Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3177/2021 30.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı icra qeydinin ləğv olunması tələbinə dair, "xxxx" ASC-nin və "xxxx" MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi notariusu X5 ondan, yəni İddiaçı və "xxxx" MMC-dən tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 4233 manat 70 qəpik pul tutulmasına dair 12.08.2020-ci tarixdə aparılmış, reyestrdə 8İ-4500 nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçinin nümayəndəsi iddia həcminin azaldılması barədə ərizə verərək iddia ərizəsində göstərilən icra qeydinin İddiaçı Nürəddin oğluna münasibətdə ləğv edib "xxxx" MMC hissəsində qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh xüsusi notariusu X8 Notariat haqqında Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən bank tərəfindən təqdim edilmiş sənədlər üzrə "xxxx" ASC-nin xeyrinə ondan və "xxxx" MMC-dən 240/13 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 4213 manat 70 qəpik faiz borcun, tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 4233 manat 70 qəpik məbləğində pulun tutulmasına dair 12.08.2020-ci il tarixdə 8İ-4500 reyestr nömrəli icra qeydi aparmışdır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər, o, hesab edir ki, icra qeydi ləğv edilməlidir. Belə ki, icra qeydi barədə ona bildiriş və yaxud digər formada hər hansı bir məlumat verilməmiş, icra qeydi haqqında məlumatı icra məmurundan almış və bundan sonra Cavabdeh xüsusi notariusu X6 müraciət edərək icra qeydini 01.02.2021-ci il tarixdə rəsmi qaydada əldə etmişdir. Eyni zamanda o, qeyd etmişdir ki, onun ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin inşa etdiyi binadan aldığı mənzilə görə 240/13 nömrəli müqavilə üzrə borcu qalmamışdır. Belə ki, onunla bağlanmış 240/13 nömrəli müqaviləyə əsasən o, müəyyən edilmiş məbləğin əsas borc hissəsini ödəyir, həmin məbləğə hesablanan faizi isə "xxxx" MMC ödəməyi öz üzərinə götürmüşdür. O, əsas borc üzrə ödəməli olduğu məbləği vaxtından 1 il öncə ödəyib müqavilə üzrə öhdəliyini tam yerinə yetirmişdir. Hazırda isə icra qeydinə əsasən faiz borcunun da "xxxx" MMC ilə birlikdə ondan tutulması qərara alınmış və hər ay onun pensiyasından tutulmalar aparılır. Halbuki müqavilə üzrə faiz borcun ödənişlərini "xxxx" MMC öz üzərinə götürmüşdür, buna görə də faiz borcu üzrə icra qeydinə əsasən tutulmalar yalnız "xxxx" MMC-dən aparılmalıdır. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının izahatındakı xüsusatları təqsdiq edib, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh notariusu məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi izahat verəərk bildirmişdir ki, İddiaçı müqavilə üzrə götürülmüş 35503 manat kreditin əsas məbləğini banka qaytarmışdır. Tərəflər arasında bağlanmış üçtərəfli müqavilənin predmetində əsas borcun İddiaçı tərəfindən, faiz borcun "xxxx" MMC tərəfindən ödənilməsi barədə öhdəlik götürüldüyü qeyd edilsə də, müqavilənin digər bəndlərində Borc alan İddiaçıla Birgə öhdəlik daşıyan "xxxx" MMC-nin icra edilməyən öhdəliklər üzrə birgə məsuliyyət daşıdığı göstərilmişdir. Həmçinin müqavilənin 13-cü bəndində Borc verən bankın Borc alanın hesablarından kredit üzrə gecikdirilmiş borcun və ondan istifadə üzrə gecikdirilmiş faizlərin məbləğini akseptsiz qaydada silmək hüququ nəzərdə tutulmuşdur. Buna görə də icra qeydi düzgün aparılmışdır. Sonda o, iddianın təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh xüsusi notariusu X5 İddiaçı və "xxxx" MMC-dən cəmi 4233,70 manat pul tutulmasına dair 12.08.2020-ci il tarixli 8İ-4500 reyestr nömrəli İcra Qeydi qanunsuz aparıldığına görə tam ləğv edilməlidir. İddiaçı X3 15.11.2021-ci il tarixli “İddia həcminin azaldılması barədə” ərizəsini qəbul etməyərək bildirmişdir ki, iddia tələbininə əlavəyə əsasən “İcra qeydinin iddiaçı X2 münasibətdə ləğv edilməsi, "xxxx" MMC münasibətdə qüvvədə saxlanılması” tələbi qanuni deyildir. İş materiallarına əlavə edilmiş Cavabdeh” xüsusi notariusu X5 12.08.2020-ci il tarixdə aparılmış 8İ-4500 reyestr nömrəli İcra qeydi ilə “borclular İddiaçı və "xxxx" MMC-dən cəmi 4233.70 manat pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi” qeydi aparılmaqla müəyyən edilmişdir. Sözügedən 12.08.2020-ci il tarixdə aparılmış 8İ-4500 reyestr nömrəli İcra qeydinin hissəvi ləğv edilməsi tələbi hüquqi mahiyyətinə görə həmin icra qeydinin tam ləğv edilməsi ilə nəticələnir. Çünki İcra qeydinin qismən ləğvi maddi hüquq normalarında nəzərdə tutulmamışdır. Eyni zamanda tələb mübahisələndirildiyinə görə İcra qeydinin aparılması tamamilə qanunsuzdur. Çünki Cavabdeh xüsusi notariusu E.A.Ələkbərov tərəfindən 12.08.2020-ci il tarixli 8İ-4500 reyestr nömrəli İcra Qeydi tərəfləri məlumatlandırılmadan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci 11 tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın müddəaları pozulmaqla aparılmışdır. Belə ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Notariat ofisi, habelə Bank müvafiq qaydada məlumatlandırmanı həyata keçirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.09.2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısında, müxtəlif predmedlər üzrə icra qeydinin aparılması üçün zəruri olan sənədlərin siyahısı göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli, ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Xüsusilə vurğulamaq istərdi ki, icra qeydində kredit müqaviləsi üzrə pul tələbi üzrə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2, 477.04.4-ci maddələrinin tələbinə ziddir. Bununla bağlı əvvəlki ərizəsində geniş şəkildə qeyd etmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 38-ci bəndinə görə, notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Mülki iş materiallarında olan: - 12.08.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş icra qeydindən görünür ki, Cavabdeh xüsusi notariusu X8 Notariat haqqında Azərbaycan Respublikası Qanunun 76cı maddəsinə əsasən bank tərəfindən təqdim edilmiş sənədlər üzrə AZ1005, ünvan 2 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyəti xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı və "xxxx" MMC-dən 240/13 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 4213 manat 70 qəpik tutulması, bundan əlavə İddiaçı, "xxxx" MMC-dən tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 4233 manat 70 qəpik pul tutulması qərara alınmışdır. - Azərbaycan Beynəlxaq Bankı 26.01.2021-ci il tarixli arayışından görünür ki, Azərbaycan Beynəlxaq Bankı ASC-nin Mərkəzi filialı ilə İddiaçı arasında bağlanmış 11 iyul 2013-cü il tarixli 7353 saylı kredit müqaviləsinə əsasən Xırdalan şəhəri. H.Əliyev prospekti, “AAAF-PARK” yaşayış massivindəki 23 saylı küçəsində, 11 saylı 5 mərtəbəli yaşayış biasında 70,9 kv.m olan, 2 otaqdan ibarət 15 saylı mənzilin əldə edilməsinə görə 35 503 manat məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi üzrə kredit borcu 26 yanvar 2021-ci il tarixə 4250,82 manat məbləğində faiz borcu təşkil edir. - "xxxx" ASC (Borc verən) ilə İddiaçı (Borc alan) və "xxxx" MMC (Birgə öhdəlik daşıyan) arasında bağlanmış 11.07.2013-cü il tarixli, 7353 saylı kredit müqaviləsinin 2-ci bəndindədi müqavilənin predmetindən görünür ki, Borc verən Borc alana 35503 manat mələğində kredit verməyi, Borc alan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada kreditin əsas məbləğini Borc verənə qaytarmağı, Birgə öhdəlik daşıyan bu Müqavilədə göstərilən müddətdə və qaydada kredit üzrə hesablanacaq faizlərin Borc verənə ödənilməsini öhdələrinə götürmüşlər. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən kredit üzrə faizlər Birgə öhdəlik daşıyan tərəfindən Borc verənə ödənilir. Həmin Müqavilənin 11.2-ci bəndinə əsasən Borc alan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini ödəməlidir. Həmin Müqavilənin 12.1-ci bəndinə əsasən Birgə öhdəlik daşıyan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kreditə hesablanan faizləri müqavilədə əks olunan qaydada və müddətdə ödəməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki tərəflər arasında bağlanmış 11.07.2013-cü il tarixli üçtərəfli müqavilənin predmetindən və tərəflərin müqavilə üzrə vəzifələrindən məlum olur ki, iddiaçı həmin kredit müqaviləsi üzrə əsas kredit məbləğini ödəməli, "xxxx" MMC isə müqavilədə nəzərdə tutulmuş müddətdə əsas məbləğ ödənildikdən sonra faiz məbləğini ödəməlidir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə alınmış 35503 manat kreditin əsas məbləğinin ödənilərək müqavilə üzrə öhdəliyin yerinə yetirildiyi ödəniş qəbzləri ilə, həmçinin bankın nümayəndəsi tərəfindən təsdiq edildiyindən və cavabdeh tərəfindən buna etiraz edilmədiyindən məhkəmə bu faktı işin mübahisələndirilməyən halı kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, İddiaçı kreditə hesablanan faiz borcun ödənilməsi və ya AAAF-İnşaat MMC tərəfindən faiz borcu ödənilmədikdə, sonuncu ilə birgə məsuliyyət daşıması barədə kredit müqaviləsi üzrə öhdəlik daşımadığından icra qeydinə əsasən faiz borcunun ondan tutulması əsassızdır. Çünki qanunvericiliyə əsasən müqavilə üzrə hər bir tərəf üzərinə götürdüyü öhdəlik həcmində məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bundan başqa AAAF-İnşaat MMC-nin nümayəndəsi ərizəsində icra qeydinin tamamilə ləğv edilməli olduğunu, qismən ləğvinin mümkün olmadığını bildirmişdir. Lakin qanunvericilikdə icra qeydinin qismən ləvğinin qadağan olunması və ya qeyri-mümkün olması ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Eyni zamanda nə iddiaçı, nə də AAAF-İnşaat MMC tərəfindən icra qeydinin tamamilə ləğvi ilə bağlı tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin AAAF-İnşaat MMC-nin nümayəndəsi ərizəsində icra qeydi üzrə tələblə bağlı iddia müddətinin ötdüyünü bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi 11.07.2013-cü il tarixdə bağlanmış, müqavilənin 60 ay müddətinə bağlanması nəzərə alınmaqla həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 11.07.2018-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. - 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Qeyd olunan hüquq normalarının müqayisəli təhlilindən görünür ki, qanunvericilikdə iddia müddətinin axımının başlama və bitmə anları dəqiq müəyyən edilmişdir. Müqavilə tələbləri üzrə iddia müddətinin axımının başlanması anı öhdəliklərin icrası müddətinin bitməsi, qurtarma anı isə həmin vaxtdan 3 il müəyyən olunmuşdur. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddianın əsasını təşkil edən 11.07.2013-cü il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin başlanğıcı 11.07.2018-ci il tarixdə başlanmış və 11.07.2021-ci il tarixdə bitmişdir. Notarius tərəfindən icra qeyd isə 12.08.2020-ci il tarixdə aparılmışdır. Yəni, kredit müqaviləsi üzrə borcun tutulması barədə tələb üzrə iddia müddəti keçməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xüsusi notariusu X5 12.08.2020-ci il tarixli, 8İ-4500 reyestr nömrəli icra qeydi İddiaçı münasibətdə ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-3177/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3177/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver