Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3380/2021 25.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 1 saylı Notariat ofisinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 1 saylı Notariat ofisinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına» dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana dair atası X3 tərəfindən ünvan 2 tərəfindən 06 sentyabr 2014-cü il tarixdə verilmiş 7E-14-7605, 7606 reyestr nömrəli vəsiyyətnamədə olan “Müsabir” sözlərinin, “Müsadil”-ə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair atası X1 mülkiyyət hüququ tanınanraq ona X7 İnventarlaşdırma bürosu tərəfindən 23.05.1983-cü il tarixli 2120 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmiş və onun atası X3 1927-ci ildə Xanlar (indiki Göygöl) rayonunun Tülallar kəndində anadan olmuş, 06.12.2020-ci il tarixdə vəfat etmişdir. Onun anası X4 1930-cu ildə Xanlar (indiki Göygöl) rayonun Tülallar kəndində anadan olmuş və2017-ci ilin dekabr ayında vəfat etmişdir. Bundan əlavə ünvan 1 ünvan atası X1 adına Dövlət reyestrində qeyd edilmişdir. Atası tərəfindən ona ünvan 2 tərəfindən 06 sentyabr 2014-cü il tarixdə verilmiş 7E-14-7605, 7606 reyestr nömrəli vəsiyyətnamədə onun adı “Müsabil” əvəzinə “Müsabir” göstərilmişdir. O, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini öz adına rəsmiləşdirmək üçün qanunla müəyyən edilmiş sənəddə onun adını düzgün qeyd edilməməsi səbəbindən mülkü az adına dövlət reyestrində qeyd etdirə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək, məhkəmədən ünvan 2 tərəfindən 06 sentyabr 2014-cü il tarixdə verilmiş 7E-14-7605, 7606 reyestr nömrəli vəsiyyətnamənin ona məxsus olması faktinın müəyyən olunmasına dair qətnamə qəbul eilməsini xahiş etdi. Maraqlı şəxs 1 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, 18.05.1989-cu il tarixdə Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvan X1 adına qeyd edilmişdir. 06.09.2014-cü il tarixdə ünvan 2nda təsdiqlənmiş vəsiyyətnamənin surətindən görünür ki, X3 tərəfindən ünvan 3 ünvana dair X8 oğlunun adına vəsiyyətnamə verilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin adı Müsadil olmasına baxmayaraq, ünvan 2 tərəfindən 06 sentyabr 2014-cü il tarixdə verilmiş 7E-14-7605, 7606 reyestr nömrəli vəsiyyətnamədə olan “Müsabir” kimi yazılmışdır. Məhkəmə hesab edir ki, ünvan 2 tərəfindən 06 sentyabr 2014-cü il tarixdə verilmiş 7E-14-7605, 7606 reyestr nömrəli vəsiyyətnamənin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 2 tərəfindən 06 sentyabr 2014-cü il tarixdə verilmiş 7E-14-7605, 7606 reyestr nömrəli vəsiyyətnamənin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3380/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3380/2021
25.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver