Məhkəmə qərarları › İş №2(044)-3436/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3436/2020

10.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3436/2020 10.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Ərizəçilər-Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “doğum faktın müəyyən edilməsi” tələbinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək övladları X6 xx.xx.2019-cu il tarixdə Gəncə şəhərində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ Ərizəçilər tələbini onunla əsaslandırmışdır ki, birgə nikah dövründə xx.xx.2019-cu il təvəllüdlü X8 dünyaya gəlmişdir. Uşağın ev şəraitində dünyaya gəlməsi ilə bağlı doğum haqqında şəhadətnamə ala bilməmişlər. Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə dəfələrlə müraciət etsə də, ona uşağının doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməklərini məqsədə müvafiq hesab etmişlər. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə ərizəçilərnin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. İş materiallarında olan 4 nömrəli uşaq poliklinimasının verdiyi 547 nömrəli arayışdan görünür ki, X8 cinsi oğlan və saölam olmaqla Gəncə şəhəri Yeni Gəncə, 2-ci mikr, b7-25 ünvanında qeydiyyatdadir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Dövlət Qeydiyyatı Qaydası”nın 2.5.4-cü bəndinə uyğun olaraq uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. “Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2-ci və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi2 onun bacısı oğludur və o 2018-ci ildə ailə qurmuş və bu nikahdan iyun ayında bir oğlan uşağı doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi2 onun qaynıdır. 2012-ci ildə ailə qurmuşdur və bir övladı dünyaya gəlmişdir. Uşaq ev şəraitində doğulub. Gəncəyə gətirə bilməyiblər. Uşağın adı Amindir və hazırda 1 yaş 5 aylıqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi2 onun qaynı oğludur. Bir uşağı anadan olmuş və uşağın adını Amin qoymuşlar. Uşaq Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulmuşdu. Doğuşa Gülnara adlı xanım köməklik göstərmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə məhkəmə ərizəçilərnin izahatını və təqdim edilmiş sənədləri ətraflı, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək müəyyən etdi ki, X8 xx.xx.2019-cu il tarixdə Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulmuşdur. Məhkəmə sonda işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçilərin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçilərə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçilər tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də məhkəmə ərizənin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305-306, 307-311, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə qismən təmin edilsin. X6 xx.xx.2019-cu il tarixdə Daşkəsən rayounun Xoşbulaq kəndində doğulması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar