Məhkəmə qərarları › İş №2(045)-1000/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1000/2023

20.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1000/2023 20.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, X2 və X4 qarşı “Torpaq sahəsindən çıxarılmağa dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu, Həmənli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,23 ha torpaq sahəsinə dair 09 iyun 1990-cı il tarixli JN60036 №-li “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-nın onlara məxsus olmasının müəyyən edilib Cavabdeh1, X1 və X3 həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçılar bir-biri ilə əlaqədər olmayan və bir icraatda baxılması mümkün olmayan bir neçə tələbi bir ərizədə birləşdirdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında işlər xüsusi icraat qaydasında baxılmalı olan işlər olduğundan 2,23 ha torpaq sahəsinə dair 09 iyun 1990-cı il tarixli, JN60036 №-li “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-nın iddiaçılara məxsus olması faktının müəyyən edilməsi haqqında işə iddia icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 14149 saylı qəbzdən görünür ki, İddiaçı1 tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, X2 və X4 qarşı “Torpaq sahəsindən çıxarılmağa dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçılara geri qaytarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar