Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-344/2022 31.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı Səbuhi oğlunun, Cavabdeh və Cavabdeh4 nümayəndəsi X4, Cavabdeh3, Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər X6, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı “miras əmlaka payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Səbuhi oğlu cavabdehlər X6, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı “miras əmlaka payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, atası X12 qanun üzrə vərəsəsi tanınması, atasından miras qalmış Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 95A ünvanda yerləşən mənzilə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası X21 ilə anası X13 birgə nikahlarından o, anadan olmuş və o, anadan olduqdan sonra atası ilə anası ayrılmışlar. O, atasının yanında - Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 95A ünvanda yaşamış, ona əvvəl həmin evdə nənəsi və bibisi baxmışdır. Sonra atası Cavabdeh2 ilə ailə qurmuş və onların birgə nikahlarından Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 adlı uşaqları anadan olmuşdur. Onun atası evlənəndən sonra ona analığı Cavabdeh2 baxıb böyütmüş, oradan da hərbi xidmətə getmiş, hərbi xidmətdən qayıdandan sonra Rusiyaya getmiş, onun atası da Moskvada işləmiş və 20.08.2016-cı il tarixdə Moskvada vəfat etmiş və o, min bir zülümlə atasının cənazəsini Rusiyadan Azərbaycana gətirərkən sərhəddə 3 gün meyitlə qalmış və bir zülümlə atasının cənazəsini öz vəsaiti hesabına Gəncəyə atası evinə gətirmişdir. Atasının yas mərasiminə dair bütün xərcləri onun və əmisi Saday tərəfindən qarşılanmışdır. Mülkün idarə olunmasında o, da vərəsə kimi iştirak etmiş və atasının sağlığında da və öləndən sonra da ailə üzvləri ilə birgə yaşamışdır. O, bir müddət Bakı şəhərində işləmiş, pulunu analığı Cavabdeh2 göndərmişdir. Bundan başqa iş üzrə cavabdeh olan əmisi Cavabdeh1la atasının şərikli ağ rəngli sprinter marşurut avtomobili olmuş və o, həmin avtomobili sürücü ilə birlikdə idarə etmişdir. Atasının vəfatından sonra 2018-ci ilə kimi atasının vərəsəliyini qəbul edərək həmin avtomobili idarə etmişdir. Sonradan 74 saylı Hərbi biletin surətindən görünür ki, İddiaçı N saylı hərbi hissənin tərkibində 09.11.2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qumbaraatan vəzifəsində iştirak etmişdir. 29.09.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X13 birgə nikahlarından xx.xx.1994-cü il tarixdə İddiaçı anadan olmuşdur. 07.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28.08.1997-ci il tarixli 2-322/97 saylı qətnamə və icra vərəqəsində X19 ilə X14 faktiki nikahda olmaları, Cəlalovlar Səfər və Qafarın valideynləri olmaları faktı təsdiq edilmiş, Cəlalovlar Səfər, Qafar, Sabir İsmayıl uşaqları, X3 İsmayıl Qurban oğlunun qanun üzrə, X1 Zafta Nəsib qızının vəsiyyət üzrə vərəsəsi tanınmışlar, 6.4 kv.m mətbəx, 13.6 kv.m örtülü eyvan, 28.1 kv.m yaşayış otağı, 28.4 kv.m örtülü eyvan, 7.0 kv.m mətbəx, 3.8 kv.m küləkboğan, X9 mülkiyyətində verilməklə əsas mülkdən ayrılması, 26.2 kv.m yaşayış otağı X5, Cəlalovlar Saday, Rövşən, Səbuhi, Laləzər, Səfər uşaqlarının bərabər payla mülkiyyətlərinə, 25.2 kv.m yaşayış otağı X10 mülkiyyətinə verilmiş, sahəsi 25.2 kv.m yaşayış otağı, 9.3 kv.m örtülü eyvan, 1.2 kv.m ayaq yolundan ibarət yaşayış evinin ünvanı M.S.Ordubadi küçəsi 95B olmaqla X10 adına qeydiyyata alınmış, sahəsi 26.2 kv.m, 15.0 kv.m yaşayış otaqları, 31.1 kv.m örtülü eyvan, 5.2 kv.m, 5.7 kv.m hamam, 20.7 kv.m zirzəmidən ibarət olan yaşayış evi ünvanı M.S.Ordubadi küçəsi 95A olmaqla nənəsi X5, əmisi Cavabdeh1, əmisi X15, atası X12 və bibisi X8 adlarına qeydiyyata alınmış, sahəsi 28.4 kv.m yaşayış otağı, 28.1 kv.m, 13.6 kv.m örtülü eyvanlar, 7.0 kv.m, 6.4 kv.m mətbəxlər, 3.8 kv.m tambur, 10.4 kv.m, 6.8 kv.m zirzəmidən ibarət yaşayış eviŞ 12.7 kv.m hamam ünvanı M.S.Ordubadi küçəsi 95 olmaqla X9 adına qeydiyyata alınmış və ona 05.12.1997-ci il tarixli 11890 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, 7 saylı notariat kontorunun 23.11.2005-ci il tarixli 4Ə-4-787 saylı alıq-satqı müqaviləsinə əsasən X20 mülkün tikili “A”-da 15.8 kv.m bir yaşayış otağından ibarət olan hissəsini X2, tikili “A”-da 11.9 kv.m bir yaşayış otağı, 53.9 kv.m köməkçi sahə, 10.4 kv.m zirzəmi, tikili “B”-də 12.8 kv.m hamam öz istifadəsində saxlanılmış, satılan hissənin ünvanı Nizami küçəsi, 128A-dır. X16 M.S.ünvan 4i yaşayış evinə 09.10.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri, M.S.ünvan 5 ünvanda yerləşən miras ev X5, Cavabdeh1, X15, X12 və X8 adlarına qeydiyyata alınmış, 20.08.2016-cı il taixdə vəfat etmiş X11 miras qalmış və onun vəfatından sonra birinci növbə vərəsələri – oğlu İddiaçı, arvadı - X17, oğlu Cavabdeh3, qızı Cavabdeh4, oğlu Cavabdeh5 qalmışlar. İddiaçı İddiaçı miras mülkə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə Gəncə 1 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin vərəsələr arasında mübahisə olduğundan miras mülkə dair vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı, cavabdehlər X17, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 20.08.2016-cı il taixdə vəfat etmiş X12 qanun üzrə vərəsələri tanınmalı, X11 miras qalmış Gəncə şəhəri, M.S.ünvan 5 ünvanda yerləşən miras mülkdən İddiaçı, cavabdehlər X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 hər birinin 1/5 hissədə payları müəyyən edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı, cavabdehlər X17, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 20.08.2016-cı il taixdə vəfat etmiş X12 qanun üzrə vərəsələri tanınsınlar. 20.08.2016-cı il taixdə vəfat etmiş X11 miras qalmış Gəncə şəhəri, M.S.ünvan 5 ünvanda yerləşən miras evdə İddiaçı 1/5 hissədə, cavabdehlər X4 1/5 hissədə, Cavabdeh3 1/5 hissədə, Cavabdeh4 1/5 hissədə və Cavabdeh5 1/5 hissədə payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-344/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-344/2022
31.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver