Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-684/2022 04.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlu, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı xüsusi icraat qaydasında sahiblik, istifadə və sərəncam verici hüquqların tanınması tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı xüsusi icraat qaydasında sahiblik, istifadə və sərəncam verici hüquqların tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Keçili Bələdiyyəsi 26 dekabr 2001-ci il tarixli, 12 nömrəli qərarı ilə ayrılaraq satılmış 0.08 ha torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermək faktının tanınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi aidiyyət qaydalarına riayət etməmişdir. Ərizədən görünür ki, Ərizəçi mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizəsi daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilməmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şəmkir rayon Keçili Bələdiyyəsi 26 dekabr 2001-ci il tarixli, 12 nömrəli qərarı ilə ayrılaraq satılmış 0.08 ha torpaq sahəsi Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidinə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin tələbinə görə, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.2-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı xüsusi icraat qaydasında sahiblik, istifadə və sərəncam verici hüquqların tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-684/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-684/2022
04.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver