Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-638/2022 06.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» tələbinə dair mülki işə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1916-cı il təvəllüdlü X6 və 1917-ci il təvəllüdlü X4 ölmüş elan edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami rayonu, X24 küçəsi, 54 saylı ünvanda yerləşən mülkün 1/12 hissəsinin mülkiyyət hüququ ona, 1/12 hissəsinin mülkiyyət hüququ X15, X16, 4/12 hissəsinin mülkiyyət hüququ X9, 4/12 hissəsinin mülkiyyət hüququ isə X5 məxsusdur. Mülkiyyətçilərdən X10 1916-cı ildə anadan olmaqla, 1942-ci ilin dekabr ayında, X7 isə 1917-ci ildə anadan olmaqla, 1942-ci ilin avqust ayında Böyük Vətən müharibəsində xəbərsiz itkin düşmüşdür. Bu faktlar Kəpəz rayon Komissarlığı tərəfindən verilmiş 26.06.1990-cı il tarixli arayışlarla təsdiq olunur. Həmin vaxt X10 və X2 olmuşlar. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Maraqlı şəxs tərəfindən 18.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Ərizəçi «şəxsin ölmüş elan edilməsi» tələbinə dair mülki iş üzrə məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, digər iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş 10 mart 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 13.05.1961-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında № 391 ilə qeyd edilmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən təkrar verilmiş 11 mart 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 20.03.1966-cı ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında № 252 ilə qeyd edilmişdir. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Komissarlığı tərəfindən 26.06.1990-cı il tarixdə verilmiş arayışlardan görünür ki, X10 1942-ci ilin dekabr ayında, X7 isə 1942-ci ilin avqust ayında Böyük Vətən müharibəsində xəbərsiz itkin düşmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri Nizami rayonu, X24 küçəsi, 54 saylı ünvanda yerləşən mənzil xüsusi mülkiyyət kimi 1/12 hissəsi Ərizəçi, 1/12 hissəsi X12, 1/12 hissəsi X13, 4/12 hissəsi X6, 4/12 hissəsi isə X4 adına Daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş X14 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, X3 Sadıq Məmməd oğlundan və anası Tutu Qənbərovanın (Ələkbərova) ölümündən sonra qalan nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq miras payından bütün əsaslarla qardaşı Ərizəçi xeyrinə imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Beləliklə məhkəmə iclasında Gəncə şəhər Kəpəz rayon Komissarlığı tərəfindən 28.09.2021-ci il tarixdə verilmiş arayışla təsdiq olundu ki, X10 1942-ci ilin dekabr ayında, X7 isə 1942-ci ilin avqust ayında Böyük Vətən müharibəsində xəbərsiz itkin düşmüşdür. X1 və X4 harada olması barədə heç bir məlumat yoxdur. Göründüyü kimi X10 və X4 harada olması barədə artıq uzun illərdir ki, məlumat yoxdur. Ona görə də mülki qanunvericiliyin tələbi baxımından məhkəmə qaydasında X10 və X7 ölmüş elan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X10 və X7 ölmüş elan edilsin. X10 və X7 adına verilən ölüm haqqında şəhadətnamədə, onun ölüm günü, bu qətnamənin qanuni qüvvəyə mündiyi gün hesab edilsin. Qətnamənin icrası Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə tapşırılsın. Qətnamə təqdim olunan (alınan) gündən 1 ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-638/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-638/2022
06.04.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver