Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-372/2022 16.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi Əli qızının nümayəndəsi və vəkili Nümayəndə, maraqlı şəxsin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Əli qızının Gəncə şəhər Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Əli qızı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1963-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəni müafiə edərək bildirmişdir ki ərizəçinin atası X6 ilə anası X1 birgə evliliyindən 1959-cu il təvəllüdlü Ərizəçi Əli qızı, 1961-ci il təvəllüdlü X10, 1963-cü il təvəllüdlü X13 və 1966-cı il təvəllüdlü X11 adlı övladları anadan olmuşdur. X4 2-ci qrup əlildir və xx.xx.2021-ci il tarixdən baş beyinin üzvi xəstəliyi nəticəsində davranış pozuntusu diaqnozu ilə Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicədədir, xx.xx.2009-cu il tarixdən isə Gəncə şəhəri Səhiyyə İdarəsi Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır. Ərizəçi zəruri sənədləri qardaşı Arzu Ələkbərov imzalamaq iqtidarında olmadığı üçün sənədləşdirmə işlərini apara bilmirlər. Ona görə də ərizəçi qardaşı Arzu fəaliyyət qabiliyyəti olmayan hesab olunmasını istəyir. Məhz bu səbəblərdən Gəncə şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət edərək ərizəçi qardaşı xx.xx.1963-cü il təvəllüdlü X9 himayəçisi təyin edilməsi barədə sərəncam verilməsini xahiş etmiş, lakin Gəncə şəhəri Maraqlı şəxs məktubunda məhkəməyə müraciət etməyi bildirilmişdir. Sonda ərizəçinin nümayəndəsi ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxs başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1963-cü il tarixdə Kirovabad şəhərində doğulmuş, ata qrafasında X6, ana qrafasında X2 qeyd edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Əli qızı xx.xx.1959-cu il tarixdə Kirovabad şəhərində doğulmuş, ata qrafasında X6, ana qrafasında X2 qeyd edilmişdir. - Azərbaycan Respublikası səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə idarəsi X12 verdiyi xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1963-cü ildə anadan olmuş X13 baş beyinin üzvi xəstəliyi nəticəsində davranış pozuntusu diaqnozu ilə Gəncə şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda durur. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsini dinləyib, ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X8 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli 240 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin verdiyi rəydən görünür ki, X13 xroniki xəstəlik olan baş-beyin üzvi xəstəliyi nəticəsində ağıl zəifliyi və ifadə olunmuş davranış pozuntuları XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F06.8 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2009-cu il tarixli 934/2009 saylı ambulator kartadan, Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş 0367841/21 saylı stasionar xəstənin tibbi kartası), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, bələdliyinin pozulması, yaşadığı ünvanı, anadan olduğu ili və neçə yaşı olduğunu tam düzgün söyləyə bilməməsi, bütün müayinə boyu özünü narahat və gərgin aparması, bir neçə dəfə otaqdan çıxmağa cəhdlər göstərməsi, onda konfliktə meyillilik və ifadə olunmuş davranış pozuntusu müşahidə edilməsi, yaddaşının pozulması, təfəkkürünün konkret olması, oxumaq, yazmaq vərdişləri zəifləməsi, maraq dairəsi daralması, abstrakt və məntiqi təfəkkürünün zəifliyi, düşdüyü vəziyyətə qeyri-tənqidi yanaşması, intellektinin geri qalması, şəxsiyyətində qüsur aşkar olunması və s.) imkan verir. X13 baş-beyin üzvi xəstəliyi nəticəsində ağıl zəifliyi və ifadə olunmuş davranış pozuntuları XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F06.8 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X13 halhazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək məhkəmə psixatrik ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Əli qızının ərizəsi təmin edilsin. xx.xx.1963-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştiarak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-372/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-372/2022
16.05.2022 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver