Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-522/2021 02.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, X9 küçəsi, 35 saylı evdə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri, X9 küçəsi, 35 saylı ev onun xüsusi mülkiyyətindədir və Gəncə “ASAN Xidmət” Mərkəzindən arayış alarkən cavabdehlərin ona məxsus mülkdə qeydiyyatda olmaları məlum olmuşdur. Cavabdehlərin ona məxsus evdə pasport qeydiyyatında qalmaları əlavə kommunal xərclərin ödənilməsinə səbəb olmuşdur ki, bu da onun şəxsi büdcəsinə təsir edir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, o və digər cavabdehlər olan uşaqları İddiaçı məxsus ünvanda qeydiyyatda olsalar da, hazırda onlar özlərinə məxsus Gəncə şəhəri, X9 küçəsi, 35 A saylı ünvanda yaşayırlar. Məhkəmə tərəfindən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, X9 küçəsi, 35 saylı ev İddiaçı adına qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, X9 küçəsi, 35 saylı ünvandan qeydiyyatdan çıxarılmaları üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. xx.xx.2020-ci il tarixdə ******* saylı arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, X9 küçəsi, 35 saylı ünvanda qeydiyyatdadır, qeydiyyatda olan digər şəxslər Cavabdeh1, Cavabdeh2, X3, X4 və Cavabdeh3 ibarətdir. xx.xx.2021-ci il tarixli 791 saylı arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, X9 küçəsi, 35 saylı ünvanda qeydiyyatdadır, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlı şəxslər həmin ünvanda qeydiyyatdadırlar, lakin yaşamırlar. xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 48 saylı ünvanda yaşayan X1, Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 54 saylı ünvanda yaşayan X2 və Gəncə şəhəri, Həsən Əliyev küçəsi, ev 33 ünvanda yaşayan X6 tərəfindən tərtib olunmuş aktdan görünür ki, qeydiyyat ünvanları Gəncə şəhəri, Həsən Əliyev küçəsi, 35 saylı ünvan olmasına baxmayaraq Cavabdeh1 (xx.xx.1961-ci il) 1985-ci ildə ailə qurduqdan sonra, Cavabdeh2 (xx.xx.1986) və Cavabdeh3 (xx.xx.1988) isə doğulduqları gündən etibarən Gəncə şəhəri, X9 küçəsi, 35 A saylı ünvanda yaşamağa başlamışlar və hal-hazıradək həmin ünvanda yaşamağa davam edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında təsdiq olundu ki, cavabdehlər Gəncə şəhər, X9 küçəsi, 35 saylı ünvanda pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq Gəncə şəhəri, X9 küçəsi, 35A saylı ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin Gəncə şəhər, X9 küçəsi, 35 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, X9 küçəsi, 35 saylı evə olan istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-522/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-522/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver