Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-682/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi “SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası” İctimai Birliyinin nümayəndəsi, vəkil X20 iştirakı ilə, Ərizəçi “SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası” İctimai Birliyinin Maraqlı şəxsnə qarşı «atalığın müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası” İctimai Birliyi Maraqlı şəxsnə qarşı «atalığın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 iyun 2014-cü il tarixdə Gəncə şəhərində vəfat etmiş X8 26.02.2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X4 atası, 03.01.2017-ci il tarixdə vəfat etmiş X12 isə 26.02.2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X4 anası olması faktının təsdiq edilməsi, 26.02.2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X4 doğum haqqında şəhadətnaməsində -atası qrafasında 21.06.2014-cü il tarixdə Gəncə şəhərində vəfat etmiş X14, anası qrafasında 03.01.2017-ci il tarixdə vəfat etmiş X17 haqqında müvafiq məlumatların qeyd edilməsinin Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası”nın Gəncə filialında yaşayan 26.02.2004-cü il tarixdə anadan olmuş X4 22.02.2017-ci il tarixdə 46 saylı Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğum haqqında şəhadətnaməsində valideynlər haqqında bölməsində ata və ana məlumatları qeyd edilməmişdir. Həmin bölmədə ata və ana haqqında məlumatların qeyd edilməsi üçün Maraqlı şəxsnə 01.09.2021-ci il tarixdə məktubla müraciət edilmişdir. 10.09.2021-ci il tarixli N05/Q-977 saylı məktubla cavab olaraq bildirilmişdir ki, 22.02.2017ci il tarixli 46 saylı Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğum haqqında akt qeydində ata-və ana bəndinin əlavə edilməsi üçün sübutedici sənədlər təqdim edilmədiyindən köməklik edə bilməyəcəkləri bildirilmişdir. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 23.02.2017-ci il tarixli, 325 saylı sərəncamı ilə azyaşlı 26.02.2004-cü il təvəllüdlü X4 SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası” nın Gəncə filialın uzun müddətli X27 yerləşdirilmişdir. X1 17 yaşı var və onun valideynləri haqqında məlumatların doğum haqqında şəhadətnamənin müvafiq bölməsinə əlavə edilməsinə Maraqlı şəxs cavabdehdir. Hazırkı iş üzrə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi azyaşlı Yevgeniyaya ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi üçün lazımdır. Bu barədə aidiyyatı orqana müraciət olunmuş və imtina cavabı verilmişdir. İmtina məktubundan məlum olur ki, valideynlərin qeydiyyata alınması üçün heç bir sübutedici sənədin təqdim edilməməsi valideynlər haqqında bölmədə heç bir qeyd aparılmasının mümkün olmaması bildirilmişdir. Ərizəçi “SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası” İctimai Birliyinin nümayəndəsi, vəkil X26 məhkəmə iclasında ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq nümayəndəsi gəlməmişdir. Maraqlı şəxs rəisi Ş.Cəfərova tərəfindən 13.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsin xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, onun bacısı X16 26.02.2004-cü il tarixdə anadan olmuşdur. Onlar üç uşaq olmuş, iki qardaş və bir bacı. Onun atası X14 21 iyun 2014-cü il tarixdə, anası X18 03.01.2017-ci il tarixdə vəfat etmişlər. Onun bacısı 26.02.2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X13 23.02.2017-ci ildən “SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası” X25 filialında yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, o, halhazırda “SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası” X25 filialında sosial işçi vəzifəsində işləyir. Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyətinin 23.02.2017-ci il tarixli sərəncamına əsasən 26.02.2004-cü il tarixdə anadan olmuş X9 “SOS Uşaq Kəndləri- Azərbaycan Assosiasiyası” X25 filialına yerləşdirilmiş və Yevgeniyanın “SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası” X25 filialına yerləşdirilməsi barədə AKT tərtib olunmuşdur. 26.02.2004-cü il tarixdə anadan olmuş X16 hazırda 5-ci sinifdə rus sektorunda oxuyur. X5 ata və anası vəfat etmişdir. X2 atası X14 21 iyun 2014-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində bildirdi ki, o, Gəncə şəhərində olan Rus icmasının sədr müavinidir. 03.07.2014-cü ildə Larisa Nikolayevna rus icmasına gələrək qeydiyyata düşmüşdür. Onun iki oğlu və bir qızı var olmuşdur. Larisanın qızının adı Yevgeniya idi. Larisanın qızı X16 2004-cü il doğumlu idi. Həmin vaxt Rus İcmasının sədr müavini Bilal müəllimin köməkliyi ilə Larisanın qızı X16 SOS uşaq kəndinə yerləşdirilmişdir. 07.02.2017-ci il tarixli 70 saylı arayışdan görünür ki, X15 həqiqətən Gəncə şəhər Kəpəz rayon Natəvan qəsəbəsi V küçədə müvəqqəti qeydiyyatsız yaşayır, X17 həqiqətən onun anasıdır və şəkil ona məxsusdur. Ailə tərkibi 03.12.1964-cü il tarixdə anadan olmuş, 03.01.2017-ci il tarixdə vəfat etmiş anası X17, 28.05.1997-ci il tarixdə anadan olmuş qardaşı X10 və 26.02.2004-cü il tarixdə anadan olmuş bacısı X3 ibarətdir. 16.11.2021-ci il tarixli 05/09/23-14 saylı çıxarışdan görünür ki, SOS Uşaq Kəndləri- Azərbaycan Assosiasiyası” İctimai Birliyi 28.09.1999-cu il tarixdə 1180 saya qeydiyyata alınmış və ictimai birliyin cəmi 28 üzvü vardır. 10.09.2021-ci il tarixli 05/Q-1977 saylı SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası” X25 şəhər filialına ünvanlanmış məktubdan görünür ki, 26.02.2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X4 22.02.2017-ci il tarixli 46 saylı Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində tərtib edilmiş doğum haqqında akt qeydində ata və ana bəndinin əlavə edilməsi üçün sübutedici sənədlər təqdim edilmədiyindən köməklik etmək imkanları xaricindədir və bu barədə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X28 şəxsinin 18 saylı regional ərazi filialının 01.09.2021-ci il tarixli məktubundan görünür ki, 25.08.2021-ci il tarixdə SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası” X25 şəhər filialında yerləşdirilmiş X4 ailə başçısının itirilməsinə görə sosial müavinətin təyin edilməsi üçün Azərbayan Respublikasının Əmək və Əhalinin sosial Müdafisəi Nazirliyi tabeiyində Dövlət Sosial Müdafiə X28 Şəxsin 18 saylı Regional ərazi filialına daxil olmuş ərizəyə və təqdim olunmuş sənədərə baxılmış və təqdim olunan doğum haqqında şəhadətnamədə X4 valideynləri dölməsi boş olduğu üçün qeyd olunan valideynlərini itirdiklərinə görə müavinətin təyin olunmasından imtina edilmişdir. 19.08.2021-ci il tarixdə “SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası” X25 şəhər filialı tərəfindən verilmiş 035/21 saylı arayışdan görünür ki, 26.02.2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X13 həqiqətən o, 23.02.2017-ci il 325 saylı Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin Başçısının Sərəncamına əsasən “SOS Uşaq Kəndləri- Azərbaycan Assosiasiyası” X25 şəhər filialı, “X30” layihəsində yetkinlik yaşına qədər müvəqqəti yaşayır. 22.02.2017-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tə\rəfindən verilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, 26 fevral 2004-cü il tarixdə X13 anadan olmuşdur (ata-ana qrafası bdoldurulmamışdır). 10.02.2017-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Q”eydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 21.06.2014-cü il tarixdə vəfat etmişdir. 10.02.2017-ci il tarixdə Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı X19 Xidmət Şöbəsi tərəfindən verilmiş 10-34 saylı arayışdan görünür ki, X17 Gəncə şəhəri 2 saylı qəbirstanlığında 05.01.2017-ci il tarixdə dəfn edilmişdir. 27.02.2017-ci il tarixdə N.Ələkbərli filialın direktoru, A.Məsimova həkim, H.Mirzəyeva sosial işçi, A.Quliyeva psixoloq, M.Həsənova pedaqoq, Ş.Niyazova Ana nümayəndəsi, N.Kononenko bialoji qardaş, A.Kononenko bioloji qardaş, B.Verdiyev Azərbaycan Respublikası Gəncə və qərb bölgəsi üzrə rus cəmiyyətinin sədrinin birinci müavini tərəfindən tərtib və təsdiq olunmuş aktdan görünür ki, Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyətinin 23.02.2017-ci il tarixli 325 saylı sərəncamına əsasən 26.02.2004-cü il tarixdə anadan olmuş X6rdaşları tərəfindən “SOS Uşaq Kəndinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideyinlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, uşağın valideyinlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 48-ci maddəsində göstərilir ki, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideyinlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Beləliklə məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, X14 ilə X12 birgə nikahlarından 26.02.2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X13 anadan olmuşdur. X14 21 iyun 2014-cü il tarixdə və X18 03.01.2017-ci il tarixdə vəfat etmişdir. 26.02.2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X4 atalığını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, 21 iyun 2014-cü il tarixdə vəfat etmiş X14 26.02.2004-cü il tarixdə anadan olmuş X4 atası, 03.01.2017-ci il tarixdə vəfat etmiş X18 26.02.2004-cü il tarixdə vəfat etmiş X4 anası olması faktı müəyyən edilməli, 26.02.2004-cü il tarixdə vəfat etmiş X7 yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında “X14”, ana qrafasında “X17” kimi yazılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.1, 216-220, 307- 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 iyun 2014-cü il tarixdə vəfat etmiş X14 26.02.2004-cü il tarixdə anadan olmuş X4 atası, 03.01.2017-ci il tarixdə vəfat etmiş X18 26.02.2004-cü il tarixdə vəfat etmiş X4 anası olması faktı müəyyən edilsin. 26.02.2004-cü il tarixdə vəfat etmiş X7 yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında “X14”, ana qrafasında “X17” kimi yazılsın. Yeni doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-682/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-682/2022
26.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver