Məhkəmə qərarları › İş №2(045)-104/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-104/2025

31.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-104/2025 31.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Hafiz Samir oğlunun sədrliyi, Civəzadə Aygün Səlahəddin qızının katibliyi, İddiaçılar İddiaçı3 nümayəndəsi və İddiaçı1, İddiaçı2, İddiaçı4 və Tağıyeva (Pirverdiyeva) Xatirə Zahid qızının, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Tağıyeva (Pirverdiyeva) Xatirə Zahid qızının Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Tağıyeva (Pirverdiyeva) Xatirə Zahid qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Qaramusalı kəndi ərazisində yerləşən və onların xüsusi mülkiyyətlərində olan 3.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunmuş hissəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin özlərinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar ərizədə tələblərini onunla əsaslandırmışlar ki, onlar Goranboy rayonunun Qaramusalı kəndində yaşayırlar. Məhkəməyə təqdim etdikəri JN 0062 KOD 50913018 saylı Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, Goranboy rayonu Qaramusalı kəndi ərazisində yerləşən 3.66 ha torpaq sahəsi Goranboy rayon Aqrar İslahat Komissiyasının 28 yanvar 1998-ci il tarixli, 03 saylı qərarı ilə onların şəxsi mülkiyyətlərinə verilmişdir. Onlar, həmin torpaq sahəsindən bir neçə ildir ki, təyinatı üzrə istifadə edirlər. Mülkiyyətlərinə verilmiş torpaq sahəsinin plan-cizgisindən görünür ki, onların qonşu sahələrinin mülkiyyətçisi X6r. İki il olar ki, Nadir Rüstəmov həmin torpaq sahəsini cavabdehə satmışdır və həmin torpaq sahəsini cavabdeh özü əkib becərir. Bu günlərdə DƏDRX-nin Publik Hüquqi şəxs 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi gələrək Dövlət Aktına uyğun olaraq torpaq sahəsini ölçərək məlum olmuşdur ki, onlara məxsus torpaq sahəsinin bir hissəsini demək olar ki, cavabdeh əkib becərirmiş. Cavabdeh onun tələblərini könüllü olaraq qəbul etmir. Məhkəmədən iddia ərizəsinin qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək, bildirdi ki, torpağa mülkiyyət hüququna dair JN 0062 KOD 50913018 saylı dövlət aktına əsasən Goranboy rayonu Qaramusalı kəndində yerləşən 3,66 ha torpaq sahəsi ona, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Lakin Cavabdeh onların torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Buna görə də onun çıxarılmasını, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və Tağıyeva (Pirverdiyeva) Xatirə Zahid qızı İddiaçı1 ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, ƏMDK Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətinə Goranboy rayonu Qaramusalı kəndində yerləşən 2,7354 ha torpaq sahəsi verilmişdir. O, iddiaçıların torpaqa sahəsindən istifadə etmir, həmin torpağın ona məxsus olduğunu, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi X10 nümayəndəsi X1 bildirdi ki, “Torpağa mülkiyyət hüququna dair” JN 0062 saylı dövlət aktına əsasən Goranboy rayonunun Qaramusalı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı1, İddiaçı2 Məmmədəli qızı, İddiaçı3, İddiaçı4, X5 verilmiş 3.66 ha torpaq sahəsindən Cavabdeh tərəfindən bütünlüklə istifadə edilir. Odur ki, iddia ərizəsinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1947-ci ildə Goranboy rayonun Qaramusalı kəndində anadan olmuşdur. Həmin kənddə də qeydiyyatdadır. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.1982-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1980-cı ildə anadan olmuşdur. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1978-ci ildə Goranboy rayonun Qaramusalı kəndində anadan olmuşdur. Həmin kənddə də qeydiyyatdadır. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1953-cü ildə Goranboy rayonun Qaramusalı kəndində anadan olmuşdur. Həmin kənddə də qeydiyyatdadır. Azərbaycan Respublikası Goranboy RİHB-nın Qaramusalı Kənd İƏD Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli, 165 nömrəli arayışından görünür ki, Tağıyev X2 rayonun Qaramusalı kəndində yaşayır. JN-0062, KOD 50913018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 28 yanvar 1998-ci il tarixli, 03 saylı qərarına əsasən 2,7354 hektar torpaq sahəsi Goranboy rayon Qaramusalı kənd sakinləri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Tağıyeva (Pirverdiyeva) Xatirə Zahid qızının mülkiyyətinə verilmişdir; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Goranboy rayonu Qaramusalı kəndində yerləşən 2.7354 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh (tam) xüsusi mülkiyyətinə verilmişdir; Goranboy Rayon Məhkəməsinin 2(045)-1968/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə mübahisənin obyektiv həllinə nail olmaqdan ötrü iş üzrə məhkəmə mühəndis-tikinti ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10in 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəsislərindən rəy alındıqdan sonra mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli, 3-16-16/2-10/10046/2024 nömrəli məktubdan görünür ki, torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının və mütəxəssis rəyi zəruri olduğundan, vəsatət göndərilmiş, lakin vəsatət verildiyi tarixdən 1 aydan çox vaxt keçməsinə baxmayaraq Mərkəzə mütəxəssis rəyi daxil olmadığından rəyin verilməsi mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-46/2-965/2025 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Tağıyeva (Pirverdiyeva) Xatirə Zahid qızının hazırda istifadəsində olan Goranboy rayonunun Qaramusalı kəndində yerləşən torpaq sahəsinin kontur, koordinat və parametrləri iddiaçıların adına olan JN 0062, KOD 50913018 saylı dövlət aktına əsasən "torpaq sahəsinin plan və ölçüsü "ndə göstərilən torpaq sahəsinin plan və ölçüsü ilə eynilik təşkil etmir. Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsi xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Goranboy rayonunun Qaramusalı kəndində yerləşən 2.7354 ha “torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür və bütövlüklə Cavabdeh tərəfindən istifadə edilir; Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 10/1939 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Tağıyeva (Pirverdiyeva) Xatirə Zahid qızının hazırda istifadəsində olan Goranboy rayonunun Qaramusalı kəndində yerləşən torpaq sahəsinin kontur, koordinat və parametrləri iddiaçıların adına olan JN 0062, KOD 50913018 saylı dövlət aktına əsasən "torpaq sahəsinin plan və ölçüsü "ndə göstərilən torpaq sahəsinin plan və ölçüsü ilə eynilik təşkil etmir. Cavabdeh hazırda istifadəsində olan torpaq sahəsi xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Goranboy rayonunun Qaramusalı kəndində yerləşən 2.7354 ha “torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsi ilə üstüstə düşür və bütövlüklə Cavabdeh tərəfindən istifadə edilir. Ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları, həmçinin mütəxəssis rəyini və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddiа tələbi təmin еdilməlidir. Belə ki, mütəxəsiss rəyində qeyd olunmuşdur ki, TEKUİS-ə əsasən “Torpağa mülkiyyət hüququna dair” JN 0062 saylı dövlət aktına əsasən Goranboy rayonunun Qaramusalı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı1, İddiaçı2 Məmmədəli qızı, İddiaçı3, İddiaçı4, X5 verilmiş 3.66 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətinə verilmiş Goranboy rayonu Qaramusalı kəndində yerləşən 2.7354 ha torpaq sahəsinin koordinatları Cavabdeh Əblüfət oğlunun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür, həmçinin TEKUİS elektron məlumat bazasına əsasən müqayisələndirilmiş, “Torpağa mülkiyyət hüququna dair” JN 0062 saylı dövlət aktına əsasən Goranboy rayonunun Qaramusalı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı1, İddiaçı2 Məmmədəli qızı, İddiaçı3, İddiaçı4, X5 verilmiş 3.66 ha torpaq sahəsindən Cavabdeh tərəfindən bütünlüklə istifadə edilməsi məlum olmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh Torpağa mülkiyyət hüququna dair JN 0062, KOD 50913018 saylı dövlət aktına əsasən Goranboy rayonu Qaramusalı kəndində yerləşən 3,66 ha torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçılara verilməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Tağıyeva (Pirverdiyeva) Xatirə Zahid qızına məxsus olan Torpağa mülkiyyət hüququna dair JN 0062, KOD 50913018 saylı dövlət aktına əsasən Goranboy rayonu Qaramusalı kəndində yerləşən 3,66 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsi iddiaçıya qaytarılmalı, həmçinin ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X4, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Tağıyeva (Pirverdiyeva) Xatirə Zahid qızına məxsus olan Torpağa mülkiyyət hüququna dair JN 0062, KOD 50913018 saylı dövlət aktına əsasən Goranboy rayonu Qaramusalı kəndində yerləşən 3,66 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsi iddiaçılara qaytarılsın. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar