Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3341/2021 24.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi (vəkili) Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinə və Maraqlı şəxs2nə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs DƏDRX-nin 3 saylı Gəncə ərazi idarəsinə və Maraqlı şəxs2nə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.Rustaveli küçəsində yerləşən 38 saylı evin torpaq sahəsi ilə birlikdə Ərizəçi1 və Ərizəçi2 tərəfindən miras əmlak qismində qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında bildirdi ki, X21 22.07.1980-ci ildə Gəncə şəhərində vəfat etmiş, vəfat etdikdən sonra Gəncə şəhəri, Nizami rayonu, Ş.Rustaveli küçəsində yerləşən 38 saylı miras əmlakını övladları X22 və Ərizəçi1 faktiki qəbul edərək əmlaka sahiblik etmişlər. X22 05 fevral 1997-ci ildə Gəncə şəhərində vəfat etdikdən sonra, sonuncunun arvadı Ərizəçi2 həmin mirası faktiki olaraq qəbul etmiş, əmlaka sahiblik etmiş və hal-hazırda da həmin ünvanda yaşayır. X12 vərəsələri arasında heç bir narazılıq yoxdur. X12 ölümündən sonra da vərəsələri bərabər qaydada mirasa faktiki sahiblik və istifadəni davam etdiriblər. Bu isə mülki qanunvericiliyə görə mirasın qəbulu hesab edilir. Miras əmlaka dair hüquq müəyyənedici sənəd ala bilmədikləri üçün miras əmlakın qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X10 ərizənin təmin edilməməsini xahiş etdi. Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçilərin nümayəndəsini və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28.12.1953-cü il tarixli ИЖ 047336 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx.xx.1953-cü ildə doğulmuş, atası X21, anası Əli-zadə Stara Ağalar qızıdır. 24.12.1951-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X22 09.08.1951-ci ildə doğulmuş, atası X21, anası Əli-zadə Stara Ağalar qızıdır. 23.07.1980-ci il tarixli İİ-ЖГ 276273 nömrəli, 19.04.1985-ci il tarixli İİİ-ЖГ 301143 nömrəli və 05.02.1997-ci il tarixli İV-ЖГ 461752 nömrəli ölüm haqqında şəhadətnamələrdən görünür ki, X21 22.07.1980-ci ildə, X17 19.04.1985-ci il tarixdə, X22 05.02.1997-ci ildə ölmüşdür. 15.10.1977-ci il tarixli İ-ЖГ 431565 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X22 və Heydərova (Əliyeva) Zemfira Camal qızı arasında 15.10.1977-ci ildə 1125 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Gəncə şəhəri Ş.Rustaveli küçəsi 38 saylı evə dair “Ev dəftərindən” görünür ki, Ərizəçi1 və Ərizəçi2 həmin evdə yaşayırlar. Maraqlı şəxs2 05.08.2021-ci il tarixli 407 saylı imtina qərarından görünür ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 22.07.1980-ci il tarixdə vəfat etmiş mərhum X12 miras əmlakına dair qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişdir. Lakin göstərilən miras əmlak bir neçə vərəsələrin arasında mübahisəyə səbəb olduğu üçün həmin mülkə qanun üzrə vərəsəlik şəhadətnaməsi vermək mümkün deyildir. Ona görə də Ərizəçi1 və Ərizəçi2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MARS şöbəsinin 06.09.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi2 Gəncə şəhəri Ş.Rustaveli küçəsi ev 38-də qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, 3 saylı Gəncə ərazi idarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Ş.Rustaveli küçəsində yerləşən 58 saylı fərdi yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport və həmin yaşayış evinin yerləşdiyi 884 kv.m torpaq sahəsinə dair 03.01.1942-ci il tarixli “Torpaq qeydi” Əliyev Rəhim, Əliyev Movsum, Əliyev Heydar, Əliyeva Leyla, Əliyev Xəlil, Əliyev Cəbrayıl, Əliyev Əli və Əliyeva Manyanın adlarına tərtib edilmişdir. Lakin sözügedən daşınmaz əmlak üzərində hüquqlar daşınamz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Gəncə şəhəri, Ş.Rustaveli küçəsi 14 saylı fərdi yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportdan və 03.01.1942-ci il tarixli “Torpaq qeydi”ndən görünür ki, pasport və torpaq qeydi Əliyev Rəhim, Mövsüm, Heydər, Leyla, Xəlil, Cəbrayıl, Əli, Manyanın adına qeyd edilmişdir. X1, X7, X6, X4, X8, X2, X9, məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar sözügedən miras əmlakı nə notarial, nə də ki, faktiki olaraq qəbul etməmişdir. Odur ki, X16 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsində yerləşən 38 saylı evin torpaq sahəsi ilə birlikdə Ərizəçi1 və X13 tərəfindən miras əmlak qismində qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmirlər. 09.04.2003-cü il tarixli AZ-İ 045210 nömrəli, 01.02.2012-ci il tarixli 519505 nömrəli, 13.06.2000-ci il tarixli AZ 003950 nömrəli, 25.06.2008-ci il tarixli AZ-İ 292834 nömrəli ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X18 04.04.2003-cü ildə, X14 18.12.2011-ci ildə, X23 23.05.2000-ci ildə, X5 10.06.2008-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri, Ş.Rustaveli küçəsində yerləşən 38 saylı fərdi yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport və həmin yaşayış evinin yerləşdiyi 884 kv.m torpaq sahəsinə dair 03.01.1942-ci il tarixli “Torpaq qeydi” Əliyev Rəhim, Əliyev Mövsüm, Əliyev Heydər, Əliyeva Leyla, Əliyev Xəlil, Əliyev Cəbrayıl, Əliyev Əli və Əliyeva Manyanın adlarına tərtib edilmişdir. X21 22.07.1980-ci ildə, X17 19.04.1985-ci il tarixdə vəfat etmiş, onlar öldükdən sonra miras əmlakı Ərizəçi1, X22 və Ərizəçi2 faktiki olaraq qəbul etmiş, Gəncə şəhəri, Ş.Rustaveli küçəsində yerləşən 38 saylı fərdi yaşayış evində yaşamışlar, Yusif Əliyev 05.02.1997-ci ildə ölmüş, o, öldükdən sonra isə həmin evdə onun arvadı Ərizəçi2 yaşamaqda davam etmişdir. Hal-hazırda miras əmlak ərizəçlərinin sahibliyində və istifadəsində olmaqla, həmin miras mülkdə yaşayırlar. Ərizəçlərinin miras əmlak üzərində sahiblik və istifadə hüquqları mövcud olsa da, sərəncam hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onların əmlak hüquqlarının pozulmasına şərait yaratmışdır. Bu isə onların qanuni əsaslarla əldə etmiş olduqları əmlaka sərbəst sahiblik etmək hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, ərizəçilər qanunla qorunan hüquqlarının həyata keçirilməsini, yəni əmlak üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb etməkdə haqlıdırlar. Məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 22.07.1980-ci il tarixdə vəfat etmiş X16 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.Rustaveli küçəsində yerləşən 38 saylı evə (torpaq sahəsi ilə birlikdə) dair mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 22.07.1980-ci il tarixdə vəfat etmiş X11 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Ş.Rustaveli küçəsində yerləşən 38 saylı miras evin (torpaq sahəsi ilə birlikdə) ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən olunsun. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3341/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3341/2021
24.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver