Məhkəmə qərarları › İş №2(045)-1025/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1025/2024

17.07.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1025/2024 17.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi vəkil X* iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 06.0*.*957-ci il tarixdə anadan olmuş X6 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki onun qardaşı 06.0*.*957-ci ildə anadan olmuş qardaşı X*3 *994-cü ildə Naftalan şəhərini tərk edib Bakı şəhərinə getmişdir. Onun barəsində keçən müddət ərzində heç bir məlumat əldə edə bilməmişdir. Qardaşı içkiyə meyilli bir insan olmuşdur. Keçən müddət ərzində onlar qardaşı Əzim Əliyevi axtarsalar da onlarla maraqlanmamışdır. Qeyd edir ki, qardaşı barəsində qeyri dəqiq olmayan məlumatı 20*5-ci ildə almışdır ki, guya onu kimsə çöldə yaşayan bir insan kimi Bakıda avtovoğzal ərazisində görmüşdür. Onlar bununla bağlı da araşdırma aparmışlar, lakin məlumat əldə edə bilməmişlər. Bildirir ki, onlar iki qardaşdılar və onun başqa qardaşı yoxdur. Onun Naftalan şəhəri, İ. Həsənzadə küçəsi, ev *5, 4 saylı ünvanda mənzili vardır. Bu mənzilə həmişə o baxmışdır. O da qoca, xəstə adamdır. Rəhmətə getsə mənzil sahibsiz qalacaqdır. O istəyir ki, qardaşının ölüm faktını müəyyən etdirmiş qanun üzrə vərəsə kimi mənzili adına keçirir ki, mənzil sahibsiz qalmasın. Bildirir ki, onun ərizəsi əsasında Naftalan şəhər Polis şöbəsində araşdırma aparılmış və məhkəməyə ölüm faktının müəyyən edilməsi ilə bağlı müraciət etməyi izah edilmişdir. Ona görə də məhkəmə qaydası ilə 06.07.*957-ci il təvəllüdlü X6 ölüm faktı məhkəmə qaydası ilə müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X2 ərizəçinin izahatına uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 ifadəsində göstərdi ki, ərizəçi və qardaşı X*3 onun qohumudur. 2000-ci ildən X9 görmür və qardaşı, yəni Ərizəçi hər dəfəsində Əzim Əliyev barəsində maraqlandıqda xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadəsində göstərdi ki, ərizəçinin qardaşı X*3 ilə həm qonşusu, həm də dostu olmuşdur. X9 on ildən artıqdır ki, görmür. Hazırda onun yaşadığı fərdi yaşayış evi kirayədədir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 2* sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Ərizəçi ərizəsi əsasında torplanmış və ŞPŞ-nin “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabı”nda 2*4 nömrə ilə qeydiyyata alınaraq araşdırılmış material üzrə cinayət işi başlanması rədd edilmişdir; Qasım-İsmayılov rayon Xanqərvənd kənd soveti tərəfindən verilmiş İ-ИЕ seriyalı *80830 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 06.0*.*957-ci ildə Qasım-İsmayılov rayonu, Xanqərvənd kəndində doğulmuşdur, atası mamedov Hüseyn Əli oğlu, anası X3r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ seriyalı 006034 nömrəli X4 xx.xx.2003-cü ildə “mədə qansızması” səbəbindən ölmüşdür; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ seriyalı 043342 nömrəli X*0 **.05.2003-cü ildə “prostat vəzinin xərçəngi” səbəbindən ölmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi X6 qardaşıdır. X*3 *994-cü il tarixdən hazıradək həyatda olması barədə hər hansı məlumatın olması müəyyən edilməmişdir.Hazırda ərizəçinin qeyd edilən hüquqi əhəmiyyətli faktı məhkəmədən kənar əldə etməsi qeyri-mümkündür. Ərizəçi həmin faktın müəyyən edilməsini vərəsəliklə bağlı hüquqlarının həyata keçirilməsi ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4*.*-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 4*.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 4*.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 4*.4-cü maddəsinə əsasən Bu Məcəllənin 4*.* və 4*.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. 40.3-cü maddəsinə əsasən xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. 40.4-cü maddəsinə əsasən xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci bəndinə görə, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*.*, 4*.3 və 42.*-ci maddələrinə görə, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Maddələrin məzmunundan göründüyü kimi, şəxsin ölmüş elan edilməsi üçün qanunverici iki müstəqil əsas nəzərdə tutmuşdur: “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması” və “ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və ondan altı ay ərzində xəbər çıxmaması. Göstərilən əsaslardan hər hansı biri mövcud olduqda məhkəmə şəxsi ölmüş elan etməkdə haqlıdır. Birinci halda (şəxsin yaşayış yerində harada olması barədə beş il ərzində məlumat olmazsa) qanunverici şəxsin ölməsinə güman verən halın, hadisənin olmasını tələb etmir. Bu zaman şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmaması ərizəçiyə şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*2, 3*3 və 3*5.2-ci maddələrinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. İş materiallarından göründüyü kimi ərizəçinin qardaşı olan X6 harada olması haqda *0 ildən artıq müddətdə məlumat olmamış, itkin düşməsi barədə axtarış işi açılmış və müxtəlif dövlət orqanlarına ünvanlanmış sorğulara cavab məktublarına əsasən onun barəsində hər hansı yeni məlumatın aşkar edilmədiyi müəyyən olunmuşdur. Beləliklə, şəxsin ölmüş elan edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edildiyindən məhkəmə hesab edir ki, Ərizəçi qardaşı 06.0*.*957-ci il tarixdə Qasım-İsamyılov rayonu, Xanqərvənd kəndində doğulmuş X*3 ölmüş elan edilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gün X6 ölüm günü hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin ( bundan sonra - MPM): 3*2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 3*5.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, MPM-in 3*6-cı maddəsinə əsasən ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06.0*.*957-ci il tarixdə doğulmuş X*3 ölmüş elan edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün 06.0*.*957-ci il təvəllüdlü X*3 ölüm günü hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar