Məhkəmə qərarları › İş №2(044)-82/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-82/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-82/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, “xxxx” MMC-nə, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X5, X6, X10 və X12 qarşı «rəyin etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1nə, “xxxx” MMC-nə, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X5, X6, X10 və X12 qarşı «rəyin etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin ona məxsus Gəncə şəhəri, S.Vurğun küçəsi, 1-ci döngə, 3 saylı evin qiymətləndirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, 559 saylı rəyinin etibarsız hesab edilməsi və evə dair yeni qiymətləndirmənin keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə X2, X3, X9 və X11 Gəncə şəhəri, S.Vurgun küçəsi, 1-ci döngə, 3 sylı evə istifadə hüquqlarının tanınması, qarşılıqlı iddianın təmin edilməsi, Gəncə şəhəri, S.Vurgun küçəsi, 1-ci döngə, 3 sylı ev açıq hərrac yolu ilə satılması, əldə edilən pulun ikidə bir hissəsi mülkiyyətçi İddiaçı oğluna, qalan ikidə bir hissəsi X7, X10, X5 və X12 verilməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2008-ci il tarixdə icraya yönəldilmiş, ona məxsus əmlakın bazar dəyəri 76000 (yetmiş altı min) manat dəyərində qiymətləndirilmişdir. Bundan sonra ev “xxxx” MMC tərəfindən hərraca çıxarılmış, lakin hərracın keçirilməsi baş tutmamış və həmin əmlak açıq hərracdan satılmamışdır. Ona məxsus yaşayış evi yenidən “xxxx” MMC tərəfindən xx.xx.2018-ci il tarixdə 90000 (doxsan min) manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2018-ci il tarixli rəyi ilə ona məxsus Gəncə şəhəri, S.Vurğun küçəsi, 1-ci döngə, 3 saylı ünvandakı fərdi yaşayış evi 90000 manata qiymətləndirilmiş və bu rəy obyektiv həqiqəti əks etdirməmiş, evin qiyməti dəyərindən çox qiymətləndirilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması və ona məxsus evin dəyərinin 60000 manat məbləğində olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, “xxxx” MMC, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər müstəqil tələb irəli sürməyən 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin və müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-51/2008 saylı qətnaməsinin surətindən görünür ki, əsas iddia qismən təmin edilmiş, X2, X3, X9 və X11 Gəncə şəhəri, S.Vurgun küçəsi, 1-ci döngə, 3 sylı evə istifadə hüquqlarının tanınması, qarşılıqlı iddianın təmin edilməsi, Gəncə şəhəri, S.Vurgun küçəsi, 1-ci döngə, 3 sylı ev açıq hərrac yolu ilə satılması, əldə edilən pulun ikidə bir hissəsi mülkiyyətçi İddiaçı oğluna, qalan ikidə bir hissəsi X7, X10, X5 və X12 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli 2-51/2008 saylı icra vərəqəsinin surətindən görünür ki, əsas iddia qismən təmin edilmiş, X2, X3, X9 və X11 Gəncə şəhəri, S.Vurgun küçəsi, 1-ci döngə, 3 sylı evə istifadə hüquqlarının tanınması, qarşılıqlı iddianın təmin edilməsi, Gəncə şəhəri, S.Vurgun küçəsi, 1-ci döngə, 3 saylı ev açıq hərrac yolu ilə satılması, əldə edilən pulun ikidə bir hissəsi mülkiyyətçi İddiaçı oğluna, qalan ikidə bir hissəsi X7, X10, X5 və X12 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli 130 saylı əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, S.Vurgun küçəsi, 1-ci döngədə yerləşən 3 saylı fərdi yaşayış evi 76000 (yetmiş altı min) manat dəyərində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1990-cı il tarixli 150-12 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, S.Vurgun küçəsi, 1-ci döngədə yerləşən 3 saylı fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə xx.xx.2018-ci il tarixli 559 saylı hesabatın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, S.Vurgun küçəsi, 1-ci döngədə yerləşən 3 saylı fərdi yaşayış evinin dəyəri 90000 (doxsan min) manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Ç-105 saylı xxxx” MMC-nin qiymətləndirmə hesabatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, S.Vurgun küçəsi, 1-ci döngədə yerləşən 3 saylı fərdi yaşayış evinin hazırkı dövrdə bazar dəyəri 70000 (yetmiş min) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X22 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, S.Vurgun küçəsi, 1-ci döngədə yerləşən 3 saylı fərdi yaşayış evi xx.xx.2008-ci il tarixli, **********29-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ üzrə X1, X8 və X4 adlarınadır. İddiaçıya münasibətdə Gəncə şəhəri, Nizami rayonu, Səməd Vurğun küçəsi, 1-ci döngə, 3 saylı evə dair Gəncə şəhəri 5 saylı notariat kontorunun xx.xx.1990-cı il tarixli, 3-01-02 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən İddiaçı xx.xx.1990-cı il tarixli 3663 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1990-cı ilin arxiv məlumatlarına əsasən sözügedən fərdi yaşayış evi tikili “A” sahəsi 54.4 kv.m olan iki yaşayış otağı, sahəsi 58.7 kv.m olan örtülü eyvan, sahəsi 15.6 kv.m olan mətbəx, sahəsi 15.0 kv.m olan tambur və sahəsi 34.6 kv.m zirzəmidən ibarət olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəmə nəzarətçiləri və Məhkəmə icraçıları bölməsinin xx.xx.2008-ci il tarixli 299 saylı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2-51 saylı xx.xx.2008-ci il tarixli icra vərəqəsi və qətnamənin icrası ilə bağlı əmlakın xüsusi nəzarətə götürülməsi barədə məktubuna əsasən Gəncə şəhəri, Nizami rayonu, Səməd Vurğun küçəsi, 1-ci döngə, 3 saylı evin üzərində hər hansı əməliyyatın aparılması nəzarətə götürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə görə, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakının qiymətləndirmək hüququ vardır. Həmin Qanunun 6-cı maddəsinə görə, mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o, cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Həmin Qanunun 7-ci maddəsinə görə, qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə Qərarlarının İcrası Haqqında Azərbaycan Respublikası Qanunun 51.1. maddəsinə görə, borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, ”Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici məhkəmə icraçısı tərəfindən dəvət olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, iş üzrə cavabdeh “xxxx” MMC tərəfindən qiymətin müəyyən edilməsi meyyarı əmlaka dair fiziki və mənəvi araşdırmalar, yaxşılaşdırmalar, analoji bazar dəyərlərinin təhlil olunması uyğun əmlakların müqayisəli təhlili meyarları araşdırmamışdır. Odur ki, iddia tələbi qismən təmin edilməli və “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli 559 saylı əmlakın qiymətləndirilməsi haqqında hesabat etibarsız hesab edilməli və iddiaçıya məxsus əmlak yenidən qiymətləndirməlidir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-51/2008 saylı qətnaməsinin surətindən görünür ki, əsas iddia qismən təmin edilmiş, X2, X3, X9 və X11 Gəncə şəhəri, S.Vurgun küçəsi, 1-ci döngə, 3 sylı evə istifadə hüquqlarının tanınması, qarşılıqlı iddianın təmin edilməsi, Gəncə şəhəri, S.Vurgun küçəsi, 1-ci döngə, 3 sylı ev açıq hərrac yolu ilə satılması, əldə edilən pulun ikidə bir hissəsi mülkiyyətçi İddiaçı oğluna, qalan ikidə bir hissəsi X7, X10, X5 və X12 verilməsi qət edilmişdir. Qətnamə xx.xx.2008-ci il tarixdə qanuni qüvvəsini aldığından icraya yönəldilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin İcra Şöbəsinin xx.xx.2008ci il tarixli qərarı ilə icraata götürülmüş, xx.xx.2008-ci il tarixdə qiymətləndiricinin dəvət olunması haqqında qərar qəbul olunmuş və icra şöbəsinin xx.xx.2008-ci il tarixli sifariş məktubuna əsasən iddiaçıya məxsus əmlakın bazar dəyəri 76000 (yetmiş altı min) manat dəyərində qiymətləndirilmişdir. İddiaçıya məxsus əmlak “xxxx” MMC tərəfindən hərraca çıxarılmış, lakin hərracın keçirilməsi baş tutmamış və həmin əmlak açıq hərracdan satılmamışdır. İddiaçıya məxsus Gəncə şəhəri, Nizami rayonu, S.Vurgun küçəsi, 1-ci döngədə yerləşən 3 saylı fərdi yaşayış evi yenidən “xxxx” MMC tərəfindən xx.xx.2018-ci il tarixli 559 saylı hesabatı ilə 90000 (doxsan min) manat dəyərində qiymətləndirilmişdir. Bundan sonra İddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona məxsus əmlaka yüksək qiymət qoyulması səbəbindən də əmlakın açıq hərracdan satılmasının mümkün olmadığını bildirərək, ona məxsus əmlaka dair xx.xx.2018-ci il tarixli 559 saylı əmlakın “xxxx” MMC tərəfindən qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli Ç-105 saylı qiymətləndirmə hesabatı ilə isə Gəncə şəhəri, Nizami rayonu, S.Vurgun küçəsi, 1-ci döngədə yerləşən 3 saylı fərdi yaşayış evinin hazırkı dövrdə bazar dəyəri 70000 (yetmiş min) manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxx” MMCnin Gəncə şəhəri, S.Vurğun küçəsi, 1-ci döngə, 3 saylı evin qiymətləndirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, 559 saylı rəyi etibarsız hesab edilməli, Gəncə şəhəri, Nizami rayonu, S.Vurgun küçəsi, 1-ci döngədə yerləşən 3 saylı fərdi yaşayış evinin dəyəri 70000 (yetmiş min) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2. maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1. maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-nin Gəncə şəhəri, S.Vurğun küçəsi, 1-ci döngə, 3 saylı evin qiymətləndirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, 559 saylı rəyi etibarsız hesab edilsin və Gəncə şəhəri, Nizami rayonu, S.Vurgun küçəsi, 1-ci döngədə yerləşən 3 saylı fərdi yaşayış evinin dəyəri 70000 (yetmiş min) manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar