Məhkəmə qərarları › İş №2(044)-836/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-836/2021

18.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-836/2021 18.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi İddiaçı «xxxx» KB ASC-nin etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 Əliyusif oğlunun iştirakı ilə, İddiaçı «xxxx» KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.0068 ha torpaq sahəsinə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, X2 və X3 istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, X2 və X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.0068 ha torpaq sahəsindən çıxarılmaqla həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.0068 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi hərrac vasitəsi ilə alınmışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınaraq «xxxx» KB ASC-nin mülkiyyət huququ təsdiq edilmişdir. Lakin hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və X5 üzərinə düşən öhdəliyi yerinə yetirməyərək sözügedən mübahisəli əmlakda qeydiyyatda durmaqdadır. Bank fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu əldə etsə də, hazırkı vaxtadək fərdi yaşayış evinə dair öz hüquqlarından istifadə edə bilməmişdir. İddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb fərdi yaşayış evində cavabdehin qeydiyyatda qalması həmin əmlaklara sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.0068 ha torpaq sahəsi «xxxx» KB ASCnin xüsusi mülkiyyətindədir; AR DİN-nin verdiyi xx.xx.2020-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və X1 şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, ev 124 ünvanında qeydiyyatdadırlar; Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti ona və digər Cavabdeh2 münasibətdə qismən təmin edilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(044)-240/2016 saylı qətnaməsi iddianın Cavabdeh3 və Cavabdeh2 tutulmalı olan faiz borcu hissəsində dəyişdirilərək xx xxxxxxxx 2014-cü il tarixli 025m-1/14 saylı əlavə kredit müqaviləsi üzrə faiz borcu 2632 ABŞ dolları, 98 sent məbləğində icra olunan günə Azərbaycan manatı ilə müəyyən edilmiş, iddia tələbinin 800 ABŞ dolları cərimə hissəsində isə ləğv edilərək, həmin hissədə iddia tələbi rədd edilmiş, cəmi 30395 ABŞ dolları 1 sent icra olunan vaxta Azərbaycan manatı ilə müəyyən edilmişdir. Eyni zamanda tələb olunan 30395.01 ABŞ dolları borc cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması qət edilmişdir. Qətnaməqalan hissədə dəyişdirilmədən saxlanılmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxx» KB ASC-nin etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 Əliyusif oğlu iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPMnin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə cavabdehin məhkəmədə iştirak etməməsini üzürlü hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsində istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təstiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edilən Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. İş materiallarından göründüyü kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.0068 ha torpaq sahəsi «xxxx» KB ASC-nin xüsusi mülkiyyətindədir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmış, münasibətlərə yeni mülkiyyətçi daxil olmuş, sabiq mülkiyətçinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş vermiş və an əsası cavabdehlər evdən istifadə hüququnu itirmişdir. Bu səbəbdən də iddiaçı mülkiyyətçi kimi fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma, həmin evin boşaldılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqi nəticəsində məhkəmə iddia tələbinin qeyd edilən hissəsinin təmin edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbi üzrə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və X3 mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli və onlar həmin fərdi yaşayış evindən çıxarılmaqla yaşayış evi boşaldılmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0068 ha torpaq sahəsinə olan istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və X1 şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, ev 124 ünvanında yerləşən fərdi yaşayış evindən və onun yerləşdiyi 0.0068 ha torpaq sahəsindən çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılsın. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar