Məhkəmə qərarları › İş №2(044)-442/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-442/2021

01.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-442/2021 01.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçıların nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “miras mülkün qəbul edilməsi faktının və miras mülkdən payın müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “miras mülkün qəbul edilməsi faktının və miras mülkdən payın müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 miras qalmış ünvan 1 fərdi yaşayış evindən ibarət miras mülkün onlar tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və sözügedən miras mülkə miras payın müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev xx.xx.2011ci il tarixdə cavabdeh tərəfindən qətlə yetirilmiş anaları X3 miras olaraq qalmış və mərhumun vərəsələri Cavabdeh, İddiaçı2 və İddiaçı1 ibarətdir. X5 ölümündən sonra miras əmlak onlar tərəfindən faktiki qəbul edilmiş və iddiaçıların ilk himayəçiləri olan nənələri Abdullayeva Leyla ilə birgə və Leyla Abdullayevanın ölümündən sonra hazırkı himayəçiləri ilə birgə miras əmlaka sahib çıxaraq orada yaşayırlar. X5 ölümündən sonra sözügedən mülk miras qalmış və miras mülk bütöv olaraq iddiaçılar tərəfindən faktiki olaraq qəbul edilmişdir. İddiaçılar ilk himayəçiləri Leyla Abdullayeva ilə birgə miras mülkdə yaşamışdır. Leyla Abdullayevanın ölümündən sonra yerli icra hakimiyyəti başçısının sərəncamı ilə X7 iddiaçıların himayəçisi təyin edilmişdir. İddiaçıların nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çlxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbi ilə razı olduğunu biuldirdi və məhkəmə tərəfindən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh tərəfindən yazılmış ərizədə bildirilmişdir ki, ona məxsus mülk əmlakının övladları İddiaçı2 və İddiaçı1 miras kimi verilməsinə heç bir etirazı yoxdur. Miras mülkdən heç bir təmənnası, tələbi yoxdur. Məhkəmə iddiaçıların və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2007-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 fərdi yaşayış evi X5 adına qeyd edilmişdir. xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri Kəpəa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənova Sədaqət xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. xx.xx.2005-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 birgə nikahlarından xx xxxxxx 2004-cü il tarixdə İddiaçı2 anadan olmuşdur. xx.xx.2003-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 birgə nikahlarından xx xxxx 2003-cü il tarixdə X8 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2015-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2018-ci il tarixli kommunal xərclər üçün ödənişləri və 2017-2018-ci illər üçün torpaq vergisi ödənişləri İddiaçı2 və Leyla Abdullayeva tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 105 saylı sərəncamının surətindən görünür ki, X7 baldızı uşaqları xx xxxx 2003-cü il tarixdə anadan olmuş X8 və xx xxxxxx 2004-cü il tarixdə anadan olmuş İddiaçı2 himayəçi təyin edilmişdir. Azərbaycan Respublikasının MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 fərdi yaşayış evi X3 miras qalmışdır. X6 xx.xx.2011-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra miras mülkü iddiaçılar himayəçiləri olan nənələri Leyla Abdullayeva ilə birgə, Leyla Abdullayevanın ölümündən sonra iddiaçılar birgə istifadə və idarə etmişlər. İddiaçıların miras əmlak üzərində sahiblik və istifadə hüquqları mövcud olsa da, sərəncam hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması onun əmlak hüquqlarının pozulmasına şərait yaratmışdır. Bu isə onların qanuni əsaslarla əldə etmiş olduğu əmlaka sərbəst sahiblik etmək hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, iddiaçılar qanunla qorunan hüquqlarının həyata keçirilməsini, yəni əmlak üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 xx.xx.2011-ci il tarixdə vəfat etmiş X5 qanun üzrə vərəsələri tanınmalı və xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 1 fərdi yaşayış evinin iddiaçılar tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməli və iddiaçıların mülkə vərəsəlik hüquqları tanınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 xx.xx.2011-ci il tarixdə vəfat etmiş X5 qanun üzrə vərəsələri tanınsınlar. xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 1 fərdi yaşayış evinin iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 1 fərdi yaşayış evinə iddiaçılar İddiaçı2 və İddiaçı1 vərəsəlik hüquqları tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar