Məhkəmə qərarları › İş №2(044)-622/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-622/2020

31.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-622/2020 31.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 və iddiaçının nümayəndəsi, vəkil X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 3-cü döngə, 12 saylı ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən ona məxsusdur. Cavabdehlər həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq yaşamırlar və cavabdehlərin ona məxsus mənzildə formal olaraq qeydiyyatda qalmaları onun mülkiyyət hüququnu məhdudlaşdırır, o, cavabdehlərə görə mənzilə sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Eyni zamanda o, cavabdehlərə görə əlavə kommunal xərclər ödəməli olur. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh2 2012-ci ildə mübahisəli evə gəlib və həmin evdə cəmi 1 il yaşamış, sonra çıxıb getmişdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi, vəkil X4 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş Cavabdeh2 izahatında bildirmişdir ki, o, 1990-cı ildə Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 3-cü döngə, 12 saylı evdə anadan olmuş və həmin evdə atasının sağlığında yaşamışlar. Mübahisəli evdən 2 ildir çıxmışlar. O, hazırda kirayədə yaşayır. Mübahisəli evdə davadalaş olduğundan yaşamaq istəmir. Onun bildiyinə görə anası da qardaşı da Şəmkirdə yaşayırlar. O, qeydiyyatdan çıxmaq istəmir. 2012-ci ildə onun nənəsi mübahisəli evi iddiaçının adına keçirtmək istəyirdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndələrinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, özü 1985-ci ildən Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 3-cü döngə, 7 saylı evdə yaşayır. İddiaçı Mehmanı və onun ailəsini 1988-ci ildən tanıyır və qonşudurlar. Cavabdeh1 da tanıyır. Qənirə ora gəlin köçmüşdür. Sonra qaynanası başqa yerdən ev almış və Qənirə qaynanası alan evə köçmüşdür. Qənirə köçdükdən sonra onun əri vəfat etmişdir. O, vaxtdan sonra Qənirəni görməmişdir. Cavabdeh1 həmin evi satıb, 2004-cü ildə Şəmkir rayonuna köçmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Gəncə şəhərində “Dubay” bazarının yanı deyilən ərazidə yaşayır. Cavabdeh1 2004-cü ilədək Gəncə şəhərində “Dubay” bazarının yanı deyilən ərazidə qızı və oğlu ilə birgə yaşamışlar. Sonradan Cavabdeh1 Şəmkir rayonundan torpaq almış və ev tikdirmişdir. Cavabdeh1 2004-cü ildən Şəmkir rayonunda yeni tikdirdiyi evinə köçmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o, İddiaçı ilə 2012-ci ildə ailə qurmuş və həmin vaxtdan Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 3-cü döngə, 12 saylı evdə ailəsi ilə birlikdə yaşayırlar. O, həmin evə gəlin gələndən hazırkı vaxtadək cavabdehlər Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 3-cü döngə, 12 saylı evdə yaşamamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, “Dubay” bazarı deyilən ərazidə olan yaşayış evlərində yaşayır. Cavabdeh1 “Dubay” bazarı deyilən ərazidə 2004-cü ilədək onunla qonşu yaşamışdır. Sonradan Cavabdeh1 Şəmkir rayonundan torpaq alıb, ev tikmişdir. 2004-cü ildən Şəmkir rayonunda olan evinə köçərək, orada oğlu, qızı ilə birlikdə yaşayırlar. xx.xx.2020-ci il tarixli 2261 saylı arayışdan görünür ki, X1 şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 3-cü döngə, 12 saylı ünvanda qeydiyyatdadır. Cavabdeh1 və Cavabdeh2 2004-cü il tarixdən göstərilən ünvanda yaşamırlar. xx.xx.2011-ci il tarixli AN ******* saylı müqavilənin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 3-cü döngə, 12 saylı ev X16 tərəfindən İddiaçı bağışlanmışdır. xx.xx.2014-c il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 3-cü döngə, 12 saylı ev İddiaçı adına qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə 60 saylı Evlər Üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 3-cü döngə, 12 saylı evdə Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olmalarına baxmayaraq yaşamırlar. xx.xx.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 3-cü döngə, 12 saylı evdə qeydiyyatdadır. Və həmin evdə qeydiyyatda olan digər şəxslər X9, Cavabdeh1, X6 və Cavabdeh2 ibarətdir. xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 3-cü döngə, 12 saylı ünvandan pasport qeydiyyatından çıxarılmaları üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirdilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələkəri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X25 tərəfindən verilmiş məktubdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 3-cü döngə, 12 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair Gəncə şəhəri 1 saylı dövlət notariat kontorunun xx.xx.2011-ci il tarixli 4Ə-2-173 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı xx.xx.2014-cü il tarixli **********99-10301 reyestr nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. xx.xx.2020-ci il tarixdə tarixdə Azərbaycan Respublikası Əmlak Məsələkəri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X25 tərəfindən verilmiş məktubdan görünür ki, 3 saylı X21 elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmalk Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edlmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xətitəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Cavabdeh1 və Cavabdeh2 adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllədinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdehlər Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 3-cü döngə, 12 saylı evdə pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin evdə yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 3-cü döngə, 12 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 3-cü döngə, 12 saylı evə olan istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar