Məhkəmə qərarları › İş №2(044)-494/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-494/2021

21.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-494/2021 21.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü əy y ə n etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Todan küçəsi, 1-ci döngədə yerləşən 20 nömrəli fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Todan küçəsi, 1-ci döngədə yerləşən 20 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ona məxsusdur. Belə ki, o, həmin evi 25 oktyabr 2020-ci il tarixdə X1 26000 manata almışdır. Həmin evi Cavabdeh1 və onun ailə üzvləri zəbt etmişlər. Hazırda qanunsuz olaraq ona məxsus evdə yaşayırlar və evinə köçməyinə icazə vermirlər. Bununla da onun mülkiyyət hüququ kobud şəkildə pozulur. Ona görə də, Cavabdeh1 və onun ailə üzvlərinin, yəni Cavabdeh2, Cavabdeh3 ona məxsus fərdi yaşayış evindən məcburi çıxarılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlərə məxsus olan bir neçə əşya da iddiaçıya məxsus fərdi yaşayış evində qalmaqla yer tutur. Bu isə nəticə etibari ilə iddiaçının evindən normal qaydada istifadə etməyinə maneçilik törədir. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onlara məxsus olan əşyaların- 2 ədəd şfaner, 2 ədəd soyuducu, 1 ədəd stol, 2 ədəd bağlı xalçanın, güzgüsü qırıq tirmonun ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallrına əlavə edilmiş 14.10.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. 25.09.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı X1 almışdır. Məhkəmə mülki işin materiallarına və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan əmlakın cavabdeh tərəfindən zəbt edilməsini təsdiq edən hallar müəyyən edilməmiş və eyni zamanda iddiaçı məhkəmə icraatında sübut etmə yükünün öhdəsindən gələ bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçınə məxsusdur və ona məxsus olan həmin əmlakın zəbt edilməsi hər hansı sübut növü ilə təsdiq edilmədiyindən iddia tələbi əsassız sayılmalıdır. Belə ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılır. Məhkəmə qeyd edir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Bununla bərabər, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və bu institutun xüsusi əhəmiyyət kəsb etməsi çox vacibdir. İddia tələbinin təsdiqlənməsi üçün iddia edən şəxsin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd etmək səlahiyyətinə malikdir. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal yaranır və belə olduğu təqdirdə məhkəmədə iddia üzrə iddiaçıya məxsus olan əmlakın cavabdeh tərəfindən zəbt edilməsinə dair faktların mövcud olmadığı qənaətinə gəlməklə iddianın əsassız olması nəticəsinə gəlmək üçün zəmin yaradır. Məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən həmçinin qeyd edir ki, iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2(044)-409/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yaşamır və həmin evi zəbt etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilməlidir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar onları təsdiq etməli olan fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar