Məhkəmə qərarları › İş №2(044)-3524/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3524/2021

14.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3524/2021 14.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 2i rayonu, Puşkin küçəsi, bina 33, mənzil 1 ünvanda yerləşən evdən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2i rayonu, Puşkin küçəsi, bina 33, mənzil 1 ünvanda yerləşən yaşayış evinin ona məxsus olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı ilə təsdiq olunur. Cavabdeh onun doğma qızıdır, qızı Fərqanə ailə qurmuş və Türkiyə Respublikasında yaşayır, lakin buna baxmayaraq qızı Fərqanə ona məxsus evdə qeydiyyatda qalmaqdadır. Odur ki, hazırkı iddi tələbi ilə məhkəməyə məhkəməyə müraciət etməli olmuşdur. Hazırda cavabdehin ona məxsus evdə pasport qeydiyyatında qalması onun əmlakı üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM0nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edti. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 16.07.2015-ci il tarixli seriya PX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı adına qeyd edilmişdir. 25.09.2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh ünvan 2i rayonu, Puşkin küçəsi, ev 33, mənzil ünvandan qeydiyyatdan çıxarılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. 15.04.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, X2, İddiaçı və Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadırlar. Cavabdeh tərəfindən yazılmış əlyazmadan görünür ki, Cavabdeh ünvan 1 ünvandan İddiaçı aid olan evdən öz istəyi ilə çıxmaq istədiyini bildirmiş və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 30.03.2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən evin satışını qardaşı Anar Kəsəmənliyə verilməsinə razılıq vermişdir. 31.03.2021-ci il tarixli evlənmə şəhadətnaməsindən (X6) görünür ki, Cavabdeh ilə X5 31.03.2021-ci il tarixdə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında təsdiq olundu ki, cavabdeh ünvan 1 ünvanda pasport qeydiyyatında olmasına baxmayaraq, həmin ünvanda yaşamır. Hazırda cavabdeh mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmir, daimi olaraq başqa ünvanda yaşayır və yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifəni yerinə yetirmir Cavabdehin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalması, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehin ünvan 1 ünvana olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh ünvan 1 ünvana olan istifadə hüququ itirilmiş hesab olunsun. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar