Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-399/2021 13.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 ünvandan yerləşən mülkdə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvandan yerləşən mülk onun mülkiyyətindədir və cavabdehlər ona məxsus evdə pasport qeydiyyatında olsalar da, yaşamırlar. Cavabdehlərin ona məxsus mülkdə onun iradəsinə zidd olaraq pasport qeydiyyatında olmaları onun mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olmuş və o, cavabdehlərə görə əlavə kommunal xərclər ödəyir və cavabdehlər ona məxsus evdə formal olaraq pasport qeydiyyatındadırlar. Cavabdeh onun qardaşının yoldaşı olmuş və hazırda boşanmışlar. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı adına qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər X2, X9, X5, X3, Cavabdeh1, X4, X7, X6, Cavabdeh2, X1 ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-763/2018 saylı qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh1 tərəfindən yazılmış izahatdan görünür ki, o, keçmiş həyat yoldaşı X4 ilə 2001-ci ildə valideynlərinin razılığı ilə el adəti üzrə toy edərək, rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, toydan bir başa həyat yoldaşının yaşadığı, atasının mülkiyyətində olan indiki Mehrablı küçəsi, ev 41 ünvana gəlin köçmüş, qaynatası Qəzənfər öz razılığı ilə sahibi olduğu evdən ayırdığı cehiz əşyalarının yerləşdirilmiş iki otağı onlara ayırdığını bildirmiş və həmin gündən həyat yoldaşının valideynləri ilə bir ailə üzvü kimi birgə yaşamışlar. Onların birgə nikahlarından 2002-ci ildə Cavabdeh2 adında bir uşaqları var və ailədə yaranan mübahisələr səbəbindən 2015-ci ildə məhkəmə qətnaməsi əsasında boşanmışlar, o, əşyalarını da götürüb yaşadıqları otaqdan həmişəlik getmişdir. O, gəlin gəldiyi, əşyaları olan yaşadığı otaqda oğlu Qaffar ilə birgə bu günə kimi yaşayır, heç kəsə maneçiliyi yoxdur, lakin ona qarşı verilmiş iddiada keçmiş qaynı iddia edir ki, onlar onun mülkiyyətçi kimi hüquqlarını pozur, lakin hansı hüquqlarının pozulmasını əsaslandırmamışdır. O, oğlu ilə istifadə etdiyi bütün kommunal xidmətlər ayrılıqda hesablanır, üzərinə düşən ödənilməli məbləği də özü ödəyir. Guya onlar qeydiyyatda olduqları evdə yaşamırlar, lakin onların başqa yaşayış yerləri yoxdur. O, hərbi hissə hospitalında tibb bacısı işləyir, onu iş qrafiki dəyişkəndir. O, işdən 22-5 günlərlə ayrılmır, belə vaxtlar evdə qala bilmir, onun oğlu Qaffar o, olmayanda dayısı, ya da nənəsigildə qalmalı olur. O, qeydiyyatda olduğu ünvanda formal deyil, daimi olaraq qeydiyyatdadır, 19 ildir ki, əşyaları olan evdə də yaşayır. O, qeydiyyatda olduğu və yaşadığı evə nə müvəqqəti, nə də kirayəçi kimi gəlməmişdir. O, mübahisəli evə gəlin gələrkən ailə üzvü kimi ev sahibinin razılığı ilə qeydiyyata alınmış və oğlu Qaffar da bu evdə doğulmuş, yaşamış və boya başa çatmışdır. Onların başqa yaşayış yerləri yoxdur. İddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında təsdiq olundu ki, cavabdehlər ünvan 1 ünvanda pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin ünvan 1 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 saylı evə olan istifadə hüquqları itirilmiş hesab olunsun. İş üzrə ödənilmiş 10 manat iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-399/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-399/2021
13.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver