Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-924/2020 01.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona məxsus olan ünvan 1 ünvanda yerləşən evə olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvanda yerləşən ev ona məxsusdur və ona həmin evə ona çıxarış verilmişdir. Cavabdeh1 onun oğludur, digər Cavabdeh2 isə gəlinidir, Cavabdeh3 və Cavabdeh4 isə nəvələridir. Cavabdehlər xx.xx.2013-cü il tarixdən ünvan 1 ünvanda yaşamırlar, lakin ona məxsus evdə formal olaraq pasport qeydiyyatında dururlar. Cavabdehlərin ona məxsus evdə pasport qeydiyyatında qalmaları onun mülkiyyət hüquqlarını pozur və o, cavabdehərə görə əlavə olaraq kommunal xərclər ödəyir. Məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. İddiaçı cavabdehlərin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiq ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvan İddiaçı adına qeyd edilmişdir. xx.xx.2019-cu il tarixdə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. xx.xx.2019-cu il tarixli ******* saylı arayışdan görünür ki, X1 şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, ev 49, mənzil 13 ünvanda qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X12, X8, X4, X5, X3, Cavabdeh2, X9, Cavabdeh3, Cavabdeh4, X10, X11, Cavabdeh1, İddiaçı ibarətdir. xx.xx.2019-cu il tarixli 585 saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 saylı ünvanda yaşayır, mənzil sahibidir və Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 2013-cü il tarixdən həmin ünvanda yaşamırlar, lakin qeydiyyatdadırlar. xx.xx.2008-ci il tarixdə Cavabdeh2 tərəfindən yazılmış notarial qaydada təsdiq edilmiş ərizədə, o, qaynanası İddiaçı ünvan 3 mənzil 13 ünvanda yerləşən evin satılmasına, ipotekaya qoyulmasına, dəyişdirilməsinə və bağışlanmasına etiraz etmədiyini bildirmişdir. xx.xx.2008-ci il tarixdə Cavabdeh1 tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizədə, o, anası İddiaçı məxsus ünvan 3 mənzil 13 ünvanda yerləşən evin satılmasına, ipotekaya qoyulmasına, dəyişdirilməsinə və bağışlanmasına etiraz etmədiyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 tərəfindən yazılmış notarial qaydada təsdiq edilmiş ərizədə, anası İddiaçı məxsus ünvan 3 mənzil 13 ünvanda yerləşən evdən qeydiyyatdan çıxarılmasına heç bir etirazı yoxdur. Anasından heç bir maşın, pul və əmlakdan pay istəmir, gələcəkdə də istəməyəcəkdir. Bununla əlaqədar gələcəkdə heç bir iddia tələbi olmayacağını bildirmişdir. xx.xx.2013-cü il tarixdə Cavabdeh1 tərəfindən yazılmış notarial qaydada təsdiq edilmiş ərizədə, anası İddiaçı məxsus ünvan 4 mənzil 13 ünvanda yerləşən mənzilin ipotekaya qoyulmasına, satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirmişdir. xx.xx.2013-cü il tarixdə Cavabdeh2 tərəfindən yazılmış notarial qaydada təsdiq edilmiş ərizədə, qayınanası İddiaçı məxsus ünvan 4 mənzil 13 ünvanda yerləşən mənzilin ipotekaya qoyulmasına, satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı və təqdim edilmiş sübutlarla təsdiq olundu ki, cavabdehlər ünvan 1 saylı ünvanda pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin evdə yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin ünvan 1 ünvanda yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 2 saylı ünvanda yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilsin. Qiyabi qətnamədən cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-924/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-924/2020
01.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver