Məhkəmə qərarları › İş №2(045)-1070/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1070/2024

19.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1070/2024 19.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, Cavabdeh Goranboy rayon Peşə məktəbinin Xocalı filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cаvаbdеh Goranboy rayon Peşə məktəbinin Xocalı filialına qаrşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dаir iddiаsı üzrə mülki işə məhkəmənin inzibati binasında, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *4.02.2024-cü il tarixli 93 nömrəli “Əmək müqaviləsinin ləğvi barədə” əmri ləğv edərək onun əvvəlki vəzifəyə bərpa edilməyi və məcburi iş buraxma dövrünün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 05.09.*993-cü il tarixdən *4.02.2024-cü il tarixədək Goranboy rayon Peşə Məktəbinin Xocalı filialında istehsalat təlim ustası vəzifəsində işləmişdir. Goranboy Rayon Peşə Məktəbinin Xocalı filialının direktoru X* *4.02.2024-cü il tarixli 93 nömrəli əmri ilə onun əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilmişdir. Hesab edir ki, onun işdən çıxarılmağı barədə əmr əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndində göstərilmişdir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Halbuki onun tərəfindən iş vaxtı hər hansı qayda pozuntusuna yol verilməmişdir. O, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməyinə dair hər hansı bir sənəd mövcud deyildir. Əmrin surəti ona gəldikdən dərhal sonra mediasiya təşkilatına müraciət etmiş və mediasiya arayışını aldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Digər tərəfdən mübahisələndirilən əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilməyərək həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır, əgər belə bir razılıq mövcuddursa da həmin iclas ümumiyyətlə keçirilməmişdir. Belə olan halda da verilmiş əmr qanunsuzdur. Göstərdiyi əsaslara görə hesab edir ki, *4.02.2024-cü il tarixli 93 nömrəli “Əmək müqaviləsinin ləğvi barədə” əmr əsassız və qanunsuzdur. Buna görə də əmr ləğv edilərək o, əvvəlki işinə bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, *4.02.2024-cü il tarixdə peşə məktəbi tərəfindən ona göndərilən zərfin içərisi boş olmuş və o, əmək kitabçasını məktəbdən Nicat adlı şəxsdən əlbə-əl götürmüş, lakin buna dair məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının tələbini müdafiə edib onun dedikləri ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahhiş etdi. Məhkəmə iclasında iştirak edən Goranboy rayon Peşə məktəbinin Xocalı filialının nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı rəhbərlik tərəfindən qanunauyğun olaraq işdən çıxarılıb, həmçinin iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Odur ki, iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Buna dair ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Peşə məktəbinin Xocalı filialının direktoru Elçin Abışov tərəfindən verilmiş *4.02.2024-cü il tarixli, 93 nömrəli əmrin surətindən görünür ki, “X2” bölməsində "İstehsalat təlimi ustası" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000*00 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70."ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» maddəsinə əsasən *4.02.2024 tarixindən xitam verilmişdir; ИТ-İ seriyalı, *397507 nömrəli əmək kitabçasının surətindən görünür ki, Goranboy Peşə məktəbi (Xocalı filialı) ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, əsas: AR ƏM-nin 70-ci maddənin “ç” bəndinə əsasən (*4.02.2024-cü il tarixli, 93 nömrəli əmr) xitam verilmişdir; "xxxx" MMC tərəfindən verilmiş *4.02.2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, Goranboy Peşə məktəbi tərəfindən İddiaçı *4.02.2024-cü il tarixdə məktub göndərilmişdir; Mediasiya Prosesinin tətbiqi barədə xx.xx.2024-cü il tarixli təklifdən və həmin tarixli 4307924*6 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Goranboy Peşə Məktəbinin Xocalı filialının direktor əvəzi olan Nümayəndə* Əhməd oğluna xx.xx.2024-cü il tarixdə təklif göndərilmişdir; İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə *6.05.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, hər iki tərəf mediasiya prosesini davam etdirmək barədə razılıq verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə baxışında müəyyən olunmuşdur ki, hazırkı mübahisə fərdi əmək mübahisəsi ilə əlaqədar qaldırılmış iddiadır. Hazırkı iş üzrə iddiaçı cavabdehin *4 fevral 2024-cü il tarixli əmrinin qanunsuz hesab edilməsi və işə bərpa olunmasını tələb edir. İddiaçı əmək müqaviləsi *4 fevral 2024-cü il tarixdə ləğv edilmiş, və əmr iddiaçıya həmin tarixdə göndərilmişdir. Lakin iddiaçı fərdi əmək mübahisəsinə görə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh Goranboy Peşə Məktəbinin Xocalı filialının nümayəndəsi iş üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.*-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 296.2-ci maddəsinə əsasən ... fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin *-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 202*-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 20*3-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı formada pozulması iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə dəlalət etmir. İddiaçı faktiki olaraq *4.02.2024-cü il tarixdə işdən azad edilməsini bilmiş, həmin tarixdən əmək haqqı almamış, işə çıxmamış və belə olan halda mövcud vəziyyətin hər hansı ikili şərhi üçün zəmin yaranmamış və obyektiv olaraq iddiaçı üçün hüququnun pozulduğu həmin vaxtdan aşkar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 20*3-cü il tarixli qərarında qeyd edilmişdir ki, "iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir". İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini buraxmış, yəni əmək mübahisəsinin həlli üçün qanunla müəyyən olunmuş * təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda heç bir üzrlü səbəb olmadan prosessual müddəti ötürərək hüququnun pozulduğunu aşkar etdiyi gündən 3 ay 6 gün sonra məhkəməyə müraciət etmişdir. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddia müddətinin ötürülməsinə görə müddətin tətbiqi barədə ərizəsi olduğu üçün İddiaçı cаvаbdеh Goranboy rayon Peşə məktəbinin Xocalı filialına qаrşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbi üzrə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən MPM-in 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar