Məhkəmə qərarları › İş №2(044)-3191/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3191/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3191/2021 27.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlu, İddiaçı Rəhı̇ mov Akı̇ f Şəmı̇ ddı̇ n oğlunun cavabdehlər Azərbaycan Respublı̇ kası Ədlı̇ yyə Nazı̇ rlı̇ yı̇ Məhkəmə Ekspertı̇ za Mərkəzinə, Azərbaycan Respublı̇ kası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı sair öhdəliklər üzrə mübahisələr tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Rəhı̇ mov Akı̇ f Şəmı̇ ddı̇ n oğlu cavabdehlər Azərbaycan Respublı̇ kası Ədlı̇ yyə Nazı̇ rlı̇ yı̇ Məhkəmə Ekspertı̇ za Mərkəzinə, Azərbaycan Respublı̇ kası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı sair öhdəliklər üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə müraciət edərək qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi üzrə cavabdehlərin qeydiyyatda olduğu ünvan Gəncə şəhər ərazisinə aid deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddiaçı Rəhı̇ mov Akı̇ f Şəmı̇ ddı̇ n oğlunun cavabdehlər Azərbaycan Respublı̇ kası Ədlı̇ yyə Nazı̇ rlı̇ yı̇ Məhkəmə Ekspertı̇ zası Mərkəzinə, Azərbaycan Respublı̇ kası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı sair öhdəliklər üzrə mübahisələr tələbinə dair iddia tələbi ilə çıxış etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehin rəsmi qeydiyyatda olduğu Gəncə şəhər ərazisinə aid olmadığından geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Rəhı̇ mov Akı̇ f Şəmı̇ ddı̇ n oğlunun cavabdehlər Azərbaycan Respublı̇ kası Ədlı̇ yyə Nazı̇ rlı̇ yı̇ Məhkəmə Ekspertı̇ za Mərkəzinə, Azərbaycan Respublı̇ kası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı sair öhdəliklər üzrə mübahisələr tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar