Məhkəmə qərarları › İş №2(044)-631/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-631/2022

28.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-631/2022 28.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bayramova (Süleymanova) Nigar Rauf qızına qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bayramova (Süleymanova) Nigar Rauf qızına qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X2 Gəncə şəhəri, Nizami rayonu, M,F.Axundov küçəsi, ev 28 ünvanda yerləşən evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, M,F.Axundov küçəsi, ev 28 ünvan onun xüsusi mülkiyyətindədir və bununla bağlı onun adına ******* saylı çıxarış verilmişdir. Cavabdeh onun oğlu Əhməd Süleymanovun keçmiş həyat yoldaşıdır, onlar boşanmışlar və boşandıqdan sonra birgə nikahlarından olan uşaqları X8 anasının himayəsində qalmışdır. Cavabdeh boşandıqdan sonra uşağı ilə birlikdə ona məxsus evdən daimi olaraq köçüb getməsinə baxmayaraq, cavabdeh azyaşlı uşağı ilə birlikdə ona məxsus evdə pasport qeydiyyatında qalmışlar ki, bu da onun mülkiyyət hüquqlarını pozur. Hazırda cavabdehlər ona məxsus evdə yaşamırlar, onun ailə üzvləri deyillər, lakin formal olaraq ona məxsus evdə pasport qeydiyyatında qalmışlar. Cavabdeh evdən gedərkən özünə məxsus əşyalarını da götürmüşdür. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabde Bayramova (Süleymanova) Nigar Rauf qızı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 06.09.2011-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, M,F.Axundov küçəsi, ev 28 ünvan İddiaçı adına qeyd edilmişdir. Gəncə şəhəri Baş Polis İdarəsinin 28.10.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh və 27.03.2020-ci il təvəllüdlü X5 Gəncə şəhəri, Nizami rayonu, M,F.Axundov küçəsi, ev 28 ünvandan qeydiyyatdan çıxarılmaları üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. 29.10.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, M,F.Axundov küçəsi, ev 28 ünvanda 03.02.2009-cu il tarixdən qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər X9, Cavabdeh, X6, X3 ibarətdir. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başğısının 2 saylı SİƏD üzrə münayəndəliyi tərəfindən verilmiş 06.04.2022-ci il tarixli 903 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 2 ünvanda X12, X8 adlı şəxslər qeydiyyatdadırlar, lakin yaşamırlar. 16.09.2021-ci il tarixdə Gəncə şəhəri Nizamirayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamnənin surətindən görünür ki, X7 ilə Cavabdeh nikahları 16 sentyabr 2021-ci il tarixdə pozulmuşdur. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli 2(044)-1947/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Süleymanova (Bayramova) Nigar Rauf qızı ilə cavabdeh X4 arasında 27.04.2019-cu il tarixdə Gəncə Regional “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 938 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından 17.05.2020-ci il tarixdə anadan olmuş X8 nikahın pozulmasından sonra Süleymanova (Bayramova) Nigar Rauf qızının himayəsində saxlanılmış və cavabdeh X1 17.05.2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 31.05.2021-ci il tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment Süleymanova (Bayramova) Nigar Rauf qızının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında təsdiq olundu ki, cavabdeh Gəncə şəhəri, Nizami rayonu, M,F.Axundov küçəsi, ev 28 ünvanda pasport qeydiyyatında olmasına baxmayaraq, həmin ünvanda yaşamır. Hazırda cavabdeh mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmir, daimi olaraq başqa ünvanda yaşayır və yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifəni yerinə yetirmir. Cavabdehin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalması, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdeh Bayramova (Süleymanova) Nigar Rauf qızının 17.05.2020-ci il tarixdə anadan olmuş X8 ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, M,F.Axundov küçəsi, ev 28 ünvana olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Bayramova (Süleymanova) Nigar Rauf qızının və X5 Gəncə şəhəri, Nizami rayonu, M,F.Axundov küçəsi, ev 28 ünvana olan istifadə hüquqları itirilmiş hesab olunsun. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar