Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-565/2020 03.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi X5, maraqlı şəxs X3 iştirakı ilə, Ərizəçi Gəncə ASAN Xidmət Mərkəzi notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə müraciət edərək, mərhum nənəsi X1 vəsiyyət üzrə miras qalmış hazırkı Gəncə şəhəri, 28 May küçəsi, bina 113, mənzil 42 ünvanında yerləşən mənzilin üzrəində onun vəsiyyət üzrə mirası vərəsəlik hüququnun müəyyən edilməsi və həmin miras əmlakı onun tərəfindən qəbul edilməsi faktına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək mərhum nənəsi X1 vəsiyyət üzrə miras qalmış əmlakı, Gəncə şəhəri, 28 May küçəsi, bina 113, mənzil 42 ünvanında yerləşən mənzili iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, onun mərhum X14 xx.xx.1995-ci il tarixdə vəfat etmiş, babası X13 isə xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. X14 Gəncə şəhəri, 28 May küçəsi, bina 113, mənzil 42 ünvanında yerləşən mənzili xx.xx.1994-cü il tarixdə 2 saylı notariat kontorunun notariusu Nəsib İmanov tərəfindən təsdiqlənmiş vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. Nənəsi vəfat etdikdən sonra o, vəsiyyətnaməni özündə saxlamış və istənilən vaxt həmin vəsiyyətnamə ilə notariat orqanına müraciət edib mənzili mülkiyyətinə keçirə biləcəyini hesab etmişdir. Həmçinin nənəsi vəfat etməmişdən əvvəl və sonra o, ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır. Nənəsi vəfat edərkən onun 13 yaşı olmuş, ona vəsiyyət edilmiş evi atası idarə etmiş, həmişə atası həmin evin ona məxsus olduğunu bildirmiş və o, ailə qurduqdan sonra da daim həmin evi idarə etmişdir. O, yetkinlik yaşına çatdıqdan sonra oxuduğu, ailə qurduqdan sonra ailəsi ilə məşğul olduğu üçün başı qarışıq olduğundan bu günə qədər mirasın qəbul edilməsi ilə bağlı müraciət etməmişdir. Onun nənəsi vəfat etdikdən sonra həmin mənzildə yaşamasının qonşuları da təsdiq edə bilər. Həmçinin nənəsi Həmayıl Əliyanın onun atasından başqa övladı olmamış və atası həmin evin ona verilməsinə etiraz etmir. O, vəsiyyətnamə ilə Gəncə Regional ASAN Xidmət Mərkəzində notariat ofisinə müraciət etmiş, ona müddəti keçirtdiyi üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Sonda ərizəçi ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində cəlb edilmiş X10 bildirmişdir ki, anası X18 şəhəri, 28 May küçəsi, bina 113, mənzil 42 ünvanında yerləşən mənzili xx.xx.1994-cü il tarixdə vəsiyyətnamə ilə onun qızı Ləmana vəsiyyət etmişdir. Anası vəfat etdikdən sonra o, ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Onun atası ilə anasının birgə nikahından ondan başqa övladları olmamışdır. Anası vəfat edərkən Ləmanın 13 yaşı olduğu üçün o, vəsiyyətnaməni özündə saxlamış və qızı yetkinlik yaşına çatdıqdan sonra vəsiyyətnaməni qızına vermiş və həmin vəsiyyətnamə ilə istənilən vaxt mənzilə sənəd ala biləcəyini düşünmüşdür. Qızı böyüdükdən sonra həmin evin açarlarını qızına vermiş və bu günə qədər həmin evi qızı idarə edir. O, həmin mənzilin tam olaraq qızı Ərizəçi miras qalmasına etiraz etmir. Maraqlı şəxs Gəncə ASAN Xidmət Mərkəzi notariat ofisinin xüsusi notariusu Zülfiqar Ağcayev məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş və məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, 2012-ci ilə qədər ərizəçi onun qonşu olmuşdur. O, 1980-ci illərdə Gəncə şəhəri, 28 May küçəsi, bina 113-ə köçmüş və 2012-ci ilə qədər orada yaşamışdır. Həmayıl Əliyeva vəfat edənədək oğlu İsabala və sonuncunun ailəsi ilə birlikdə Gəncə şəhəri, 28 May küçəsi, bina 113, mənzil 42 ünvanında yerləşən mənzildə yaşamış, Həmayıl Əliyeva vəfat etdikdən sonra isə İsabala Əliyev ailəsi ilə həmin mənzildə qalmış və evi onlar idarə etmişlər. O, X8 Əliyevdən başqa övladını görməmişdir. Ərizəçi bu günə qədər də müxtəlif vaxtlarda həmin evə gəlib qalır, hazırda evin sahibi kimi ərizəçini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Rasim Şirinov şahid Gültəkin Ağamirova ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, ərizəçi onun qonşusudur. O, Gəncə şəhəri, 28 May küçəsi, bina 111, mənzil 19 ünvanında yaşayır. Ərizəçi uşaq vaxtından onların qonşuluğuna, Gəncə şəhəri, 28 May küçəsi, bina 113, mənzil 42 ünvanında yerləşən mənzilə gəlmişlər. O, 1990-cı illərdə ərizəçi və onun ailəsini qonşu kimi həmin həyətdə görmüşdür. O, özü hazırda da həmin həyətdə yaşayır və ərizəçi indi də həmin evə gəlib qalır. İş materiallarına əlavə olunmuş: - evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X7 xx.xx.1947-ci il tarixdə rəmsi nikaha daxil olmuş, nikahdan sonra qadına Əliyeva soyadı verilmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. - Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, 28 May küçəsi, bina 113, mənzil 42 X2 mülkiyyətində olmuşdur. - Gəncə Regional ASAN Xidmət Mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Ərizəçi mirası qəbul müddətini keçirdiyi üçün mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Notariat Arxivindən göndərilmiş xx.xx.1994-cü il tarixdə 2B-1-39 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməyə dair notariat işin surətindən görünür ki, X9 vəfat etdiyi gün ona məxsus olan Gəncə şəhəri, 28 May küçəsi, bina 113, mənzil 42-də olan evini nəvəsi Ərizəçi vəsiyyət etmişdir. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, 847 nömrəli arayışda qeyd edilmmişdir ki, Ərizəçi ünvan 2 ünvanında 1994-cü ildən 2000-ci ilə qədər ailə üzvləri (atası, anası, qardaşı və nənəsi) ilə birgə yaşamışdır. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını öyrənərək və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ərizəçi vəsiyyət üzrə nənəsindən miras qalmış əmlakı faktiki olaraq nənəsi vəfat etdiyi xx.xx.1995-ci il tarixdə qəbul etdiyindən məhkəmə hesab edir ki, həmin dövrdə qüvvədə olan xx.xx.1964-cü il tarixdə qəbul edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, həmin Azərbaycan SSR Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün mirasın açıldığı gün hesab olunur. Həmin Məcəllənin 530-cu maddəsinə görə vəsiyyət üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 537-ci maddəsinə görə hər bir vətəndaş öz əmlakının və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət, koorperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Həmin Məcəllənin 545-ci maddəsinə görə vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Qeyd olunan normalara əsasən işin araşdırılan mübahisəsiz hallarından aydın olur ki, Ərizəçi X14dan miras qalmış əmlakı mirasın açıldığı gündən, yəni nənəsi öldüyü xx.xx.1994-cü il tarixdən 6 ay ərzində notariat orqanına müraciət edərək qəbul etməsə də, həmin tarixdən miras əmlakda yaşamaqla və yetkinlik yaşına çatdıqdan sonra bu günə qədər əmlakı idarə etməklə faktiki qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayıbsa, hüquqi əhəmiyyətli olan digər faktlar da məhkəmə qaydasında müəyyən edilə bilər. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə hesab edir ki, Ərizəçi vəfat etmiş nənəsi X2 adına olan ünvan 3 mənzil 42 ünvanındakı miras əmlakı vəsiyyət üzrə qəbul edilməsi faktının müəyyən edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və həmin fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum nənəsi X1 vəsiyyət üzrə miras qalmış əmlakı, ünvan 3 mənzil 42 ünvanında yerləşən mənzili qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X21 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-565/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-565/2020
03.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver