Məhkəmə qərarları › İş №2(044)-698/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-698/2021

30.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-698/2021 30.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X2, 3-cü şəxs Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxs Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxs Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, 20 saylı evin 21 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, 20 saylı evin 21 saylı mənzili xx.xx.1967-ci il tarixli 197 saylı order ilə onun anasının nənəsi X12 verilmiş, orderdə mənzilə hüququ olanlar sırasında onun anası X32 və oğlu Cavabdeh1 göstərilmişdir. Onun anası X18 xx.xx.2012-ci ildə vəfat etmiş, anası sağlığında mənzili özəlləşdirə bilməmiş və hazırda həmin problemi onlar yaşayırlar. Mənzilə dair orderdə 3 nəfərdən ibarət olan ailə tərkibində göstərilən, həmin mənzilə hüququ olan anasının nənəsi, mənzilin əsas kirayəçisi X19 xx.xx.1997-ci il tarixdə, anası X32 xx.xx.1978-ci il tarixdə vəfat etmişlər. Mənzilə hüquqlu olan Əliyeva Fəridənin oğlu, yəni anasının dayısı Cavabdeh1 və sonuncunun oğlu Cavabdeh2 birlikdə 2003-cü ilin yay ayından həmin evdən çıxıb daimi olaraq Rusiyaya getmişlər və bir daha geri qayıtmamışlar. Onıların geri qayıtmamaları şəxsiyyət vəsiqələrinin dəyişməməsi ilə sübut olunur. Zaman keçdikcə bir tərəfdən yuxarıda adları çəkilən şəxslər dünyasını dəyişmişlər, 2 nəfər cavabdehlər Tahir və Cavabdeh2lər 17 ildir Rusiyaya köçmüşlər, 2009-cu ildə Cavabdeh1 bacısı vəfat edəndə qohumlar zəng edib bacısının vəfatını bildirmişlər, lakin o, demişdir ki, artıq on un əzizləri vəfat etmişlər, nə özü nədəki oğlu Gəncəyə qayıdası deyillər. O, mənzili özəlləşdirmək üçün aidiyyatı orqana müraciət etmiş, lakin cavabdehlərin qeydiyyat problemi ilə rastlaşmışdır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili X13 məhkəmə iclasında məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 3-cü şəxs Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X14 məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, 20 saylı evin 21 saylı mənzilinin şəxsi hesab vərəqi X8 adınadır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə qeydiyyatdadırlar, lakin yaşamırlar. İddianın təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirdi ki, o, hazırda yaşadığı ünvanda daimi olaraq yaşayır. İddiaçı ilə yaxın qonşudur. Tahir və oğlu Kazım təxminən 2003-cü ilin yay ayından Rusiya Federasiyasına getmişlər. O, həmin vaxtdan sonra Tahir və Kazımın iddiaçıya məxsus evdə yaşamalarını görməmişdir. Hazırda Tahir və oğlu X7 yaşayırlar. Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, 20 saylı evin 21 saylı mənzildə İddiaçı ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirdi ki, o, ailə qurandan Şeyx Bahəddin küçəsi, bina 20, mənzil 19 ünvanda yaşayır. O, Tahirın və oğlu Kazımın 17 ildən artıq müddət ərzində iddiaçıya məxsus evdə yaşamalarını görməmişdir. Hazırda Tahir və oğlu X7 yaşayırlar. Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, 20 saylı evin 21 saylı mənzildə İddiaçı ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, 20 saylı evin 21 saylı mənzil özəlləşməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X33 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 202/5 saylı məktubun surətindən görünür ki, X8 adına xx.xx.1967-ci il tarixdə 197 saylı order verilmiş və orderdə ailə tərkibi mənzil sahibi X19, anası X32 və oğlu Cavabdeh1 göstərilmişdir. xx.xx.2018-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, 20 saylı evin 21 saylı mənzildə qeydiyyatdadır, qeydiyyatda olan digər şəxslər X16, X28, X22, X5, X9, Cavabdeh1, Cavabdeh2 ibarətdir. xx.xx.1978-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.1978-ci il tarixdə vəfat etmişdir. xx.xx.2012-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxxxxx 2012-ci il tarixdə vəfat etmişdir. xx.xx.1997-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx xxxxxx 1997-ci il tarixdə vəfat etmişdir. xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, 20 saylı evin 21 saylı ünvandan pasport qeydiyyatından çıxarılmaları üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, 20 saylı evin 21 saylı mənzil üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün məhkəmənin xx.xx.2021-ci il tarixli məktubunun icrası mümkün olmamışdır. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********861 saylı şəxsi hesabdan çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 20, 21 saylı mənzilin sahibi X15r və mənzildə qeydiyyatda olan şəxslər Cavabdeh2, Cavabdeh1, X18, X6, X16, İddiaçı, X17, X25, X9, X10, X4 ibarətdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il,xx.xx.2019-cu il, xx.xx.2020-ci il,xx.xx.2019-cu il, xx.xx.2019-cu il,xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2017-ci il, xx.xx.2021-ci il, xx.xx.2017-ci il, xx.xx.2015-ci il, çxx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il,xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2019-cu il, xx.xx.2018-ci il,xx.xx.2020-ci il, xx.xx.2017-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il,xx.xx.2016-cı il,xx.xx.2016-cı il, xx.xx.2015-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 20, 21 saylı mənzilə dair kommunal xərclər İddiaçı tərəfindən ödənilmişdir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsinin pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya daimi yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən kirayəçinin ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış kirayə müqaviləsi üzrə ilk kirayəçi əvəzinə özünün kirayəçi hesab edilməsini kirayəçi və onunla yaşayan ailənin yetkinlik yaşına çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaqviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslərdə icarədarın ailə üzvləri hesab edilə bilərlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 20, 21 saylı mənzilin sahibi X19 olmuş və o, xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Həmin mənzilin kirayəçisi X19 iddiaçının anası X11 nənəsidir. İddiaçının anası mənzilin əsas kiorayəçisi F.İ.Əliyevanın vəfatından sonra mənzilə sahiblik etmiş, iddiaçının anası Sevinc Məmmədova xx.xx.2012-ci il tarixdə vəfat etmiş və İddiaçı anasının vəfatından sonra mənzili idarə etmiş, mənzilə sahiblik etmiş və mənzilə dair bütün kommunal xərcləri ödəmişdir. İddiaçı hazırda uzun müddətdir ki, Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 20, 21 saylı mənzildə yaşayır və mənzilin bütün kommunal və digər xərclərini ödəyir, o, həmin mənzildə yaşadığı müddətdə oradan istifadə hüququ əldə etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, ev 20, 21 saylı mənzildən yaşayış sahəsi kimi istifadə etmirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında təsdiq olundu ki, cavabdehlər Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, 20 saylı evin 21 saylı ünvanda pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehləriin Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, 20 saylı evin 21 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, 20 saylı evin 21 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar