Məhkəmə qərarları › İş №2(044)-433/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-433/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-433/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı Şəmil oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Şəmil oğlunun Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY Y Ə N ETDİ: İddiaçı Şəmil oğlu Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU 6 saylı yataqxanasının ətrafındakı daşdan tikilmiş evindən oğlu Xəzərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla asaslandırılmışdır ki, o, 1957-ci ildə Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuş, 6 şeir kitabının müəllifidir, AYB və YAP-ın üzvüdür. Kəlbəcər rayon 96 saylı ümumi orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir, 44 illik pedaqoji stajı vardır. Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU 6 saylı yataqxanasının ətrafında özünə şəxsi ev tikmiş və hazırda orada yaşamışdır. Onun ailə həyatı pozulduğundan, kiçik oğlu keçmiş həyat yoldaşı ilə, böyük oğlu, cavabdeh Cavabdeh isə onunla yaşayırdı. Cavabdeh toyundan sonra onunla çox sərt rəftar etməyə başlamış, onun yeməyinə anasının əli ilə zəhərli maddələr qataraq, üç il onu acınacaqlı vəziyyətdə yaşatmış və anasını da bu işin üstündə boşamışdır. O, müəllim işlədiyi məktəbin direktoru vəzifəsində işləmiş, işə gedə bilmədiyindən, öz ərizəsinə əsasən məktəbin direktoru vəzifəsindən çıxmışdır. Onun xəstəliyindən istifadə edərək, ona məxsus “Niva” markalı avtomaşınını sataraq, özünə 07 markalı maşın almış, onun pulu ilə, qabiliyyətlə Gəncə Dövlət Universitetinə girmiş, onun pulu isə qızına təqaüd kəsdirmiş, 4 ayın ərzində 8 min manat pulunu evdən dağıtmışdır. O, maşınını və pulunu da tələb edir. O, iki il bundan əvvəl dolana bilməmiş məcbur olub evdən çıxmış, 2 ay Göygöl rayon Murovdağ qəsəbəsində kirayədə yaşamalı olmuş, qohum-əqrəba yığışıb onları çıxardıqdan sonra, o, qayıdıb gəlmiş evinə. O, neçə dəfə təkid etsə də arvadınının cehizini evdən çıxartmamış, dönə-dönə gəlib onu hiddətləndirmiş, şəkərini, təzyiqini qaldırmış, əsəbləri ilə oynamışdır. Dəfələrlə gəlib onun yeməyinə zəhərli maddələr qataraq onu pis vəziyyətə salıb getmişdir. xx xxxx 2020-ci il tarixdə gecə saat 12-də gəlmiş, onu aldadaraq, qapını açdırmışlar, qapını açanda isə ərliarvadlı, o biri qardaşı arvadı ilə evə dolmuşlar, yenə onun başını qataraq çayına nə salmışlarsa, o, çox pis vəziyyətə düşmüşdür. O vaxtdan ürəyi döyünməyə başlamış, təzyiqi və şəkəri qalxmış, başında və qara ciyərində kəskin ağrılar olmuş, mədə-bağırsağı tamamilə pozulmuş, gecələr yuxu yata bilməmişdir. Onu tamamilə əsəbiləşdirmişlər, əsəblərini pozmuşlar o, cavabdehin evdən çıxmasını tələb etsə də, cavabdeh evdən çıxmamış və o, məcbur olaraq özü evdən çıxmış, hazırda kirayədə yaşayır. İddiaçı Şəmil oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasında bildirdi ki, İddiaçı Şəmil oğlu onun atasıdır. Onlar bir yerdə yaşaya bilmirlər, atası həmişə dava-dalaş salır və onun atasının psixi problemləri var. Onun anası ilə atası boşanmışlar. O, ailəlidir və Gəncə Dövlət Universitetində 4-cü kursda oxuyur, yaşamağa başqa yaşayış yeri yoxdur. İddiaçı Şəmil oğlunun onlarla birlikdə mübahisəli evdə yaşamasına etirazı yoxdur. Lakin iddiaşı təkidlə onları qışın sərt vaxtında evdən çıxartmaq istəyir. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X3 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş məktubdan görünür ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Zəylik kənd X2 üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 118 saylı arayışdan görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU 6 saylı yataqxanasının ətrafında mişar daşından tikilən ev İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 374 saylı məktubu surətindən görünür ki, 1957-ci il təvəllüdlü Kəlbəcər rayonu Zəylik kənd sakini İddiaçı Gəncə şəhəri Psixonevroloji dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş İddiaçı müraciəti əsasında toplanmış materialın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müraciəti araşdırılmış və ona xüsusi ittiham qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququnun olması bildirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU 6 saylı yataqxanasının ətrafında mişar daşından tikilən evə dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmənin qənaətinə görə iddiaçı iddianın əsasını təşkil edəcək sübutlara malik deyildir. Bu halda iddiaçı subyektiv hüquqa malik olan şəxslər kimi hazırkı iddia tələbini irəli sürməkdə haqlı deyildir. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair ddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar