Məhkəmə qərarları › İş №2(045)-10/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-10/2023

06.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-10/2023 06.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Əli oğluna qarşı (ƏMDKY DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsinin Goranboy rayon şöbəsi maraqlı şəxs qismində göstərilməklə) “torpaq sərhədlərinin müəyyən edilməsi və zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinin sərhədlərinin dəqiq müəyyən edilməsi və onun mülkiyyətində olan torpaq sahəsinin ona aid hissəsinin cavabdehin zəbtindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh Əli oğlu və maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. MPM-in: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki tələb üzrə 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı işin baxılmamış saxlanılmasını və sənədlərin ona qaytarılmasını xahiş etdiyi və cavabdeh xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasına gəlmədiyi və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi, işin baxılmasını tələb etməsi barədə məhkəməyə məlumat vermədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Əli oğluna qarşı (ƏMDKY DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsinin Goranboy rayon şöbəsi maraqlı şəxs qismində göstərilməklə) “torpaq sərhədlərinin müəyyən edilməsi və zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar