Məhkəmə qərarları › İş №2(044)-401/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-401/2021

05.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-401/2021 05.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh Zehnal oğluna qarşı fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nəzakət Məmmədova küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinin və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili qurğular) Liter “İ” 40.9 kv.m, tikintialtı talvar sahəsindən ibarət xüsusi fərdi yaşayış evinin boşaldılması və qeyd olunan əmlakın ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti X4 və Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-4648/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X2 “xxxx” ASCnin xeyrinə 24415.29 manat əsas, 4178.10 manat faiz, 200 manat cərimə borcu və 60 manat dövlət rüsumunun, cəmi 28853.39 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nəzakət Məmmədova küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili qurğular) Liter “İ” 40.9 kv.m., tikintialtı, talvar sahəsindən ibarət xüsusi fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 63000 manat məbləğində müəyyən edilməsi və fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına X3 banka olan borcunun ödənilməsi qət edilmişdir. Əmlak Gəncə şəhəri üzrə İcra İdarəsinin 246516/17 O.Ə saylı xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən “xxxx” MMC tərfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuşdur. “xxxx” ASC tərfindən fərdi yaşayış evinin alınması təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Çıxarışa (Seriya RX 1297085, Reyestr nömrəsi – **********93-10301, Qeydiyyat nömrəsi **********) əsasən yuxarıda göstərilən əmlak mülkiyyət hüququ əsasında “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Bank tərəfindən evin boşaldılaraq təhvil verilməsi üçün cavabdehə pretenziya məktubu göndərilsə də, bu heç bir nəticə verməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndısi iddianın təmin olunmasına dair qətnamə çıxaılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, hər ay hissə-hissə ödənişlər edir, onun mübahisəli evdən başqa yaşayış yeri yoxdur. Onun oğlu Vətən müharibəsində iştirak etmişdir, bununla bağlı o, müxtəlif orqanlara müraciət edərək ona yeni ödəniş cədvəli verilməsini və evdən çıxmasının dayandırılmasını xahiş etmişdir. Sonda cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin x xxxx 2021-ci il tarixli 2(044)- 4648/2017 saylı qətnaməsinə əsasən İddiaçı ASC-nin cavabdehlər X4 və Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası X2 İddiaçı ASC-nin xeyrinə 24415.29 manat məbləğində əsas borc, 4178.10 manat məbləğində faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 28793.39 manat və iddia qaldırılması üçün ödənilməsi 30 manat dövlət rüsumu, bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 30 manat tutulması, tutma kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh məxsus olan və tərəflər arasında ilkin olaraq 63000 manata qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Nəzakət Məmmədova küçəsində 0.048 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58.3 kvm yaşayış, 85.4 kvm yardımçı sahədən, 143.7 kvm ümumi sahədən ibarət 13 saylı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili qurğular) Liter İ 40.9 kvm, tikintialtı, talvar sahəsindən ibarət xüsusi fərdi yaşayış evinə yönəldilməsi, həmin ev açıq hərracda ixtisaslaşmış təşkilat vəsitəsilə satılaraq, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 24415.29 manat məbləğində əsas borc, 4178.10 manat məbləğində faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 28793.39 manat borc və 30 manat dövlət rüsumunun və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manat ödınişin ödınilməsi təmin edilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması qət edilmişdir. - xx.xx.2018-ci il tarixli, 14/05 nömrəli Hərrac təşkilatının İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə protokolundan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin x xxxx 2021-ci il tarixli 2(044)-4648/2017 saylı icra vərəqəsinin, Gəncə şəhəri üzrə İcra idarəsinin 246516/17 O.Ə saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubunun və İddiaçı ASC-nin 858 saylı, xx.xx.2018-ci il tarixli məktubunun icrasına əsasən Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Nəzakət Məmmədova küçəsində 0,048 ha torpaq sahəsi və onun üzərində yerləşən 13 saylı fərdi yaşayış evi 40162.50 manat qiymətlə tələbkar İddiaçı ASC tərəfindən əldə edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX saylı № ******* çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, M.Müşfiq küçəsi, 5-ci dalan 5 nömrəli Gəncə şəhəri, Nizami rayonu, Nəzakət Məmmədova küçəsi, 13 saylı fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdən İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. - İddiaçı ASC-nin xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Nəzakət Məmmədova küçəsində 0.048 ha torpaq sahəsində yerləşən 13 saylı fərdi yaşayış evini 10 gün müddətində boşaldaraq banka təhvil verilməsi bildirilmişdir. - xx xxxxxx 2014-cü il tarixli № 210/RC/km saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən X4 36 ay müddətinə illik 20 faiz olmaqla 35000 manat kredit verilmişdir. - xx xxxxxx 2014-cü il tarixli № 210/RC/km saylı kredit müqaviləsinin təminatı kimi xx xxxxxx 2014-cü il tarixli № 210/RC/İP ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nəzakət Məmmədova küçəsində mülkiyyətdə olan 0.048 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58.3 kvm yaşayış, 85.4 kvm yardıçı sahədən, 143.7 kvm ümumi sahədən ibarət 13 saylı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili qurğular) Liter “İ” 40.9 kvm, tikintialtı, talvar sahəsindən ibarət xüsusi fərdi yaşayış evi evi İddiaçı ASC-nin xeyrinə ipoteka yüklü edilmişdir. Cavabdeh arvadı X1 və onların oğlu X7 notarial qaydada təstiq olunmuş ərizələrinin surətindən görünür ki, onlar Cavabdeh məxsus qeydiyyatda olduqları Gəncə şəhəri, Nizami Rayonu, Nəzakət Məmmədova küçəsi, 13 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı ASC-nin Gəncə filialına ipoteka ya qoyulmasına razılıq vermişlər və qeyd olunan ipoteka predmetinə tutma (ödəniş) yönəldikdə evi (mənzili) heç bir məhkəmə qətnaməsi tələb etmədən dərhal tərk etməyi öhdəliklərinə götürmüşlər. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, mülki iş materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Çünki Cavabdeh məxsus ipoteka qoyulmuş Gəncə şəhəri, Nizami Rayonu, Nəzakət Məmmədova küçəsi, 13 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönələrək hərrac vasitəsi ilə İddiaçı ASC tərəfindən əldə edildikdən sonra cavabdeh ailə üzvləri ilə birlikdə həmin evi 1 ay ərzində tərk etməli idi. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Hal-hazırda cavabdehin qanunsuz olaraq iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nəzakət Məmmədova küçəsində yerləşən 13 saylı fərdi yaşayış evindən və 0.048 ha torpaq sahəsindən sahiblik və istifadə etməsi iddiaçının mülkiyyətçi kimi mülkiyyət hüquqlarını pozur. Buna görə də iddiaçının cavabdehdən mülki qanunvericiliyə əsasən mübahisəli evin boşaldılmasını və ona təhvil verilməsini tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nəzakət Məmmədova küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili qurğular) Liter “İ” 40.9 kv.m, tikintialtı talvar sahəsindən ibarət xüsusi fərdi yaşayış evi cavabdeh tərəfindən boşaldılmalı və qeyd olunan əmlak iddiaçıya təhvil verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nəzakət Məmmədova küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi, fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili qurğular) Liter “İ” 40.9 kv.m, tikintialtı talvar sahəsindən ibarət xüsusi fərdi yaşayış evi Cavabdeh tərəfindən boşaldılsın və İddiaçı ASC-yə təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar