Məhkəmə qərarları › İş №2(044)-3443/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3443/2021

05.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3443/2021 05.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi-Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “doğum faktın müəyyən edilməsi” tələbinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək atası X7 X2 oğlu olması kimi qohumluq münasibətində olma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun babası X2 adına ünvan 1 ünvanda ev vardır. Babası 1938-ci ildə vəfat etmişdir. Onun adına olan mirası atası, sonrada özü qəbul etmiş və faktiki olaraq həmin mülkdə yaşayır. O, həmin mülkü atasının doğumuna dair qeydiyat aparılmadığı üçün adına keçirdə bilmir. Bu səbəbdən də, o məhkəməyə müraciət etmişdir. Ərizənin dəyişdirilməsinə dair ərizə təqdim edərək İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Maraqlı şəxs tərəfindən verilmiş 26.04.2019-cu il tarixli AZ-İ 990457 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 oğlu 1938-ci ildə ölmüşdür; Kirovabad rayon ZAQS şöbəsi tərəfindən verilmiş 13.02.1989-cu il tarixli 452133 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 12.02.1989-cu ildə ölmüşdür; Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.11.2018-ci il tarixli, AZ-T 039290 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Gəncə şəhərində anadan olmuşdur. X1 ilə X5r; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş 29.05.2019-cu il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, C.Rəfibəyli küçəsi, dalan 1, 10 nömrəli mənzil X2 adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır; ƏRİZƏÇİNİN və MARAQLİ ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə ərizəçinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Babayev Kamal onun dayısı olmuşdur.Xasay isə dayısı oğludur.Xasayın babası Müslümü o görməsə də, onu bilir ki, ondan qalmış miras mülkdə Xasayın atası Kamal yaşamış, hazırda da Xasay və onun ailəsi yaşayır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməlidir. Belə ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. İş materiallarından göründüyü kimi ərizəçinin müəyyən ediməsini istədiyi faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün lazımdır. Belə ki, iş materiallarından göründüyü kimi X4 məxsus ünvan 2 ünvanda fərdi yaşayış evi vardır ki, həmin ev də 29.05.2019-cu ildə X2 adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır.Ərizəçinin atası Kamalın doğum qeydi aşkar edilmədiyindən ərizəçi mirasın qəbulu ilə bağlı hərəkətləri həyata keçirə bilmir. Bundan başqa iş materiallarında o da görünür ki, həqiqətən də ərizəçi X4 məxsus ünvan 2 ünvanda pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarının 2.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. İş materiallarından göründüyü kimi Babayev Müslüm 1938-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçidən başqa ondan əvvəlki növbə vərəsələr müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə sonda işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran qohumluq faktının müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də məhkəmə ərizənin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305-306, 307-311, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. X7 X9 oğlu ilə oğul və ata olması kimi qohumluq münasibətində olması faktı müqəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar