Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-471/2021 25.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçıQSC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçıQSC-nin Cavabdeh qarşı «əmlakın boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçıQSC Cavabdeh qarşı «əmlakın boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə ş, Nizami r, Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksindən məcburi çıxarılmasına və əmlakın boşaldılaraq iddiaçı “xxxx” QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-618/2017 saylı qətnaməsinə əsasən cavabdehlər “Süleyman” adına X4, X2 və Cavabdeh müştərək qaydada cəmi 594537.28 ABŞ Dolları borcun, məhkəmə xərclərinə görə 30 manatın tutulması, tələbin ipoteka predmeti olan X1 məxsus Gəncə şəhəri Nizamı rayonu Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksinə və Cavabdeh məxsus Gəncə şəhəri Nizamı rayonu Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi, iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-788/2018 saylı qətnaməsinə əsasən cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, kredit müqaviləsi üzrə tutulmalı olan cəmi borc məbləği dəyişdirilərək 581913.61 ABŞ Dolları müəyyən edilmiş, ipoteka predmeti olan Gəncə şəhəri Nizami rayonu Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 451000 manat, Gəncə şəhəri Nizami rayonu Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 960000 manat müəyyən edilmişdir. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)- 4932/2019 saylı qərarına əsasən cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-788/2018 saylı qətnaməsi cərimə borcunun tutulmasına dair hissədə dəyişdirilmiş, kredit müqaviləsi üzrə tutulmalı olan cəmi borc məbləği 521913.61 ABŞ dolları müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmışdır. Hazırda Gəncə şəhəri Nizami rayonu Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış alınmışdır. Bundan sonra, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Gəncə şəhəri X7 Qazıyeva küçəsində yerləşən əmlak kompleksinin 10 (on) gün ərzində könüllü olaraq boşaltması və banka təhvil verməsi barədə xx.xx.2020-ci il tarixdə Cavabdeh pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh verilmiş müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü olaraq boşaldaraq banka təhvil verməmişdir. Odur ki, məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Gəncə ş, Nizami r, Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksi İddiaçı QSC-nin xüsusi mülkiyyətindədir; Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-788/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, kredit müqaviləsi üzrə tutulmalı olan cəmi borc məbləği dəyişdirilərək 581913.61 ABŞ dolları müəyyən edilmiş, ipoteka predmeti olan Gəncə şəhəri Nizami rayonu Qaraməmmədli yaşayış massivinin cənub qərbində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 451000 manat, Gəncə şəhəri Nizami rayonu Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 960000 manat müəyyən edilmişdir: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-4932/2019 saylı qərarından görünür ki, cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-788/2018 saylı qətnaməsi cərimə borcunun tutulmasına dair hissədə dəyişdirilmiş, kredit müqaviləsi üzrə tutulmalı olan cəmi borc məbləği 521913.61 ABŞ dolları müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək idianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsində istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təstiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edilən Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. İş materiallarından göründüyü kimi Gəncə ş, Nizami r, Yeni- Gəncə qəsəbəsi, 40A saylı evin, 24 saylı ünvanı İddiaçıQSC-nin xüsusi mülkiyyətindədir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Bu səbəbdən də iddiaçı mülkiyyətçi kimi cavabdehin əmlak kompleksindən çıxarılması və həmikn kompleksin boşaldılmasına dair tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqi nəticəsində məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbi üzrə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Gəncə ş, Nizami r, Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksindən çıxarılmalı və əmlak kompleksi boşaldılmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Gəncə ş, Nizami r, Sevil Qazıyeva küçəsində yerləşən əmlak kompleksindən çıxarılsın və əmlak kompleksi boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-471/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-471/2021
25.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver