Məhkəmə qərarları › İş №2(044)-825/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-825/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-825/2021 29.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Marif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı2 və vəkili X4, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1, Cavabdeh3 cavabdeh İddiaçı1 qarşı «əşyaların çıxarılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, AKTA-6, 3cü küçədə yerləşən 2 saylı evlərinə azyaşlı 24.07.2012-ci il tarixdə anadan olmuş Cavabdeh1 Cəlaləddinoviçin onunla birlikdə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1, Cavabdeh3 cavabdeh İddiaçı1 qarşı «əşyaların çıxarılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək, cavabdeh İddiaçı1 məxsus cehiz əşyalarının –bir ədəd paltar dolabı (şifoner), bir ədəd termo, iki ədəd kiçik dolab (tumboçka), bir ədəd çarpayı, bir ədəd kiçik ölçülü xalça (gəvə), bir ədəd böyük ölçülü döşək, bir ədəd kiçik ölçülü döşək, bir ədəd böyük ölçülü yorğan, bir ədəd kiçik ölçülü yorğan, iki ədəd yastıq, bir ədəd pərdə, bir ədəd odeyal (pakrıval), iki ədəd güldan, bir ədəd çilçırağın Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6, 3-cü küçədə yerləşən 0.05 ha torpaq sahəsi üzərində tikilmiş mənzildən (2 saylı mənzil) çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 07.09.2008-ci ildə Cavabdeh2 ilə ailə qurmuş və Cavabdeh2 valideynlərinin razılığı ilə yaşadıqları Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, AKTA-6, 3-cü küçədə yerləşən 2 saylı evə gəlin köçmüş, cehiz əşyaları toydan bir neçə gün əvvəl həmin evə yerləşdirilmiş, hazırda da həmin evdədir. Onun həyat yoldaşı Cavabdeh2 Moskva şəhərində yaşayıb işləmiş, hərdən onu da özü ilə Moskva şəhərinə aparmış, 18.06.2010-cu il tarixdə Moskva şəhərində yaşadıqları müddətdə onların X3 adında bir uşaqları anadan olmuş, Cavabdeh2 onu uşağı ilə birlikdə Gəncə şəhərinə göndərmiş, növbəti dəfə gələndə isə onu yenidən Moskva şəhərinə aparmış, onların 24.07.2012-ci il tarixdə Cavabdeh1 Cəlaləddinoviç adlı 2-ci uşaqları dünyaya gəlmişdir. Bundan sonra Cavabdeh2 onu valideynlərinin yanında qoyaraq Moskva şəhərinə işləməyə getmiş və demək olar ki, hər il gəlib-gedirdi. O, cavabdehin evində yaşadığı müddətdə hərdən qaynanası ilə artalarında mübahisələri olmuş, lakin o, uşaqların xatirinə hər şeyə dözməsinə baxmayaraq həyat yoldaşı qaynanasının sözü ilə onu günahkar saymış və o, hər dəfə sarsıntı keçirtmişdir. Cavabdeh2 hazırda Gəncə şəhərindədir və təxminən 2 ay bundan əvvəl cavabdehlər oğlu Sultanı onun əlindən alaraq onu və oğlu Mehdini evdən qovaraq ona məxsus cehiz əşyalarını da dalınca göndərəcəklərini bildirmişlər. O, hal-hazırda oğlu ilə birlikdə valideynlərinin evində yaşayır, lakin uşaqların bir-birindən ayrı düşməsi ona və oğlu Mehdiyə mənfi təsir göstərir. Cavabdehlərdən heç biri evə dair mülkiyyət hüquqlarını dövlət reyestr qeydiyyatına aldırmamışlar. Onlar köçmək istədikləri evdə yaşamışlar və yaşadıqları evdən məhrum edilmişlər və cavabdehlər onu və oğlunu evlərinə buraxmırlar. Həmin ev dörd otaqdan ibarətdir və cavabdehlər evdən yaşayış sahəsi kimi istifadə edirlər. Ona görə də bərabərlik prinsipinə uyğun olaraq oğlu Mehdi ilə birlikdə həmin evdə yaşamaq hüquqları vardır. Cavabdehlərin onu uşağı ilə birlikdə evdən qovmalarının əsas səbəblərindən biri ondan ibarətdir ki, ailə olan münasibətlər nəticəsində sarsıntılar keçirmiş və əsəblərinin müalicəsi ilə əlaqədar tibbi müayinədə olmuşdur. Cavabdeh2 o, xəstələnəndən sonra onu və uşaqlarını saxalamaq vəzifəsini daşıdığı halda onun xəstəliyini bəhanə edərək onu evdən qovmuş, oğlu Sultanı isə yanlarında saxlamışlar. İddiaçının nümayəndəsi İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili X6 məhkəmədən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştırakları olmadan baxılmasını mümkün hesab etdi. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh3 məhkəmə iclasında bildirdi ki, cavabdeh İddiaçı1 onlara məxsus mənzilə dair hər hansı hüququ yoxdur. Cavabdeh İddiaçı1 2008-ci ildə oğlu Cavabdeh2 ilə ailə qurmuş və onların nikahları 2010-cu ildə rəsmiləşdirilmiş, birgə nikahlarından Sultan və Mehdi adlı iki uşaqları anadan olmuşdur. İddiaçı1 onlara məxsus, yəni mülkiyyət hüququ əsasında ona məxsus ünvan 1 ünvana gəlin köçmüş və 2015-ci ilə qədər onlarla birlikdə orada yaşamışdır. 19.01.2015-ci il tarixdə isə həmin mənzil alqı-sqtaı yolu ilə özgəninkiləşdirilmişdir. Bundan sonra ailəsi və cavabdehlə birlikdə hazırda yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, AKTA-6, 3-cü küçədə yerləşən 2 saylı evə köçmüşlər, hazıkı vaxta qədər orada yaşayırlar. Cavabdeh də həmçinin ata evinə gedənə qədər orada yaşamışlar. Mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsi uzun illərdir ki, onların sahiblik və istifadəsindədir. 09.03.2007-ci il tarixdə həmin torpaq sahəsinə dair tam mülkiyyət hüququ verən əri Cavabdeh1 adına çıxarış almışlar. Fərdi yaşayış evini isə 2015-ci ildə inşa etdirmiş və 2015-ci ildən orada yaşayırlar. Mənzilə dair isə hələ ki, çıxarış əldə etməmişdir. Belə olan halda iddiaçıların həmin mənzilə dair heç bir hüquqları yoxdur və ilkin iddia bu mənada əsassız olmaqla rədd edilməlidir. Onlar 2015-ci ildə hazırkı mübahisəli mənzilə köçərkən cavabdeh İddiaçı1 özünə məxsus bəzi cehiz əşyalarını da həmin evə gətirmişdir. Lakin hazırda cavabdeh İddiaçı1 ilə oğlu Cavabdeh2 arasında ailə münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Onlar ayrı yaşayırlar. Cavabdeh isə iki ildir ki, onların mənzili tərk edərək valideynlərinə məxsus mənzildə yaşayır. Oğlu Cavabdeh2 isə nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə olan halda cavabdehə məxsus cehiz əşyalarının onların mənzilində qalmasına heç bir zərurət yoxdur. Cavabdeh könüllü olaraq həmin əşyaları mənzildən çıarmamış və həmin əşyaların ona məxsus evdə qalması evinin bir hissəsini tutduğuna görə onlar özlərinə məxsus evindən lazımi qaydada istifadə edə bilmirlər. Məhkəmədən ilkin iddia tələbinin təmin olunmaması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə işə iddiaçı Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ilk iddia üzrə iddiaçının nümayəndəsinin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, 19.01.2015-ci il tarixli AN – 1 ******* saylı alqı-satqı müqaviləsinmin surətindən görünür ki, ünvan 1 ünvanı Cavabdeh1 tərəfindən X1 60000 (altmış min) manat satılmışdır. 09.03.2007-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisində yerləşən 0.05 ha torpaq sahəsi Cavabdeh1 adına qeyd edilmişdir. 18.06.2010-cu il tarixdə Rusiya Federasiyasının Mokva şəhərində anadan olmuş X2 adına 16.07.2021-ci il tarixdək pasport verilmişdir. 18.01.2017-ci il tarixdə Rusiya Federasiyasının Mokva şəhərində anadan olmuş Cavabdeh1 Cəlaləddinoviçin adına18.01.2022-ci il tarixədək pasport verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə tədqiq edilmiş sübutlar əsasında müəyyən edildi ki, ilk iddia üzrə İddiaçı1 Cavabdeh2 ilə 07.09.2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisində yerləşən 0.05 ha torpaq sahəsində olan tikiliyə 2015-ci ildə gəlin köçmüşdür. Gəncə şəhəri, Nizami rayonu, Azərbaycan KTA ərazisində yerləşən 0.05 ha torpaq sahəsi 09.03.2007-ci il tarixli ******* saylı çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədir. Bundan əlavə məhkəmə qeyd olunan mübahisəli əmlakın (Cavabdeh1 tikiliyə gözlənilən mülkiyyət hüququ vardır) mülkiyyətçisi ilə iddiaçı arasında olan münasibətə də hüquqi qiymət verərək onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5.-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 228.5.-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2.-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göstərilənlərdən göründüyü kimi, Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət məsələlərinin hüquqi cəhətdən hərtərəfli həllinə təminat verir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanla və tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq belə hesab edir ki, ilkin iddia üzrə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dair iddia tələbinin hüquqi əsasları mövcud olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə məhkəmə iclasında tərəflərin və nümayəndənin izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 məxsus–bir ədəd paltar dolabı (şifoner), bir ədəd termo, iki ədəd kiçik dolab (tumboçka), bir ədəd çarpayı, bir ədəd kiçik ölçülü xalça (gəvə), bir ədəd böyük ölçülü döşək, bir ədəd kiçik ölçülü döşək, bir ədəd böyük ölçülü yorğan, bir ədəd kiçik ölçülü yorğan, iki ədəd yastıq, bir ədəd pərdə, bir ədəd odeyal (pakrıval), iki ədəd güldan, bir ədəd çilçıradan ibarət cehiz əşyaları Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6, 3-cü küçədə yerləşən 0.05 ha torpaq sahəsi üzərində inşa edilmiş tikilidədir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 məxsus – bir ədəd paltar dolabı (şifoner), bir ədəd termo, iki ədəd kiçik dolab (tumboçka), bir ədəd çarpayı, bir ədəd kiçik ölçülü xalça (gəvə), bir ədəd böyük ölçülü döşək, bir ədəd kiçik ölçülü döşək, bir ədəd böyük ölçülü yorğan, bir ədəd kiçik ölçülü yorğan, iki ədəd yastıq, bir ədəd pərdə, bir ədəd odeyal (pakrıval), iki ədəd güldan, bir ədəd çilçıradan ibarət cehiz əşyaları qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6, 3-cü küçədə yerləşən 0.05 ha torpaq sahəsi üzərində inşa edilmiş tikilidən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dai üzərində inşa edilmiş tikilidən üzərində inşa edilmiş tikilidən üzərində inşa edilmiş tikilidən r iddia təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu ilkin iddia ürzə iddiaçıya aid edilsin. Cavabdeh İddiaçı1 məxsus – bir ədəd paltar dolabı (şifoner), bir ədəd termo, iki ədəd kiçik dolab (tumboçka), bir ədəd çarpayı, bir ədəd kiçik ölçülü xalça (gəvə), bir ədəd böyük ölçülü döşək, bir ədəd kiçik ölçülü döşək, bir ədəd böyük ölçülü yorğan, bir ədəd kiçik ölçülü yorğan, iki ədəd yastıq, bir ədəd pərdə, bir ədəd odeyal (pakrıval), iki ədəd güldan, bir ədəd çilçıradan ibarət cehiz əşyaları qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6, 3-cü küçədə yerləşən 0.05 ha torpaq sahəsi üzərində inşa edilmiş tikilidən çıxarılsın. Qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu qarşılıqlı iddia ürzə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar