Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-892/2021 16.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı2 və iddiaçıların nümayəndəsi, vəkil X6 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraziət edərək, ünvan 1 ünvanda olan yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması və evin tam boşaldılaraq iddiaçılara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi hər birinin 1/2 hissə payı olmaqla onların adlarınadır, həmin mülk məhkəmə qətnaməsi əsasında vərəsəlik qaydasında onların adlarına keçmiş və onların mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sözügedən fərdi yaşayış evi əvvəllər onların ataları X8 adına olmuş və o, xx.xx.2017-ci il tarixdə vəfat etmişdir, onun onlardan başqa heç bir vərəsələri olmmaışdır. X8 X3 ilə birinci nikahından qızı Aslanova (Bila) Sevilk Dəmirovna, X5 ilə ikinci nikahından İddiaçı1 adlı iki uşaqları var. Həmin vaxt onlar Ukrayna Respublikasının Xarkov şəhərində yaşamışlar, lakin sonradan X13 işi ilə əlaqədar olaraq Azərbaycan Respublikasında yaşamalı olsa da, daim ailəsi ilə gediş-gəlişləri olmuş, mehriban yaşamışlar. X8 ikinci nikahdan olan həyat yoldaşı X5 xx.xx.2016-cı il tarixində vəfat etmiş və ölən günə qədər onunla nikahda olmuşdur. Onların ataları X13 Azərbaycan Respublikasında yaşayan zaman öz qohumu olan bir qadınla, daha dəqiq cavabdeh X14 ilə birlikdə yaşamışdır. İddiaçıların bundan xəbərləri olsa da, ataları tək qalmasın deyə etiraz etməmişlər. X4 vəfat edəndən sonra cavabdeh X14 onlara bildirmişdir ki, 2003-cü ildə ataları ilə nikaha daxil olmuşdur. Əlbəttə ki, cavabdeh Aslanova Azadə Hacı qızı X18 oğlunun nikahda olnmasını bilə-bilə saxta yolla nikaha daxil olmuşdur və elə bu səbəbdən də onun (oğlu İddiaçı1) iddiası əsasında Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən həmin nikah etibarsız hesab edilmiş və bu qətnamə apelyasiya və kassasiya instansiya məhkəmələrində qüvvədə saxlanılmaqla qanuni qüvvəsini almışdır. Lakin cavabdeh X11 dəfələrlə müraciət olunsa da, o, iddiaçıları öz mülkiyyətində olan fərdi yaşayış evinə buraxmamış, evdə yaşamağa davam etmişdir. Hələ bu azmış kimi, oğlu, iş üzrə Cavabdeh1 da bu evə qeydiyyata saldırmış və o da evdə yaşamağa davam etmişdir. X14 xx.xx.2020-ci il tarixdə vəfat etsə də Cavabdeh1 ailəsi ilə birlikdə hal-hazırda da onlara məxsus evdə yaşayır, onları evə buraxmır. Cavabdehlərin ucbatından iddiaçılar öz mülkiyyətlərindən istədikləri kimi istifadə edə bilmirlər. Ona görəd ə əlacsız qalaraq mübahisənin həlli üçün məhkəməyə müraciət etməli olmuşlar. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 isə ümumiyyətlə tanımırlar və onlarla hər hansı qohumluq münasibətləri yoxdur, onlarda formal olaraq qeydiyyatdadırlar. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçıların nümayəndəsi, vəkil X12 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı2 və iddiaçıların nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli 14489615 saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvan İddiaçı1 və İddiaçı2 hərbininin adlarına 1/2 hissə ilə qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, ünvan 2 ünvanda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qeydiyyatdadırlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-85/2018 saylı qətnaməsinin surətindən görünür ki, X13 ilə Aslanova (Bayramova) Azadə Hacı qızının arasında xx xxxxxx 2003-cü il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində 41 saylı akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-3012/2018 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-85/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-8071/2018 saylı qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-3012/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-3916/2018 saylı qətnaməsinin surətindən görünür ki, ünvan 3 evə dair Gəncə şəhəri 3 saylı Dövlət Notariat X1 adına verilmiş xx xxxxxxx 2017-ci il tarixli 2V-124 saylı reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən X11 verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 04 aprel 2017-ci il tarixdə vəfat etmiş X8 qanun üzrə vərəsələri tanınmaları və xx xxxxx 2017-ci il tarixdə vəfat etmiş X7 miras qalmış ünvan 3 ünvanda yerləşən miras evə dair İddiaçı1 və İddiaçı2 2/1 hissədə paylarının müəyyən edilməsi müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)- 2965/2019 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-3916/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4388/2020 saylı qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-2967/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-85/2018 saylı qətnaməsinə əsasən X13 ilə Aslanova (Bayramova) Azadə Hacı qızının arasında xx xxxxxx 2003-cü il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində 41 saylı akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-3012/2018 saylı qətnaməsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-85/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)- 3916/2018 saylı qətnaməsinə əsasən ünvan 3 evə dair Gəncə şəhəri 3 saylı Dövlət Notariat X1 adına verilmiş xx xxxxxxx 2017-ci il tarixli 2V-124 saylı reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən X11 verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 04 aprel 2017-ci il tarixdə vəfat etmiş X8 qanun üzrə vərəsələri tanınmaları və xx xxxxx 2017-ci il tarixdə vəfat etmiş X7 miras qalmış ünvan 3 ünvanda yerləşən miras evə dair İddiaçı1 və İddiaçı2 1/2 hissədə paylarının müəyyən edilməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-2965/2019 saylı qətnaməsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-3916/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4388/2020 saylı qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-2967/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda ünvan 3 ünvanda yerləşən ev iddiaçılara mülkiyyət hüququ ilə məxsus olmasına baxmayaraq, iddiaçılar uzun müddətdir ki, cavabdehlərin yaratdığı maneələrə görə özlərinə məxsus evə köçə bilmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında İddiaçı2 və iddiaçıların nümayəndəsinin izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, ünvan 2 fərdi yaşayış ev iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin payı 1/2 hissə ilə mülkiyyətlərindədir. Hazırda Cavabdeh1 mübahisəli mülkdə ailəsi ilə birlikdə yaşayır, iddiaçılar Cavabdeh1 evdən çıxmasini tələb etsə də, Cavabdeh1 evdən könüllü olaraq çıxmır. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ünvan 2 ünvanda pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçıların mənzil üzərində hüququnu məhdudlaşdırır və onlar cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəyirlər. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçıların mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətlərindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 168 saylı evə olan istifadə hüququna xitam verilməli, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 168 saylı evdən çıxarılmalı, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 168 saylı ev tam boşaldılaraq, iddiaçılara təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 168 saylı evə olan istifadə hüquqlarına xitam verilsin. Cavabdeh1 ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 168 saylı evdən çıxarılsınlar. Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 168 saylı ev tam boşaldılaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-892/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-892/2021
16.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver