Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3247/2021 01.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri, 1 saylı Notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri tədqiq edərək, müəyyən etdim: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri, 1 saylı Notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edib, Gəncə şəhəri, Nizami rayonu, Ə.K.Mehmandarov küçəsi, 89 nömrəli evə dair atası X1 tərəfindən Gəncə şəhəri 6 saylı notariat Kontoru tərəfindən 06 sentyabr 2014-cü il tarixdə verilmiş 7E-14-7605, 7606 reyestr nömrəli Vəsiyyətnamədə onun adının “Müsabir” əvəzinə “Müsadil” oxunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş ərizənin tərtib edilməsində AR MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmunun tələblərinə riayət edilməmiş, ərizəyə əlavə olunmuş sənədlərin surəti notariat qaydasında təsdiq edilməmişdir. AR MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə yazılı sübutların (sənədlərin) ya əsli, ya da lazımi qaydada (yəni notariat qaydasında) təsdiq olunmuş surəti təqdim edilməlidir. Qeyd olunan nöqsan ərizənin AR MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun hazırlanmamasını ehtiva edir, belə olan halda isə AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. AR MPM-nin 152.4-cü maddəsinə görə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və AR MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri, 1 saylı Notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırılandan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edilə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-3247/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3247/2021
01.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver