Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-622/2021 25.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 Müşviq oğlunun, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Müşviq oğlunun Cavabdeh qarşı evdən çıxarılma, maddi və mənəvi ziyan tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı2 və İddiaçı1 Müşviq oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus ünvan 1 saylı yaşayış evidən əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2 saylı yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmasına və onlara dəymiş 11000 manat məbləğində maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək bildirimişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evini cavabdehlə birgə nikahda olduqları dövrdə əldə etmişlər. Həmin evin 3/5 hissəsi ona, 2/5 hissəsi isə Cavabdeh məxsus olmuşdur. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı evin açıq hərracda satılmasını və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Onunla cavabdehin arasında olan razılığa əsasən mübahisəli mənzilin Cavabdeh məxsus hissəsi oğlu İddiaçı1 Müşviq oğluna bağışlanması müqabilində cavabdeh ondan 15200 manat kompensasiya almış, həmin pulun 13400 manatını nağd şəkildə almış, qalan 1800 manatı isə ona ödəməli olduğu aliment ilə əvəzləşdirmişdir. Buna görə də Cavabdeh xx xxxx 2020-ci il tarixdə məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbindən imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(044)-122/2020 saylı qərardadı ilə, Cavabdeh Gəncə şəhəri,Nizami rayonu,Yeni Gəncə qəsəbəsi,ev 42,mənzil 36 saylı mənzilin açıq hərracda satılmasını və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Hazırda ünvan 1 saylı evin 3/5 hissəsi ona, 2/5 hissəsi isə oğlu İddiaçı1 Müşviq oğluna məxsusdur. Cavabdehə onlara məxsus olan evdən çıxması və evin boşaldılması barədə dəfələrlə xəbərdar etsə də, sonuncu evi boşaltmaqdan və evdən çıxmasından imtina etmişdir. Hazırda mülkiyyətində olan evin üzərində sərəncam verici hüquqlarını həyata keçirmək istəsə də, cavabdeh hüquqlarını həyata keçirməyini məhdudlaşdırır. Cavabdehin əşyalarının onun evində yerləşdirilməsi onun sərbəst şəkildə yaşamağına imkan vermir. Cavabdeh mübahisəli evdə qalmaqla onlara 6000 manat maddi və 5000 manat mənəvi ziyan vurmuşdur. Bu səbəbdən Cavabdeh həmin evdə heç bir hüququ olmadığına görə və birgə yaşamaq qeyri-mümkün olduğuna görə onun əmlakı ilə birgə evdən çıxarılmasını istədiyini bildirmişdir. Sonda iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 Müşviq oğlu iddianı müdafiə edərək bildirimişdir ki, İddiaçı2 onun anası, Cavabdeh isə onun atasıdır. ünvan 1 ünvanında yerləşən yaşayış evin 3/5 hissəsi anası İddiaçı2, 2/5 hissəsi isə atası Cavabdeh məxsus olmuşdur. Atası Cavabdeh həmin evin özünə məxsus 2/5 hissəsini ona bağışlamış və evdən 1 ay ərzində çıxacağını bildirmişdir. Lakin artıq 6-7 ay keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə evdən çıxmaq istəmir və onların həmin evdən istifadə etmələrinə imkan vermir. Həmçinin cavabdeh onlara 6000 manat maddi və 5000 manat mənəvi ziyan vurmuşdur. Bu səbəbdən Cavabdeh həmin evdə heç bir hüququ olmadığına və birgə yaşamaq qeyri-mümkün olduğuna görə sonuncunun əmlakı ilə birgə evdən çıxarılması və maddi-mənəvi ziyan tələbi barədə iddia qaldırmışlar. Sonda iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul eədərk ərizə təqdim edib bildirmişdir ki, iddianı evdən çıxarılma hissəsində qəbul edir, lakin maddi və mənəvi ziyan tələbinə dair hissədə qəbul etmir. O, evin ona məxsus hissəsini bağşladıqdan sonra həmin evdən çıxmaq istəmiş, lakin xüsusi karantin rejimi dövründə o, kirayə mənzil tapa bilməmiş, buna görə də iddiaçılara ona vaxt verilməsini xahiş etmişdir. Hazırda o, evdən çıxmağa razıdır, lakin COVİD-19 virusu ilə əlaqədar tədbirlərin yekunlaşmasına qədər vaxt verilməsini istəyir. Sonda iddianın qismən təmin olunmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.9 kv.m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini oğlu İddiaçı1 bağışlamışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, paylı mükliyyət hüququ üzrə Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 43, 36 saylı mənzilin 2/5 hissəsi İddiaçı1, 3/5 hissəsi isə İddiaçı2 mülkiyyətindədir. - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı2, İddiaçı1 və X1 şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 43, mənzil 36 ünvanında qeydiyyatdadılar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Çünki cavabdeh iddiaçıların mülkiyyətində olan mənzilə qanunsuz sahiblənərək yaşamaqla, onların həmin mənzildən istifadə etmək və həmin mənzilə sahib olmaq hüquqlarını məhdudlaşdırmışdır. Buna görə də iddiaçıların cavabdehdən onların mülkiyyətindən olan mənzildən istifadə və sahiblik etməyə maneənin aradan qaldırılmasını tələb etmək hüquqları vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə cavabdehin iddianı qismən qəbul etməsini nəzərə alaraq, işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdehin iddiaçılara məxsus evdə yaşamağı iddiaçıların mülkiyyət hüquqlarını pozduğuna görə cavabdeh əmlakları ilə birlikdə mübahisəli evdən çıxarılmalıdır. Bundan başqa Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçılar cavabdehdən maddi və mənəvi zərər tələb etsələr də, cavabdehin hansı hərəkətləri nəticəsində onların mənəvi iztirab və sarsıntı keçilmələrini, mənəvi zərərin məbləğinin hansı səbəbdən 5000 manat təşkil etməsini və cavabdehin hərəkətləri nəticəsində onlara 6000 manat maddi ziyan dəyməsini əsaslandırmamışlar, bunlarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əşyaları ilə birlikdə iddiaçılara məxsus ünvan 1 ünvanındakı evdən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə iddiaçılar İddiaçı2 və İddiaçı1 Müşviq oğluna məxsus ünvan 1 ünvanındakı evdən çıxarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 10 (on) manatı Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 Müşviq oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-622/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-622/2021
25.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver