası X3 adına qeyd edilmiş, babası X7 21.07.1966-cı il tarixdə vəfat etmiş və babasının vəfatından sonra babasından miras qalmış ünvan 1 ünvanda onun atası X10 yaşamış və atası X10 09.09.2007-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonta miras əmlak onun tərəfindən qəbul olunmuş, hazırda ailəsi ilə birlikdə həmin miras mülkdə yaşayır. Onun qardaşları isə hələ atasının sağlığında həmin evdən köçərək daimi olaraq başqa ünvanda yaşamışlar. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ərizəni qəbul edir, mübahisəli miras mülkdə yalnız Ərizəçi yaşayır, o, həmin mirası qəbul etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.08.2006-cı il tarixli 2-574/2006 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdeh X8 qarşı Gəncə şəhəri, Vaqif küçəsi, 8-ci dalan, 9 saylı evin İ növbə vərəsələr arsında bölünməsi və mülkə ayrıca giriş-çıxış yolunun açılması tələbinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədləri və elektron baza məlumatlarına əsasən, Kirovabad şəhər Dövlət Notariat kontorunun 17.02.1949-cu il tarixli, 1281 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Vaqif küçəsi. 8ci dalan, 9 ünvanda yerləşən fərdi yaşayış evi X14 tərəfindən X1. Lakin həmin fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. 23.12.1974-cü il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 18 iyul 1966-cı il tarixdə vəfat etmişdir. 18.12.1969-cu il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X6 birgə nikahlarından 29 iyun 1954-cü il tarixdə X11 anadan olmuşdur. 09.09.2007-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 09 sentyabr 2007-ci il tarixdə vəfat etmişdir. 30.04.2001-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVAq şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1984-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ərizəçinin 21.07.1966-cı il tarixdə vəfat etmiş mərhum babası X2 miras qalmış, babasının vəfatından sonra miras əmlak ərizəçinin atası X10 tərəfindən idarəçiliyə qəbul edilmişdir. Ərizəçinin atası X10 09.09.2007-ci il tarixdə vəfat etmiş və ərizəçi atasının vəfatından sonta miras əmlakı qəbul etmiş, hazırda miras əmlak ərizəçinin sahibliyində və istifadəsində olmaqla, ailəsi ilə birlikdə həmin miras mülkdə yaşayır. Ərizəçinin miras əmlak üzərində sahiblik və istifadə hüquqları mövcud olsa da, sərəncam hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onun əmlak hüquqlarının pozulmasına şərait yaratmışdır. Bu isə onun qanuni əsaslarla əldə etmiş olduğu əmlaka sərbəst sahiblik etmək hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, iddiaçı qanunla qorunan hüquqlarının həyata keçirilməsini, yəni əmlak üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, Ərizəçi 21.07.1966-cı il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsəsi tanınmalı, 21.07.1966-cı il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvana ərizəçinin vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi 21.07.1966-cı il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsəsi tanınsın. 21.07.1966-cı il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvana Ərizəçi vərəsəlik hüququ tanınsın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar