Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-633/2022 18.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ünvan 2 evin, 41 saylı mənzilinə olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, cavabdehlərdən Cavabdeh1 onun övladı, Cavabdeh3 və Cavabdeh2 isə onun nəvələridir. Onun qızı Samirə 1998-ci ildə ərə getmiş və ona məxsus ünvan 2 evin, 41 saylı mənzildən çıxmış, bütün əşyalarını özü ilə aparmış, ona məxsus mənzilə ancaq qonaq kimi gəlib getmişdir.Mənzil onun xüsusi mülkiyyətindədir və cavabdeh olan qızı Samirə bir qədər ər evində yaşadıqdan sonra Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 197 saylı evin 1 saylı mənzilinə köçmüş, bu gün də həmin mənzildə qeydiyyatsız yaşamaqdadır. Bu hal Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı Xidmət Sahəsinin onun adına verdiyi 20.12.2021-ci il tarixli 589 saylı arayışı ilə müəyyən edilir. Beləliklə cavabdeh olan qızı Samirə əvvəlcə ər evində təxminən 15 il müddətində başqa ünvanda yaşasa da, formal olaraq onun mənzilində qeydiyyatda qalması ona maddi ziyan vurur və o, cavabdehlərə görə əlavə kommunal xərclər ödəyir. Onun cavabdeh olan nəvələri Əli və Leylanın onun mənzilinə bu mənada hüquqları olmuşdur ki, o, Əli və Leylanın ona məxsus mənzilə qeydiyyata düşmələrinə etiraz etməmişdir, lakin onun nəvələri onunla deyil anaları ilə yaşamışlar, ona görə də onun mənzilinə olan hüquqlarını itirmişlər. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, o, iddia tələbi ilə razıdır, Cavabdeh3 və Cavabdeh2 onun övladlarıdır. O, övladları ilə birlikdə ünvan 1 ünvanda 15 ildən çox müddətdir ki, yaşayır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 23.06.2004-cü il tarixli 7184 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 evin, 41 saylı mənzil İddiaçı adına qeyd edilmişdir. 20.12.2021-ci il tarixdə Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi 9 saylı xidmət sahəsi tərəfindən verilmiş 589 saylı arayışdan görünür ki, Cavabdeh1 ünvan 2 evin, 41 saylı mənzildə yaşayış və ailə üzvləri Cavabdeh3 və Cavabdeh2 ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında təsdiq olundu ki, cavabdehlər ünvan 2 evin, 41 saylı ünvanda pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin ünvan 2 evin, 41 saylı ünvana olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ünvan 2 evin, 41 saylı ünvana olan istifadə hüquqları itirilmiş hesab olunsun. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-633/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-633/2022
18.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver