Məhkəmə qərarları › İş №2(044)-99/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-99/2022

10.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-99/2022 10.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İddiaçı, Cavabdeh, 3-cü şəxs Məmmədov Müşaviq Firuddin oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu və uşaqlarını Gəncə şəhəri, M.Bağı ev 5, mənzil 54 saylı ünvana köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1989-cu ildə X14 ilə ailə qurmuş, o, və uşaqları hal-hazırda qeydiyyatda olduğu mənzilə 1993-cü ildə qeydiyyatda durmuş, 1997ci ildən bu mənzildə yaşamağa başlamış və cavabdeh 1996-cı ildən onları mübahisəli mənzildə yaşamalarına imkan verməmişdir. Ona görə də məhkəmə qaydası ilə o, və uşaqları mübahisəli Gəncə şəhəri, M.Bağı, ev 5, mənzil 54-ə köçürülməlidirlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun iki qızı var və qızları ailə qurmuşlar. Qızlarından biri onunla yaşayır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, İddiaçı evə köçürülmə tələbi əsasssızdır və onun hüquqlarının pozulması deməkdir. Gəncə şəhəri, M.Bağı ev 5, mənzil 54 saylı ünvandan 7/8 hissəsi onun X12na məxsusdur, 1/8 hissəsi X9, 1/8 hissəsi X15, 1/8 hissəsi X10, 1/8 hissəsi X16, 1/8 hissəsi X6, 1/8 hissəsi X11, 1/8 hissəsi X1, 1/8 hissəsi X5 və qalan hissələri bütövlüklə X12na bağışlanmışdır. Onun X12 həmin mülkdə ona düşən öz payını ona bağışlamışdır. X12 30.05.2020-ci il tarixdə vəfat etmişdir və hal-hazırda Gəncə şəhəri, M.Bağı ev 5, mənzil 54 saylı ünvandan ümumi sahəsi 88.6 kv.m və mənzilin yaşayış sahəsi 59 kv.m X4 1/8 payı 112/896, Cavabdeh 7/8 payı 784/896 payı çıxarışda qeyd edilmişdir (1/8 paya 7.3 kv.m düşür). Göründüyü kimi adam başına yaşayış sahəsi 12 kv.m olduğu halda İddiaçı və uşaqlarının ünvan 1 ünvandan olan 1/8 paya köçürülməsi tələbi əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. 3-cü şəxs X14 məhkəmə iclasında bildirdi ki, o, 1993-cü ildən Gəncə şəhəri, M.Bağı ev 5, mənzil 54 saylı ünvanda ailəsi ilə birlikdə yaşamış, buna baxmayaraq 2016-cı ildə qardaşı Elxanın gəlini Afaq Məmmədova və onun atası qardaşları ilə əlbir olub iddia qaldıraraq onların yaşadıqları ata mülkünü bölünməsinə nail olmuşlar. Hüquqi varis olaraq ona da pay düşsə belə 12.10.2016-cı ildə Afaq və atası Ramiz birlikdə mənzilin çöl giriş qapısını dəyişdirmiş və seyf qapı qoymuşlar. Həmin gündən onu və ailəsini evə girməyə qoymamışlar, onların həmin evdə yaşamalarını məhdudlaşdırmışlar. O, həmin gündən stres keçirmiş, keçirdiyi stress nəticəsində Vətən uğrunda gedən döyüşlərdə itirmədiyi sağlamlığını itirmiş, müalicə olunmasına baxmayaraq, sağalmamış və həmin stress nəticəsində ayaqları tutulmuşdur, hazırda kastil ilə yeriyir. O, hazırda Gəncə şəhəri, M.Bağı ev 5, mənzil 54 saylı ünvanda yaşayır və onun həyat yoldaşının və uşaqlarının köməyinə ehtiyacı vardır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə tərəflərin və 3-cü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 12.12.1989-cu il tarixdə Gəncə şəhəri Nikah Evi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə Məmmədova (İsmayılova) Təranə Hidayət qızının nikahları 12.12.1989-cu il tarixdə 999 saylı akt qeydi ilə bağlanmışdır. 31.05.2020-ci il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 30.05.2020-ci il tarixdə vəfat etmişdir. 24.11.2014-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 13.11.2014-cü il tarixdə vəfat etmişdir. 17.12.2001-ci il tarixdə Gəncə şəhəri Nikah Evi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X38 ilə X18 birgə nikahlarından xx.xx.2001-ci il tarixdə Cavabdeh anadan olmuşdur. 10.01.2003-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayonu VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X38 ilə X18 birgə nbikahlarından 16.12.2002-ci il tarixdə X39 anadan olmuşdur. 26.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, M.Bağı ev 5, mənzil 54 saylı ünvandan 1/8 hissəsi X9, 1/8 hissəsi X15, 1/8 hissəsi X10, 1/8 hissəsi X16, 1/8 hissəsi X6, 1/8 hissəsi X33 oğluna, 1/8 hissəsi X2, 1/8 hissəsi X4 adlarına qeyd olunmuşdur. 28.02.2020-ci il tarixli ********** qeydiyyat nömrəli və 12.05.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, M.Bağı ev 5, mənzil 54 saylı ünvandan 1/896 hissə X7 adına, 112/896 hissə X4 adına, 783/896 hissə Cavabdeh adına qeyd edilmişdir. 08.12.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, X3 şəhəri, M.Bağı ev 5, mənzil 54 saylı ünvanda 24.08.2005-ci il tarixdən qeydiyyatdadır və həmin ünvanda qeydiyyatda olan digər şəxslər İddiaçı, X19, X41, X23, Cavabdeh, X17, X24, X39, X22, X30 ibarətdir. 23.06.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, M.Bağı ev 5, mənzil 54 saylı ünvan 112/896 hissə ilə X14 və 784/896 hissə ilə Cavabdeh adlarına qeyd edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia və qarşılıqlı iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitə lilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 1989-cu ildə X14 ilə ailə qurmuşdur. Hazırda İddiaçı həmin ünvanda qeydiyyatdadır. ünvan 2ddiaçının əri X4 və 784/896 hissəsinə Cavabdeh adlarına 23.06.2021-ci il tarixdə çıxarış verilmişdir. Odur ki, iddiaçının ərinin mübahisəli evdə mülkiyyət hüququ olduğundan və əri onun həmin evə köçməsinə etiraz etmədyindən o, mübahisəli evdə əri ilə yaşamaq hüququna malikdir və o, həmin evə köçməlidir. Məhkəmə iddia tələbinin iddiaçının uşaqlarının ünvan 3 ünvanda yerləşən mənzilə köçürülməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Gəncə şəhəri, M.Bağı ev 5, mənzil 54 saylı ünvanda yerləşən mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı Gəncə şəhəri, M.Bağı ev 5, mənzil 54 saylı ünvanda yerləşən mənzilə köçürülsun. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar