Məhkəmə qərarları › İş №2(044)-918/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-918/2022

05.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-918/2022 05.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh Gəncə Şəhəri Nizami Rayon Bələdiyyəsinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, pul və torpaq sahəsinin ölçülüb verilməsi” barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ : İddiaçı X2 cavabdeh Gəncə Şəhəri Nizami Rayon Bələdiyyəsinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, pul və torpaq sahəsinin ölçülüb verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin yerində ölçülüb veriliməsi, bu mümkün olmadıqda alqı-satqı müqaviləsinin ləğvi və Nizami Rayon Bələdiyyəsinin hesabına ödədiyi 1801 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. BOKT "xxxx" QSC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən ki, müəyyən olundu ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı cavabdeh aralarında bağlanmış alqı-satqı müqaviləsinin ləğvini tələb etsə də, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən isə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Gəncə Şəhəri Nizami Rayon Bələdiyyəsinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, pul və torpaq sahəsinin ölçülüb verilməsi” barədə iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarqaddan 10 gün müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar