Məhkəmə qərarları › İş №2(044)-3198/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3198/2021

22.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3198/2021 22.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 61 saylı, 30.09.1986-cı il tarixli order əsasında mərhum əri X7 məxsus olan, hazırda onun və qızı X5 yaşadıqları ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh onun qızıdır. Qızı Elnarə 2006-cı ildə onların razılığı olmadan bir oğlana qoşularaq evdən getmiş, həmin vaxtdan onların qızları ilə əlaqəsi olmamışdır. O, bu günə kimi cavabdehin kiminlə və harada yaşadığını bilmir. O, hazırda mərhum əri X7 order əsasında məxsus olan ünvan 1 mənzildə yaşayır. Mənzil yaşayış sahəsi 31,33 kv.m olmaqla 2 yaşayış otağından ibarətdir. Həmin mənzildə onunla birlikdə qızları X10 və Cavabdeh qeydiyyatdadılar. O, mənzili özəlləşdirmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı Gəncə ərazi İdarəsinə müraciət etmişdir. Oradan aldığı 19.08.2021-ci il tarixli məktubda göstərilmişdir ki, mənzildə qeydiyyatda olanlardan birinin razılıq ərizəsi olmadığı üçün ərizənin icrasından imtina olunur. Cavabdeh order əsasında mərhum əri X7 məxsus olan mənzildə qeydiyyatda olmağına baxmayaraq, 15 ildən artıqdır ki, həmin mənzildə yaşamır. Cavabdeh bu illər ərzində mübahisəli mənzilə bir dəfə olsun gəlməmişdir. Ona görə də o, məcbur olub məhkəməyə mürcaiət etmişdir. Sonda o, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddiaçının izahatındakı xüsusatları təsdiq edib, iddianən təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - 30 sentyabr 1986-cı il tarixli 61 saylı mənzil dəyişmək üçün orderin surətindən və Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 04 avqust 2021-ci il tarixli № 828(555)/4 saylı arxiv arayışının surətindən görünür ki, X4 məxsus Əli bayrmalı şəhəri, Lenin prospektində yerləşən 17.32 kv.m sahədən ibarət 10-cu mərtəbə 11 saylı 1 otaqdan ibarət mənzil, vətəndaş X11 məxsus Kirovabad (ünvan 2 ünvanına dəyişdirilmişdir. Həmin orderdə X6 ilə birlikdə yaşayan 2 nəfər, arvadı Kəmalə Həsənova və qızı Elnarə Cəfərova qeyd edilmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 18.02.2021-ci il tarixdə vəfat etmiş, ölüm səbəbi dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmamazlığı olmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında 29.07.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanda İddiaçı, X10, X15 və Cavabdeh qeydiyyatdadırlar. - 10 oktyabr 1986-cı il tarixli 974071 saylı qəbzdən görünür ki, X1 şəhəri, Məhrəsə Bağı, ev 20, mənzil 33-ə görə 7850 rubl(SSR) ödəniş etmişdir. - Arayışdan görünür ki, X2 şəhəri, Nizami rayonu, Məhrəsə Bağı, ev 20, mənzil 33 ünvanından 2006-cı il tarixdə ailə qurub getmiş, həmin vaxtdan orada yaşamır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi İdarəsinin 19.08.2021-ci il tarixli daşınmaz əmlak üzəində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, ev 20 yerləşən 33 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 15 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə Daşınmaz Əmlakın Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılmış araşdırma zamanı, ərizədə mənzildə qeydiyyatda olanlardan birinin razılıq ərizəsinin əlavə edilmədiyi müəyyən edilmişdir. Mənzil fondunun özəlləşdirilməsi haqqında Azəryan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə hüququ olan şəxslər və mənzilin kommunalməişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 № li forma) mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərancam əlavə edilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdehin mübahisəli evdən istifadə hüququ 2000-ci ildən əvvəl yarandığı üçün məhkəmə hesab edir ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01.10.2009-cu il tarixdək qüvvədə olmuş) 60-cı maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01.10.2009-cu il tarixdək qüvvədə olmuş) 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, cavabdeh mübahisəli evdən 2006-cı ildən çıxıb gedərək evi tərk etmişdir. Bu isə onun həmin evdən istifadə etməyə ehtiyacı olmadığını, özünə başqa yaşayış yeri seçdiyini göstərir. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01.10.2009-cu il tarixdək qüvvədə olmuş) 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdehin 15 ildir çıxıb gedərək yaşamadığı mübahisə predmeti olan mənzilin orderinə əsasən formal olaraq istifadə hüququnun qalması iddiaçının həmin mənzil üzərində hüquqlarını məhdudlaşdırır. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, Cavabdeh ünvan 1 mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar