Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-589/2020 04.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə İsrafil oğlunun, Cavabdeh iştirakı ilə, Gəncə şəhər Mənzil Kommunal Təssərüfatı X2 Qalib Hamlet oğluna qarşı qeyriyaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: iddiaçı Gəncə şəhər Mənzil Kommunal Təssərüfatı İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qeyri-qanuni zəbt etdiyi Gəncə şəhəri, Nizami prospekti 239 saylı binanın 1-ci mərtəbəsində yerləşən 32 kv.m qeyri-yaşayış sahəli otağın boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, cavabdeh iddiaçının balansında olan Gəncə şəhəri, Nizami prospekti 239 saylı ailəvi yataqxananın 4-cü giriş, 3-cü mərtəbəsində 5 otaqlı 74,75 kv.m yaşayış sahəsində ailəsi ilə birlikdə yaşamışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə həmin 5 otaqlı mənzili X1, evdən köçərkən həmin binanın 1-ci mərtəbəsində yerləşən 32 kv.m qeyri-yaşayış sahəli otağı heç bir qanuni əsas olmadan zəbt edib, ev əşyalarının bir hissəsini ora yerləşdirib qapının kilidini dəyişdirmişdir. Dəfələrlə cavabdehdən həmin sahənin boşaldılması tələb edilsə də, sonuncu bundan imtina etmişdir. Ona görə də məhkəmədə iddia qaldırılmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, onun Gəncə çayının ətrafında həyət evi olmuşdur. 2015-ci ildə Gəncə şəhərində aparılan abadlıq işləri ilə əlaqədar onun evi sökülmüş, bunun əvəzində uzun sürən mübahisədən sonra yataqxanadan ona 5 otaqlı mənzil və 32 kv.m qeyri-yaşayış sahəli otaq verilmişdir. O, 2019-cü ildə övladının xəstəliyi ilə əlaqədar maddi imkanı olmadığından ona verilən həmin 5 otaqlı evi sataraq kirayə köçmüş, ev əşyalarının bir hissəsi 32 kv.m qeyri-yaşayış sahəli otaqda qalmışdır. Onun həmin əşyaları yığa biləcəyi başqa yeri olmadığı üçün o, həmin əşyaların hazırda çıxardılmasına razı deyildir. O, bu məsələ ilə bağlı dəfələrlə Gəncə şəhər İcra Hakimiyyətində olmuşdur. Sonda cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Mülki iş materiallarında olan Gəncə şəhər Mənzil Kommunal Təssərüfatı İstehsalat Birliyinin rəisinin xx.xx.2020-ci il tarixli 10-81 saylı məktubundan görünür ki, X5 prospekti 239 saylı (ailəvi yataqxana) bina Gəncə şəhər MKTİB-in balansına aiddir. Məhkəmə tərəfləri dinləyib, mülki iş materiallarını tədqiq edibhesab edir ki, iddiatəmin edilməlidir. Çünki Cavabdeh qanunsuz olaraq qeyri-yaşayış sahəli otağa sahiblik və istifadə edərək iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Buna görə də iddiaçının cavabdehdən mülki qanunvericiliyə əsasən mübahisəli otağın boşaldılmasını tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasındamülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarınmüdafiəsi haqqında” Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının mülkiyyət hüquqlarını pozduğuna görə iddia təmin edilməli və cavabdehin istifadə etdiyi otaq boşaldılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh istifadə etdiyi Gəncə şəhəri, Nizami prospekti 239 saylı binanın 1-ci mərtəbəsində yerləşən 32 kv.m qeyri-yaşayış sahəli otaq boşaldılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-589/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-589/2020
04.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver