Məhkəmə qərarları › İş №2(044)-982/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-982/2022

22.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-982/2022 22.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu və azyaşlı uşaqları 22.12.2009-cu il təvəllüdlü X2, 01.03.2015-ci il təvəllüdlü X3 və 09.03.2019-cu il təvəllüdlü X1 ilə Gəncə şəhəri, Nizami rayonu, Qırmızıkənd ərazisində yerləşən boş evə köçürülüb orada müəyyən müddətə yaşayış və istifadə hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəmədə izahat verərək, həmin barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər:

1. Cavabdeh İddiaçı himayəsində olan üç uşaqları ilə birlikdə ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Qırmızıkənd ərazisində yerləşən boş evə köçürülüb orada 15 il müddətinə yaşayış və istifadə hüququ ilə yaşamasına razıdır.

2. İddiaçı da öz öhdəsinə götürür ki, Cavabdeh məxsus evdə yaşayacağı müddətdə həmişə birgəyaşayış qaydalarına riayət edəcək, evdə heç bir narazılıq, dava-dalaş, səs-küy və sair xoşagəlməz hallara yol verməyəcək. Məhkəmə iclasında iddiaçı izahat verərək barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh izahat verərək, barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflər hər biri ayrı-ayrılıqda, məhkəmə tərəfindən onlara izah olunmuş, barışıq sazişi əsasında iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələri ilə razı olduqlarını bildirmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin tərəfləri arasında 11.04.2022-ci il tarixdə bağlanmış aşadakı məzmunda barışıq sazişi təsdiq edilsin:

3. Cavabdeh İddiaçı himayəsində olan üç uşaqları ilə birlikdə ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Qırmızıkənd ərazisində yerləşən boş evə köçürülüb orada 15 il müddətinə yaşayış və istifadə hüququ ilə yaşamasına razıdır.

4. İddiaçı da öz öhdəsinə götürür ki, Cavabdeh məxsus evdə yaşayacağı müddətdə həmişə birgəyaşayış qaydalarına riayət edəcək, evdə heç bir narazılıq, dava-dalaş, səs-küy və sair xoşagəlməz hallara yol verməyəcəkdir. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar