Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-397/2021 14.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əbülhəsən qızına, X2, Cavabdeh3 və üçüncü şəxs Maraqlı şəxs ASC-yə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əbülhəsən qızına və üçüncü şəxs Maraqlı şəxs ASC-yə qarşı “özbaşına zəbt olunmuş mənzilin və köməkçi sahələrin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əbülhəsən qızı tərəfindən zəbt olunmuş 317 nömrəli mənzilin, mətbəxtin və tualetin boşaldılıb əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili X7 məhkəməyə ərizə təqdim edərək X4 və Cavabdeh3 cavabdeh qismində cəlb olunmasını məhkəmədən xahiş etmiş, məhkəmənin 31 mart 2021-ci il tarixli qərardadı ilə X4 və Cavabdeh3 cavabdeh qismində cəlb olunmuşlar. İddiaçı nümayəndəsi və vəkili X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq İddiaçı məxsus 312 nömrəli mənzilin ümumi istifadəsi üçün nəzərdə tutulmuş mətbəxtə Cavabdeh1 və Cavabdeh2 Əbülhəsən qızı tərəfindən, ayaqyolu və hamama isə X4 və Cavabdeh3 tərəfindən yaradılmış bütün maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 317 və 312 nömrəli otaqlar Maraqlı şəxs tərəfindən ona verilmiş və o, 2 övladı ilə birlikdə orada yaşamışlar. Lakin sonradan mətbəxt və ayaqyolundan istifadə üçün ona maneələr yaradılmış və məcbur qalıb hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili X7 izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmənin yeri və tarixi barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o, İddiaçı qonşuluğunda yaşayır. İddiaçı Maraqlı şəxs ASC-yə məxsus yaşadığı binada olan qonşularından daim şikayətlər edərək onun həmin yerin mətbəxi və ayaqyolundan istifadə etməsinə maneə yaratdığını bildirmişdir. Elə bu səbəbdən də İddiaçı tez-tez ona məxsus hamam, tualet və mətbəxtən istifadə etmiş, təbii ehtiyaclarını ona məxsus mənzildə qarşılamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 qızı ifadəsində bildirdi ki, o, İddiaçı qonşuluğunda yaşayır və İddiaçı hamam və tualet ehtiyaclarını ödəmək üçün daim onlara gəlmiş, bəzən gec saatlarda belə onun mətbəxindən istifadə etmək üçün onun evində olmuşdur. Maraqlı şəxs ASC tərəfindən verilmiş 02.12.2019-cu il tarixli orderin əslindən görünür ki, 312 nömrəli otaq İddiaçı qızının adına qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı məxsus 312 nömrəli otaq Maraqlı şəxs ASC tərəfindən 02.12.2019-cu il tarixli 06 nömrəli orderlə onun istifadə və sahibliyinə verilmişdir. 312 nömrəli otaq yataqxana tipli yaşayış otağı olduğundan həmin yataqxanada mətbəx, hamam və tualet ümumi istifadə üçün nəzərdə tutulmuş və İddiaçı cavabdehlər tərəfindən maneə yaradılmışdır. Odur ki, cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalı və mətbəx, hamam və tualet ümumi istifadə edilməsi üçün əvvəlki vəziyyətə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Maraqlı şəxs ASC-nin yataqxanasının 312 nömrəli mənzilində yaşayan İddiaçı istifadə etməsi üçün, ümumi istifadə üçün nəzərdə tutulmuş mətbəxə Cavabdeh1 və Cavabdeh2 Əbülhəsən qızı tərəfindən, ayaqyolu və hamama isə X4 və Cavabdeh3 tərəfindən yaradılmış bütün maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-397/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-397/2021
14.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver