Məhkəmə qərarları › İş №2(044)-3684/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3684/2020

21.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3684/2020 21.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, X5 X9 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və X4 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X5 X9 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0, 0068 ha torpaq sahəsinə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, X1 və X3 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0, 0068 ha torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməmiş şəxs tərəfindən imzalandığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizə X6 Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Zeynal Hüseynov tərəfindən imzalanmışdır. Zeynal Hüseynova ərizəni imzalamaq səlahiyyəti xx.xx.2020-ci il tarixli X6 Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri tərəfindən imzalanmış etibarnamə ilə verilmiş, ərizəyə həmin etibarnamənin surəti əlavə edilmişdir. Həmin surət vəzifəsi və adı göstərilməmiş şəxs tərəfindən təkrarən imzalanmış və “əsli ilə düzdür” möhürü vurulmuşdur. Qeyd edilən etibarnamə lazımi qaydada təsdiq edilmiş hesab edilə bilməz. Sənədin surətinin əsli ilə düz olmasının müəyyən edilməsi üçün həmin surətin səlahiyyətli şəxs tərəfindən təsdiq edilməsi tələb olunur. Buna görə də iddia ərizəsinə xx.xx.2020-ci il tarixli etibarnamənin əsli və ya lazımi qaydada (hüquqi şəxsin rəhbərinin və ya təsis sənədləri ilə buna səlahiyyətli edilmiş digər şəxsin imzası və möhürü ilə yaxud notarial qaydada) təsdiq edilmiş surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması üçün səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X5 X9 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və X4 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması üçün səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar