Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-621/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Faiq Bayramov küçəsində yerləşən 76 saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Faiq Bayramov küçəsində yerləşən 76 saylı ünvanda yerləşən mülkü atası X6 ona bağışlamış və həmin evə dair mülkiyyət hüququ Dövlət qeydiyyatına alınaraq ona xx.xx.2020-ci il tarixdə çıxarış verilmişdir. Cavabdeh həmin evdə qeyri-rəsmi olaraq evin əvvəlki mülkiyyətçisi ilə birgə yaşamışdır. O, cavabdehə dəfələrlə onun mülkiyyətindən çıxmasını tələb etmiş, lakin cavabdeh onun mülkiyyətində olan evdən çıxmaqdan imtina edərək, onun mülkiyyət hüquqlarını pozmuş, mülkiyyətindən sərbəst və maneəsiz olaraq istifadə edə bilmir. Onunla cavabdeh arasında heç bir öhdəlik, qohumluq münasibətləri və s münasibətlər yoxdur, o, cavabdehi tanımır. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Faiq Bayramov küçəsində yerləşən 76 saylı fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Faiq Bayramov küçəsində yerləşən 76 saylı fərdi yaşayış evi X6 tərəfindən İddiaçı bağışlanmışdır. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Faiq Bayramov küçəsində yerləşən 76 saylı fərdi yaşayış evi X4 adına qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli AN-İ0854096 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 şəhəri, Nizami rayonu, Faiq Bayramov küçəsində yerləşən 76 saylı fərdi yaşayış evini 100000 (yüz min) manata X1 barədə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, Gəncə şəhəri, Nizami rayonu, Faiq Bayramov küçəsində yerləşən 76 saylı fərdi yaşayış ev İddiaçı mülkiyyətindədir. Hazırda Cavabdeh mübahisəli mülkdə yaşayır, iddiaçı cavabdehdən evdən çıxmasini tələb etsə də, cavabdeh evdən könüllü olaraq çıxmır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətlərindən maneəsiz istifadə etmək hüquqları təmin olunmalı, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Faiq Bayramov küçəsində yerləşən 76 saylı ünvanda yerləşən evdən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Faiq Bayramov küçəsində yerləşən 76 saylı ünvanda yerləşən evdən çıxarılsın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-621/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-621/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver