Məhkəmə qərarları › İş №2(044)-909/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-909/2021

26.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-909/2021 26.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X3, Cavabdeh2 nümayəndəsi, Vəkil, İlkin iddia üzrə 3-cü şəxs “xxxx” Bank ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, 3-cü şəxs “xxxx” Bank ASC-nə qarşı «mənzilin boşaldılması və pul» tələbinə dair iddia ərizəsi ilə, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, 3-cü şəxs “xxxx” Bank ASC-nə qarşı «mənzilin boşaldılması və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, M.Bağı, ev 13, mənzil 54 cavabdehlər Cavabdeh2, Cavabdeh1 qanunsuz sahibliyindən geri tələb edərək, mənzilin cavabdehlərin əşyalarından boşaldılması, cavabdehlər Cavabdeh2 azyaşlı qızı X4 ilə birlikdə və Cavabdeh1 mənzildən çıxarılmaları və mənzilin faktiki onun sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzil üçün ilkin ödəniş olaraq ödədiyi 12000 (on iki min) manatın, mənzilin sənədləşməsi üçün xərclədiyi 2400 (iki min dörd yüz) manatın və 21.01.2019-cu il tarixli **********33219 saylı kredit müqaviləsi üzrə 25 ay ərzində ödəmiş olduğu hər ay 221 (iyi yüz iyirmi bir) manat, cəmi 5525 (beş min beş yüz iyirmi beş) manat məbləğində aylıq ödənişlərin, cəmi 19925 (on doqquz min doqquz yüz iyirmi beş) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 onun rəsmi nikahda olduğu həyat yoldaşının doğma bacısı, 2010-cu il təvəllüdlü X4 onun övladıdır, Cavabdeh1 isə onun qaynanasıdır və onların hər üçü onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, M.Bağı, ev 13, mənzil 54 ünvanda yaşayırlar və mənzilə faktiki sahiblik edirlər. O, cavabdehlərlə qohum olmasına baxmayaraq və onların rəsmi qeydiyyatda olduqları Gəncə şəhəri, Nizami rayonu, Pərviz Səmədov küçəsi 1-ci döngədə yerləşən 14 saylı fərdi yaşayış evləri vardır. Cavabdehlərlə onun indiyədək heç bir narazılığı olmamış və qohum kimi mehriban olmuşlar, lakin hal-hazırda onlar mənzilin onlara məxsus olduğu bəhanəsi ilə onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, M.Bağı, ev 13, mənzil 54 ünvandan çıxmaq istəmirlər. Onların mənzillə bağlı münasibətləri başlayanda hər ikisi, o və Cavabdeh2 hərbidə xidmət edirdilər və 2018-ci ilin dekabr ayında hər ikisi ipoteka ilə mənzil almaq üçün sənədlər hazırlamağa başlamış, qohum kimi o, Cavabdeh2 ipoteka ilə mənzil almaq üçün sənədləşmədə və bu işdlə bağlı müxtəlif lazım olan yerlərə gedibgəlməkdə köməklik etmişdir. Bu işlərlə məşğul olan ərəfədə, 2018-ci ilin dekabr ayında Cavabdeh2 Azərbaycan İpoteka Fonduna müraciət edən zaman bilirdi ki, o hərbi xidmətdə az müddətdə qulluq etdiyi üçün ona imtina cavabı verilmə ehtimalı çox olmuş, buna baxmayaraq o, da Elnarə də ipoteka fonduna müraciət etmiş, ipoteka Fondundan Elnarəyə imtina olunmuş, ona isə müsbət cavab gəlmişdir. Cavabdeh2 özü və ailəsi ona təklif etmişlər ki, onların tapdıqları mənzili o alsın və bir il ərzində onlar mənzili Elnarənin adına keçirəcəklər, o, isə yenidən özünə ipoteka ilə mənzil alar. Yaranmış bu vəziyyətə görə o, Cavabdeh2 imtina edə bilməmiş və ona köməklik etməyə məcbur olmuşdur. Lakin, belə razılaşmışlar ki, mənzilə görə ilkin ödənişi Cavabdeh2 edir, o isə əlavə müəyyən xərcləri edir, mənzilin əsas alış pulunu bankdan kredit götürür və ipoteka müqaviləsi ilə mənzili alır. Onlar razılaşmışlar ki, bundan sonra Cavabdeh2 bir il ərzində mənzildə yaşayır, həm də ipotekaya görə aylıq ödənişləri edir və bu müddət ərzində kredit vermiş bankla özü danışıb razılıq əldə edir, bank razı olsa o, mənzili müqavilə ilə Elnarəyə satır, banka olan borcunu qaytarır, ya da ki, borc Cavabdeh2 özünə keçir, ancaq bunu edə bilmədiyi halda Cavabdeh2 mənzili ona qaytarmalı idi. Yaranmış bu vəziyyətdə o, “xxxx” Bank ASC-ti ilə 21.01.2019-cu il tarixdə **********33219 saylı kredit müqaviləsi əsasında 35000 (otuz beş min) manat məbləğində 276 ay müddətinə kredit götürmüş və kreditin son tarixi 21.01.2042-ci il olmuş və hər ay qrafik üzrə 194.16 manat pul ödənilməsi öhdəliyini o, özü üzərinə götürmüşdür. Bundan sonra 22.01.2019-cu il tarixdə **********33219/01/İP nömrəli alqı-satqı və ipoteka müqaviləsi ilə Gəncə şəhəri, Nizami rayonu, M.Bağı, ev 13,4 otaqlı, 54 saylı mənzili 47000 (qırx yeddi min) manara almış, pulun 35000 (otuiz beş min) manatını “xxxx” Bank ASC-dən aldığı kreditlə ödəmiş, 12000 (on iki min) manatını Cavabdeh2 alıb ödəmiş, əlavə olaraq o müxtəlif sənədlərə görə 2400 (iki min dörd yüz) manat pul xərcləmişdir. Hal-hazırda həmin mənzil 01.02.2019-cu il tarixli, ********** saylı qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd əsasında onun mülkiyyətindədir, həmin vaxtdan mənzildə cavabdehlər yaşamışlar və aylıq ödənişi də onlar etmişlər. Lakin Cavabdeh2 qulluq yerindən kirayə haqqı kimi hər ay 150 manat almışdır. Hal-hazırda yaranmış vəziyyətdə, bir il keçməsinə baxmayaraq cavabdehlər nə mənzili öz adlarına keçirdə bilməmişlər, nə mənzilin satılmasına razı deyillər, nə də mənzildən çıxmaq istəmirlər. O, isə mənzildən istifadə edə bilmir, nə mənzili satıb pulları qaytara bilmir, nə də güzəştli şərtlərlə başqa kredit götürə bilmir ki, özünə də mənzil alsın. Faktiki olaraq 2042-ci ilədək banka borcludur, özü isə ailəsi ilə birlikdə xidməti mənzildə hərbi şəhərcikdə yaşayır. Onun yeganə çıxış yolu qalır ki, mənzili geri qaytarsın, öz ailəsi istifadə etsin və ödənişləri də özü etsin. Digər tərəfdən, üç tərəfli alqı-satqı və ipoteka müqaviləsinin 2.4.3-cü hissəsində də vəsiyyət etmə halları istisna olmaqla, kreditoripoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetini digər şəxsə özgəninkiləşdirmək (bağışlamaq, satmaq, dəyişdirmək və s) və yaona dair digər sərəncamlar verməmək (icarə, kirayə və s) öhdəliyi nəzərdə tutulmuşdur. Hazırda onun cavabdehlərlə mənzildən istifadə etmək haqqında heç bir rzaılaşmaları yoxdur. Cavabdeh isə mənzil özünə məxsus mənzil hesab edərək orada yaşayır və istəyir ki, ipoteka müqaviləsi üzrə 2042-ci ilədək onun adından pul ödəsin və sonra mənzil onun adına keçsin. Halbuki, razılaşmaları olmuşdur ki, bir il ərzində ipoteka müqaviləsi ilə mənzili ondan alsın. Qanuna əsasən, heç pulu banka ödədiyi bir halda, onun heç bir hüququ yaranmır ki, mənzili məcburən onun mülkiyyətindən ala bilsin və hazırda onun mülkü cavabdehlərin qanunsuz sahibliyindədir. İddiaçının nümayəndəsi, vəkil X8 məhkəməyə iddia tələbinin artırılması haqqında ərizə ilə müraciət edərək, bildirmişdir ki, 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi 28 ay ərzində Cavabdeh2 öz anası və övladı ilə birlikdə iddiaçının mülkiyyətində olan dörd otaqlı mənzildə yaşadıqlarının əvəzini Cavabdeh2 tələb etmişdir. İddiaçının mənzilinin aylıq kirayəsinin qiyməti 250 manatdır və artıq iki aydır (mart-aprel) ki, ipoteka ödənişini iddiaçı özü banka ödəmişdir, baxmayaraq ki, cavabdehlər iddiaçının mənzilində qalmaqda davam edirlər, aylıq ödəniş haqqı 213.64 manatdır. Cavabdehlərin isə iddiaçıya məxsus mənzildə qaldıqları müddət 28 aydır və cavabdehlər iddiaçıya 7000 (28 x 250) manat pul ödəməlidirlər. Cavabdeh2 özü məhkəmə iclasında etiraf etmişdir ki, iddiaçıya məxsus mənzildə qaldığı bütün müddət ərzində kirayə haqqını ödəmək üçün qulluq yerindən hər ay 150 manat pul almışdır. Odur ki, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, M.Bağı, ev 13, mənzil 54 cavabdehlər Cavabdeh2, Cavabdeh1 qanunsuz sahibliyindən geri tələb edilməsi, mənzil cavabdehlərin əşyalarından boşaldılması, cavabdehlər Cavabdeh2 azyaşlı qızı X4 ilə birlikdə və Cavabdeh1 mənzildən çıxarılması və mənzilin faktiki iddiaçının sahibliyinə qaytarılması, Cavabdeh2 onun xeyrinə 2400 (iki min dörd yüz) manat və mənzildən istifadənin əvəzi olaraq 7000 (yeddi min) manat, ümumilikdə isə 9400 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının nümayəndəsi, vəkil X8 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mənzilə görə ilkin ödənilmiş 12000 (on iki min) manat və 25 ay ərzində ödənilmiş 5525 (beş min beş yüz iyirmi beş) manat məbləğində aylıq ödənişlər Cavabdeh2 tərəfindən ödənilmişdir. Məhkəmədən ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı Muxtar oğlu onun bacısının əridir, hər ikisi həbçidir, lakin cavabdeh zabitdir, o, isə müqavilə ilə işləyir, onun evi olmadığı üçün 2018-ci ilin sonlarında ipoteka ilə mənzil almaq qərarına gəlmiş, həmin vaxt cavabdeh ona təklif etmiş ki, mənzili onun adına götürsünlər, ödənişlər başa çatdıqdan sonra mənzili onun adına keçirərlər. Çünki İddiaçı zabit olduğundan aylıq əmək haqqı onun əmək haqqından daha yüksək olduğundan daha artıq limitdə pul ayrılacaqdır. Həmçinin o, mənzil üçün ilkin ödəniş etməli və həmin məbləği başqa bankdan kredit götürməli idi. Cavabdehlə razılaşdıqları kimi Gəncə şəhəri, Nizami rayonu, M.Bağı, ev 13, mənzil 54 ünvanda yerləşən mənzili İddiaçı adına götürmüşlər. O, banklardan pul götürüb mənzil üçün ilkin ödəniş olan 12000 (on iki min) manat ödəmiş, həmçinin mənzilin sənədləşməsi üçün, yəni cavabdehin müayinəsindən tutulmuş, evin sənədlərinin yeniləşməsinə kimi 2400 (iki min dörd yüz) manat pulu o, xərcləmişdir. Bundan başqa 21.01.2019-cu il tarixli **********33219 nömrəli kredit müqaviləsi üzrə 25 ay ərzində hər ay 221 (iki yüz iyirmi bir) manat olmaqla (əmlak sığortası üzrə 7.83 manat + həyat sığortası üçün 19.49 manat + aylıq ödəniş üzrə 194.16 manat), cəmi 5525 (beş min beş yüz iyirmi beş) manat məbləğində aylıq ödənişləri etmişdir. Beləliklə o, mənzil üçün ümumilikdə 19925 (on doqquz min doqquz yüz iyirmi beş yüz iyirmi beş) manat pul ödəmişdir. Təxminən 2020-ci ilin sentyabr ayında cavabdehlə aralarında olan münasibətlər pozulmuş, bundan sonra cavabdeh onun mənzildən çıxarılmasını tələb etmişdir. Mənzil İddiaçı adına alınsa da, əslində onun üçün alındığından o, mənzildən çıxmamışdır. Bundan sonra cavabdeh onun və qeyrilərinin mənzildən çıxarılmalarına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 nümayəndəsi, Vəkil məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə uyğun izaaht verdi və məhkəmədən ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə 3-cü şəxs “xxxx” Bank ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, “xxxx” Bank ASC ilə İddiaçı arasında bağlanmış 21.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 276 ay müddətinə 35000 (otuz beş min) manat məbləğində kredit verilmiş və 22.01.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən mənzilə dair “xxxx” Bank ASC ilə İddiaçı arasında alqı-satqı, ipoteka müqaviləsi bağlanmış, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən mənzilinin əsas mülkiyyətçisi İddiaçıdur. İlk iddia və qarşılıqlı iddia tələblərinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh2 nümayəndəsinin, ilkin iddia üzrə 3cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 01.02.2019-cu il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, M.Bağı, ev 13, mənzil 54 ünvanı İddiaçı adına qeyd edilmişdir. 21.01.2019-cu il tarixli **********33219 saylı kredit müqaviləsinin surətindən görünür ki, “xxxx” Bank ASC tərəfindən İddiaçı 276 ay müddətinə 35000 (otuz beş min) manat məbləğində kredit verilmişdir. 22.01.2019-cu il tarixli **********33219/01/İP saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, “xxxx” Bank ASC ilə İddiaçı, X5 arasında Gəncə şəhəri, Nizami rayonu, M.Bağı, ev 13, mənzil 54 ünvana dair alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsinin, cavadeh Cavabdeh2 nümayəndəsinin, 3-cü şəxsin nümayəndəsinin izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, Gəncə şəhəri, Nizami rayonu, M.Bağı, ev 13, mənzil 54 ünvanı İddiaçı mülkiyyətindədir. Hazırda cavabdehlər mübahisəli mülkdə yaşayır, ilk iddia üzrə iddiaçı cavabdehlərdən mənzildən çıxmalarini tələb etsə də, cavabdehlər mənzildən könüllü olaraq çıxmırlar. Məhkəmə ilkin iddia tələbinin Cavabdeh2 onun xeyrinə 2400 (iki min dörd yüz) manat və mənzildən istifadənin əvəzi olaraq 7000 (yeddi min) manat, ümumilikdə isə 9400 (doqquz min dörd yüz) manat pulun onun xeyrinə tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin bu hissələrinə dair sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin olunmalı, İddiaçı mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlər Gəncə şəhəri, Nizami rayonu, M.Bağı, ev 13, mənzil 54 ünvandan çıxarılmalı, mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməli, cavabdehlərdən ödənilmiş 15 manat dövlət rüsumu alınaraq, ilk iddia üzrə iddiaçıya verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin mənzilin sənədləşməsi üçün xərclədiyi 2400 (iki min dörd yüz) manat pulun onun xeyrinə tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən qarşılıqlı iddia tələbinin bu hissəsinə dair sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanda yerləşən mənzil üçün Cavabdeh2 tərəfindən ilkin ödəniş olaraq ödənilmiş 12000 (on iki min) manat və 21.01.2019-cu il tarixli **********33219 saylı kredit müqaviləsi üzrə 25 ay ərzində ödəmiş olduğu hər ay 221 (iki yüz iyirmi bir) manat, cəmi 5525 (beş min beş yüz iyirmi beş) manat məbləğində aylıq ödənişləri cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da qarşılılqlı iddia üzrə qarşılıqlı iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi üzrə iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehdən ünvan 1 ünvanda yerləşən mənzil üçün ilkin ödəniş olaraq ödədiyi 12000 (on iki min) manat və 21.01.2019-cu il tarixli **********33219 saylı kredit müqaviləsi üzrə 25 ay ərzində ödəmiş olduğu hər ay 221 (iki yüz iyirmi bir) manat, cəmi 5525 (beş min beş yüz iyirmi beş) manat məbləğində aylıq ödənişlər alınaraq qarşılıqlı iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin olunsun. Cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, M.Bağı, ev 13, mənzil 54 ünvandan çıxarılsınlar. ünvan 2ılsın və İddiaçı təhvil verilsin. İlk iddia üzrə ödənilmiş 30 manat dövlət rtüsumu iddiaçıya aid edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı ünvan 1 ünvanda yerləşən mənzil üçün ilkin ödəniş olaraq ödənilmiş 12000 (on iki min) manat və həmin mənzilə görə 25 ay ərzində ödənilmiş 5525 (beş min beş yüz iyirmi beş) manat məbləğində aylıq ödənişlər alınaraq iddiaçı Cavabdeh2 verilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rtüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar